Zərbəyə davamlı və zərif HONOR X8c smartfonu artıq satışda

Zərbəyə davamlı və zərif HONOR X8c smartfonu artıq satışda7 fevral 2025-ci il tarixindən etibarən suya və zərbəyə qarşı 360° davamlılığa malik olan, həmçinin gecə çəkilişi və selfilər üçün əla imkanlar təqdim edən HONOR X8c smartfonlarının Azərbaycan bazarında satışına başlanıb.

HONOR X8c – zəriflik, etibarlılıq və funksionallığı özündə birləşdirən bir cihazdır. O, Firuzəyi Yaşıl, Ay İşığı Ağ və Gecə Yarısı Qara kimi möhtəşəm rənglərdə təqdim olunur. Smartfon mükəmməl üslub və qabaqcıl texnologiyaları səciyyələndirir. Yeni model, yüksək dayanıqlığı, intellektual funksiyaları, OIS ilə təkmilləşdirilmiş əsas kamerası və əla selfilərin əldə edilməsi üçün nəzərdə tutulan işıqlandırmaya malik ön kamerası ilə seçilir.

Smartfonun 6,7" AMOLED ekranı, 120 Hz yenilənmə tezliyini, FullHD+ təsvir dəqiqliyi ilə 16,7 milyon rəng çalarının və DCI-P3 kinopalitrasının 100% ötürülməsini dəstəkləyir. Bu da öz növbəsində, üstün görüntü keyfiyyətini təmin edir. Ekranın rahat istifadəsi istənilən işıqlandırma şəraitində və hətta qaranlıqda belə, bir sıra qabaqcıl göz qoruma texnologiyaları ilə təmin edilir. Bunlardan işıqlandırma intensivliyini mikro səviyyədə tənzimləyən "Dinamik parlaqlıq" texnologiyasını və qaranlıqda rəng tonlarını dəqiqliklə tənzimləyən "Sirkad gecə ekranını" qeyd etmək olar. Həmçinin, 3840 Hz tezlikli, geniş impulslu modulyasiya texnologiyası ekran titrəməsini tamamilə aradan qaldırır.

HONOR X8c son dərəcə yüngül və incədir – çəkisi cəmi 174 qram, qalınlığı isə 7,12 mm təşkil edir. Kompakt və zərif korpus düşmələrə və zərbələrə qarşı üstün dayanıqlıq təqdim edir. Bu, HONOR Anti-drop Protection texnologiyası ilə təmin olunaraq, SGS Premium Performance sertifikatı ilə təsdiq edilib. Əlavə olaraq, smartfon IP64 standartlarına uyğun olaraq, suya və toza qarşı qorunma ilə təmin edilib. Burada həmçinin, ekranın nəmli və ya çirkli (yağlı) barmaqlarla istifadəsini mümkün edən xüsusi texnologiya da mövcuddur.

Smartfon, intensiv istifadə zamanı belə uzun müddətli çalışma qabiliyyətini təmin edən 5000 mAh tutumlu batareya ilə təchiz edilmişdir. Belə ki, hətta batareyanın enerji səviyyəsi 2%-ə düşdükdə belə istifadəçilər 88 dəqiqə danışıq və ya 18 saata qədər gözləmə rejimində işləmə imkanı əldə edirlər.

HONOR X8c, hətta zəif işıqlandırma şəraitində üstün detallı təsvir əldə etməyə imkan yaradan 108 MP əsas kamera ilə təchiz olunub. Bu kamera həmçinin parlaq və dolğun gecə çəkilişi təmin etməyə qadirdir. Əlavə olaraq, 5 MP təsvir dəqiqliyinə, f/2.2 diafraqmaya və dərinlik sensoruna malik genişbucaqlı kamera daha üstün yaradıcı çəkiliş imkanları təqdim edir.

İndi hətta zəif işıqlandırma şəraitində belə HONOR X8c istifadəçiləri heyrətamiz selfilər çəkə biləcəklər. 50 MP təsvir dəqiqliyinə və f/2.1 diafraqmaya malik ön kamera işıq və kölgə arasında mükəmməl balansı qoruyub saxlayaraq, selfi işıqlandırmasının köməyi ilə qaranlıq sahələri aradan qaldırmağa imkan yaradır. Bundan əlavə, "AI ilə genişbucaqlı selfi" funksiyası standart selfilər üçün nəzərdə tutulmuş 78° baxış bucağı ilə qrup şəkilləri üçün istifadə olunan 90° baxış bucağı arasında avtomatik keçidi təmin edir. Daha mükəmməl kadrlar üçün isə istifadəçilərə tək toxunuşla istəmədiyiniz obyektləri şəkildən asanlıqla silməyə imkan yaradan "AI Pozan " funksiyası da təqdim olunur.

HONOR X8c ən son Android 15 əsasında işləyən MagicOS 9.0 əməliyyat sistemi ilə təchiz edilib. Magic Portal istifadəçinin istəklərini əvvəlcədən müəyyənləşdirərək onu uyğun sistem tətbiqlərinə yönləndirir. Magic Capsule dinamik bildirişləri isə əlavə məlumatlara və idarəetmə alətlərinə ani girişi təmin edir. Həmçinin, burada Magic ekran kilidi fərdiləşdirilmiş məzmun təklif edir, əsas ekran isə genişlənən nişanlar, böyük qovluqlar və hər istifadəçinin istəyinə uyğun mövzu tərtibatları ilə tənzimlənə bilər.

