Rusiyada polislərə bu səlahiyyət verildi

Rusiyada polislərə bu səlahiyyət verildiBu gündən etibarən Rusiyanın Daxili İşlər Nazirliyinin əməkdaşları əcnəbi vətəndaşların inzibati qaydada ölkədən çıxarılması barədə qərar qəbul edə biləcəklər.

"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Rusiya DİN yayıb.

Bundan əvvəl qanunsuz miqrantların ölkədən çıxarılması barədə qərarı yalnız məhkəmələr verə bilirdi.

Bununla yanaşı, bu gündən başlayaraq sərhəd nəzarətindən keçərkən Rusiyaya giriş və ya çıxış qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmə tədbirləri tətbiq ediləcək.

Belə ki, bu qaydanın pozulmasına görə adi vətəndaşlar 2000 – 5000 rubl, vəzifəli şəxslər 30 000 – 50 000 rubl, hüquqi şəxslər isə 400 000 – 800 000 rubl arasında cərimə ediləcəklər.

Eyni zamanda, fevralın 5-dən Rusiyada qeyri-qanuni olan əcnəbilərin ölkədən çıxarılması ilə bağlı miqrasiya rejimi qüvvəyə minir. Bu tədbirlər çərçivəsində, qanunsuz miqrantlar xüsusi reyestrə daxil ediləcəklər və sözügedən reyestr bir sıra məhdudiyyətlər, qadağalar, eləcə də deportasiyanı nəzərdə tutur.

Sözügedən miqrasiya rejimi çərçivəsində qanunsuz miqrantların ayrı-ayrı hüquq və azadlıqlarının məhdudlaşdırılması nəzərdə tutulur. Onlar, əsas olaraq daxili işlər orqanlarının icazəsi olmadan yaşayış və yaxud müvəqqəti qalma yerini dəyişə, yaşadığı regiondan kənara çıxa, nəqliyyat vasitəsi idarə edə, daşınmaz əmlak ala, bankda depozit aça və yaxud digər bank əməliyyatları həyata keçirə bilməyəcəklər.

Xatırladaq ki, ötən il Rusiyada 80 mindən çox miqrant miqrasiya qaydalarını pozduğuna görə, məcburi qaydada ölkədən çıxarılıb. 2023-cü ildə isə bu rəqəm 44,2 mindən bir qədər çox təşkil edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 909   Tarix: 05 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

PISA 2025: Azərbaycanın iqtisadi rayonları üzrə şagirdlərin nəticələri AÇIQLANIB

"PISA 2025 nəticələrinə əsasən, Bakı iqtisadi rayonu riyazi savadlılıq üzrə 460 bal, təbiət elmləri üzrə 440 bal, oxu savadlılığı üzrə isə 405 bal toplayıb. Bu göstəricilər iqtisadi rayonlar arasında müvafiq olaraq riyazi və oxu savadlılığı üzrə ən yüksək nəticələr sırasındadır". xəbər veri

08.09.2026 153
.

"Şəki yaylası"nda faciə - 2 nəfər öldü

Şəkiyə istirahətə gedən iki nəfər faciəvi şəkildə ölüb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bu gün Şəki rayonundakı istirahət mərkəzlərinin birində baş verib. Belə ki, Qax rayon sakini 30 yaşlı Məmmədov Coşqun Ceyhun oğlu və 27 yaşlı Bayramov Ucal Asif oğlu hündürlükdən yıxılaraq həla

08.09.2026 358
.

Bu ərazi üzrə PENSİYALAR VERİLDİ

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabr ayının pensiya ödənişi başa çatdırılıb. Bu barədə BİG.AZ-a ƏƏSMN-dən məlumat verilib. Qeyd olunub ki, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankları

08.09.2026 265
.

Peskov açıqladı: Putin-Paşinyan görüşündə mühüm məqamlar müəyyən edildi

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bişkekdə keçirilən görüş məzmunlu və əhəmiyyətli olub. xəbər verir ki, bu barədə RİA Novosti Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasına istinadən məlumat yayıb. Rusiya liderinin mətbuat katibi görüşün əhəmiyyətini vurğulayara

08.09.2026 183
.

Arteta "Arsenal"ın hansı oyunçusunun ona ən çox bənzədiyini AÇIQLADI

"Arsenal"ın baş məqşçisi Mikel Arteta ona ən çox bənzəyən Premyer Liqa oyunçusunun adını çəkib. Bu, Mikel Merinodur. -ın xarici mediaya istinadən məlumatına görə, Arteta ispan yarımmüdafiəçini seçib, çünki onun da məşqçi ola biləcəyinə inanır. O, Qranit Cakada da oxşar potensial görür. Blit

08.09.2026 164
.

Böyük Britaniya İrana qarşı sanksiyaları sərtləşdirir: "Şahdəniz" layihəsinə istisna

Böyük Britaniya hökuməti İrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan yeni qanunvericilik tədbirlərini təqdim edib. xəbər verir ki, Böyük Britaniyanın xarici işlər nazirinin müavini Stiven Dauti bildirib ki, yeni məhdudiyyətlər İranın ticarət və dəniz daşımaları sektoruna da şamil olunacaq

08.09.2026 147
.

NATO Baş katibi Aİ-nin Ukrayna üçün "Patriot" sistemləri ilə bağlı qərarını alqışlayıb

NATO-nun Baş katibi Mark Rütte Avropa İttifaqına (Aİ) üzv dövlətlərin Ukraynanın "Patriot" hava hücumundan müdafiə sistemləri üçün mühüm məhsullar almasına imkan verən istisna ilə bağlı razılığa gəlməsini alqışlayıb. APA xəbər verir ki, Mark Rütte bu barədə "X" hesabında bildirib

08.09.2026 155
.

Yumurta arıqlamağı sürətləndirə bilər - Amma bir şərtlə

Yumurta arıqlamaq istəyənlərin rasionunda faydalı məhsullardan biri ola bilər. O, yüksək miqdarda zülal ehtiva edir, nisbətən az kalorilidir və toxluq hissinin daha uzun müddət davam etməsinə kömək edir. Ancaq nəticə yalnız bir məhsuldan deyil, ümumi qidalanmadan və gün ərzində qəbul edilən enerji miqdarında

08.09.2026 196
.

"Azərbaycanda kitabdan pul qazanmaq mümkün deyil"

Əməkdar artist Bəhram Bağırzadə maddi vəziyyəti, kitablarından əldə etdiyi gəlir və ailəsi qarşısındakı məsuliyyətindən danışıb. Axşam.az xəbər verir ki, aktyor "Первый чек" yutub layihəsində qonaq olarkən maddi çətinlik çəkmədiyini və işləməyi sevdiyini bildirib:. "Maddi çətinliklər çəkməmişəm

08.09.2026 196
.