Nazir:"Eyni müəllim necə ola bilər ki, məktəbdə pis tədris verir, amma evdə yaxşıdır?"
Məktəbdə öz şagirdinə dərs deyən müəllim həm də onun repetitorudursa bu peşə etikasından uzaqdır.
BiG.AZ xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, repetitorluq valideynin seçimidir:
"Repetitorluq seçimində fərqli arqumentlər ola bilər. Misal olaraq,, məktəb o qədər pis tədris verir ki, valideyn məcbur qalıb repetitor seçir. Yaxud ali təhsilə hazırlıq üçün əlavə müəllim seçimi edilir. Çünki məktəbdə 17 fənn keçilir, amma repetitor sırf universitetə qəbul üçün lazım olan fənlərə fokuslanır.
Başqa bir səbəb də o ola bilər ki, valideyn işləyir və övladının dərsi günorta bitir. O da düşünür ki, övladını günün sonuna qədər hara qoysun. Ev tapşırıqlarını elə hazırlıqda tamamlasın və evdə dərs etməsin. Belə halların sayı əsasən aşağı siniflərdə daha çoxdur.
Yaxud valideyn evdə rus dilində danışa bilmir, amma övladını rus bölməsinə qoyur. Sonradan başa düşür ki, övladı dərsi başa düşmür və onu repetitor yanına qoymağa məcbur olur. Hətta dəbə görə repititor yanına gedən də var".
Onun sözlərinə görə, repetitor da məktəb müəllimidir:
"Eyni müəllim necə ola birər ki, məktəbdə pis tədris verir, amma evdə yaxşıdır? Hesab edirəm ki, bu işdə əsas məsələ vicdandır.
Cəmiyyətin də buna qınağı olmalıdır. Məktəbdə öz şagirdinə dərs deyən müəllim həm də onun repetitorudursa, bu, peşə etikasından uzaqdır. Bu, ayıbdır. Müəllim olaraq işini görüb dövlətdən maaş alırsa, dərs dediyi şagirdə də bunu düzgün öyrətməlidir".
E.Əmrullayev məktəbdaxili repetitorluq fəaliyyətini qəbul etmədiyini vurğulayıb:
"Nə qədər ki "ali məktəbə yalnız savadlı və ağıllılar" qəbul olacaq düşüncəsi ilə yanaşırıq, repetitorluq qaçılmaz olacaq. Ali təhsilə giriş asanlaşdırılmalıdır. Əsas olan ali təhsili bitirmək məsələsidir. Bu gün ali təhsil almaq elə də asan deyil".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2695 Tarix: 06 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDeputat Ağalar Vəliyevin oğluna məxsus "Kristal Bakı" vətəndaşları aldadır?
Ölkənin aparıcı tikinti şirkətlərindən biri olan "Kristal Bakı" ASC (VÖEN - 3103396091) satışa çıxardığı mənzilləri alıcılara fərqli qiymətlərlə təqdim edir. "Real Azərbaycan" xəbər verir ki, şirkətin rəsmi saytı - " vasitəsilə satışa çıxarılan mənzillərin aylıq ödəniş məbləğlər
16.11.2026 295 Prezidentdən Xəzər dənizi ilə bağlı - Fərman
Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Fərmana əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsu
16.11.2026 322 Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO
İsrailin Baş naziri Benyamin Netanyahunun rəsmi X hesabında illər əvvəl yayımlanmış paylaşımın keçidinin tamamilə başqa məzmuna yönləndirildiyi üzə çıxıb. Hadisə siyasətçilərin, dövlət qurumlarının və şirkətlərin sosial şəbəkə hesablarında yerləşdirilmiş köhnə keçidlərə qarşı həyata keçirilən kiber müdaxilələ
16.11.2026 286 Direktorların işə qəbul nəticələri - Açıqlandı
2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. Bildirilib ki, müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur qazanıb. Namizədlərin müsabiqə nəticələri barədə məlumatlar onları
16.11.2026 205 Kişi arvadının istəyi ilə ikinci dəfə evləndi
ABŞ-da qadın ev işlərindən və uşaqlara qulluq etməkdən yorulduğu üçün ərinə ikinci dəfə evlənməyi təklif edib. xarici mediaya istinadən xəbər verir ki, ailəsini dolandırmaq üçün həftənin altı günü işləməyə məcbur olan kişi evdə həyat yoldaşına kifayət qədər kömək edə bilməyib. Qadın isə həm ev işlərinin
16.11.2026 280 Millətlər Liqasının tarixini yenidən yazdı: Dyökereş Ronaldonu keçdi
İsveç millisini hücumçusu ardıcıl səkkizinci oyununda qol vuraraq Millətlər Liqasında unikal rekorda imza atıb. Noyabrın 14-də İsveç Millətlər Liqasının beşinci turunda Bosniya və Herseqovinanı 3-2 hesabı ilə məğlub edib. -ın xəbərinə görə, Viktor Dyökereş iki penaltini - biri 11-ci dəqiqədə, digər
16.11.2026 225 Cənubi Qafqazın ən böyük siyasi partiyası
Müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 35 il bundan əvvəl yaradılan Yeni Azərbaycan Partiyası şərəfli bir yol keçib, milli ideyalara sadiqliyini daim sübuta yetirib. Ölkəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaranmas
16.11.2026 262 Oğluna əsəbiləşən kişi arvadının başına telefon çırpdı
Bakıda arvadına əsəbiləşən kişi onun başına telefon çırpıb. xəbər verir ki, 45 yaşlı Əlizamin Əliyev (ad və soyad şərtidir) gecə saatlarında 22 yaşlı oğluna zəng etsə də, o, telefona cavab verməyib. Bundan sonra kişi həyat yoldaşı Gülnisənin (adı şərtidir) telefonundan oğluna zəng edib. Oğlu zəngi cavablandırdıqda
16.11.2026 288 Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi
Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. xəbər verir ki, qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərin
16.11.2026 213