HONOR X8c smartfonunu artıq İrşad, Kontakt Home, Soliton, Elit Optimal, MG Store, Umico, World Telecom, Smart Electronics, Digital Home və Barkod mağaza şəbəkələrindən, həmçinin Azercell, Bakcell və Nar mobil operatorların diller mağazalarından əldə edə bilərsiniz. Belə ki, 6+6 GB RAM və 128 GB yaddaş konfiqurasiyası olan modelin qiyməti 479.99 AZN, 8+8 GB RAM və 128 GB yaddaşlı versiyanın qiyməti 499.99 AZN, 8+8 GB RAM və 256 GB yaddaşlı modelin qiyməti isə 599.99 AZN təşkil edir. Həmçinin, fevralın 7-dən 28-dək HONOR X8c smartfonu alan hər kəsə HONOR CHOICE Earbuds X5 lite qulaqlıqları hədiyyə olunacaq.

Zərbəyə davamlı və zərif HONOR X8c smartfonu artıq satışdaZərbəyə davamlı və zərif HONOR X8c smartfonu artıq satışdaZərbəyə davamlı və zərif HONOR X8c smartfonu artıq satışdaZərbəyə davamlı və zərif HONOR X8c smartfonu artıq satışda


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1076   Tarix: 07 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Leyla Əhmədova həbs olundu

Tanınmış modelyer Leyla Əhmədova həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Leyla Əhmədova barəsində Xəta

08.09.2026 342
.

"Tramp hakimiyyətinin xarici siyasətində ABŞ-ın öz təsir dairəsini yenidən müəyyənləşdirmək cəhdi açıq şəkildə görünür" - BƏHRUZ QULİYEV

"ABŞ Prezidenti Donald Trampın sosial şəbəkədə İslandiyanı, Qrenlandiyanı, Kanadanı, Meksikanı, Mərkəzi Amerika və Karib hövzəsini ABŞ bayrağı altında göstərən xəritə paylaşması ilk baxışda adi bir sosial media paylaşımı təsiri bağışlaya bilər. Amma beynəlxalq siyasətdə xəritələr heç vaxt sadəc

08.09.2026 200
.

"Ay Bizimdir" - Trampdan gözlənilməz paylaşım

ABŞ Prezidenti Donald Tramp Ayla bağlı diqqətçəkən paylaşım edib. xəbər verir ki, o, bunu özünün "Truth Social" səhifəsində yazıb. Ağ Ev rəhbəri Ayın şəklini "Ay Bizimdir" başlığı və ABŞ bayrağı ilə paylaşıb. Paylaşımın hansı hadisə və ya qərarla bağlı olduğu isə aydın deyil. Bel

08.09.2026 182
.

Peskov açıqladı: Putin-Paşinyan görüşündə mühüm məqamlar müəyyən edildi

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bişkekdə keçirilən görüş məzmunlu və əhəmiyyətli olub. xəbər verir ki, bu barədə RİA Novosti Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasına istinadən məlumat yayıb. Rusiya liderinin mətbuat katibi görüşün əhəmiyyətini vurğulayara

08.09.2026 183
.

Azərbaycanlı jurnalistlərin İsrail səfəri: Media sahəsində yeni əməkdaşlıq

Azərbaycanlı jurnalistlərin İsrailə səfəri iki ölkə arasında münasibətlərin yalnız siyasi, iqtisadi və təhlükəsizlik sahələri ilə məhdudlaşmadığını, media istiqamətində də əlaqələrin inkişaf etdiyini bir daha göstərib. Media-tur çərçivəsində İsrailə səfər edən azərbaycanlı jurnalistlər bir sıra yerl

08.09.2026 239
.

Yumurta arıqlamağı sürətləndirə bilər - Amma bir şərtlə

Yumurta arıqlamaq istəyənlərin rasionunda faydalı məhsullardan biri ola bilər. O, yüksək miqdarda zülal ehtiva edir, nisbətən az kalorilidir və toxluq hissinin daha uzun müddət davam etməsinə kömək edir. Ancaq nəticə yalnız bir məhsuldan deyil, ümumi qidalanmadan və gün ərzində qəbul edilən enerji miqdarında

08.09.2026 196
.

Bu səhra Saharadan 5 dəfə daha qurudur, amma... - Milyonlarla çiçəklə örtüləcək

Çilinin şimalında yerləşən Atakama Yer kürəsinin ən quraq ərazilərindən biri hesab olunur. Səhra Sakit okeanla And dağları arasında 100 kilometrdən çox məsafəyə uzanır. Burada ildə orta hesabla təxminən 15 millimetr yağıntı düşür, halbuki Saharada bu göstərici təxminən 75 millimetrdir. Atakama səhrasını

08.09.2026 101
.

"Azərbaycanda kitabdan pul qazanmaq mümkün deyil"

Əməkdar artist Bəhram Bağırzadə maddi vəziyyəti, kitablarından əldə etdiyi gəlir və ailəsi qarşısındakı məsuliyyətindən danışıb. Axşam.az xəbər verir ki, aktyor "Первый чек" yutub layihəsində qonaq olarkən maddi çətinlik çəkmədiyini və işləməyi sevdiyini bildirib:. "Maddi çətinliklər çəkməmişəm

08.09.2026 196
.

NATO Baş katibi Aİ-nin Ukrayna üçün "Patriot" sistemləri ilə bağlı qərarını alqışlayıb

NATO-nun Baş katibi Mark Rütte Avropa İttifaqına (Aİ) üzv dövlətlərin Ukraynanın "Patriot" hava hücumundan müdafiə sistemləri üçün mühüm məhsullar almasına imkan verən istisna ilə bağlı razılığa gəlməsini alqışlayıb. APA xəbər verir ki, Mark Rütte bu barədə "X" hesabında bildirib

08.09.2026 155
.