"Zəngəzur dəhlizinin açılmaması Ermənistan üçün iqtisadi fəlakətdir"-POLİTOLOQDAN AÇIQLAMA

"Zəngəzur dəhlizinin açılmaması Ermənistan üçün iqtisadi fəlakətdir"-POLİTOLOQDAN AÇIQLAMAHazırda Ermənistan cəmiyyətində keçmiş və gələcəklə bağlı kəskin ziddiyyətlər mövcuddur. Bu ziddiyyətlər daha çox Ermənistanın gələcək inkişaf perspektivlərinin müəyyən olunması, ənənəvi siyasi və ideoloji düşüncə tərzi ilə bağlıdır. Əsasən erməni kilsəsinin liderlik etdiyi radikal, revanshist, siyasi-ideoloji düşüncə tərzi Ermənistanı qonşu ölkələrlə normal münasibətdən uzaq tutur.Qonşu ölkələrlə münasibətlərinin normallaşdırılması prosesinə əngəl törədir, müqavimət dalğası yaradır.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Paşinyan hakimiyyəti tam dəqiqliklə bilir ki, Ermənistan indiki situasiyada tab gətirə bilməz. O, qonşu ölkələrlə münasibətlərini normallaşdırmadan, iqtisadi, ticari və sosial münasibətlər qurmadan inkişaf perspektivləri barədə düşünə bilməz:

"Zəngəzur dəhlizinin açılmaması Ermənistan üçün iqtisadi fəlakətdir"-POLİTOLOQDAN AÇIQLAMA"Ona görə də, Paşinyan hakimiyyəti hazırda Zəngəzur dəhlizinin açılmasını Ermənistan üçün həyati əhəmiyyət daşıdığını anlayıb. Burada önəmli olan məqam Ermənistanı blokadadan çıxarmaq üçün nəqliyyat-kommunikasiya xətlərinin açılmasıdır. Ancaq rəsmi Bakının əsas şərti ondan ibarətdir ki, Cənubi Qafqazda Ermənistanın iştirak edəcəyi və faydalanacağı nəqliyyat-kommunikasiya xətləri açılarsa, bu yalnız Zəngəzur dəhlizinin açılmasından sonra olacaq. Zəngəzur dəhlizi açılmadan Azərbaycan Ermənistanla hər hansı nəqliyyat-kommunikasiya xətti açmayacaq. Ermənistanın blokadadan çıxması birbaşa Zəngəzur dəhlizinin açılmasına bağlıdır.
Ermənistan Zəngəzur dəhlizinin açılmasına şərait yaratmayıbsa, o, blokadada qalmağa davam edəcək. Ermənistan qapalı mühitdə qalmaqla yalnız Avrasiya və Rusiya ilə iqtisadi əlaqələri sayəsində ayaqda durmağa davam edəcəkdir. Rusiya ilə də münasibətləri hazırda korlandığına görə bu məsələdə də müəyyən problemlər mövcuddur.
Ermənistan iqtisadiyyatının köçüş mərhələsi yaxınlaşıb. Bu ölkə üçün Zəngəzur dəhlizi həyati əhəmiyyət daşıyır.
Zəngəzur dəhlizinin açılmasında erməni kilsəsi əsassız və absurd fikir irəli sürür. Kilsənin belə düşünməsinin səbəbi odur ki, erməni kilsəsi Zəngəzur dəhlizi açıldığı təqdirdə Ermənistanın Türkiyə və Azərbaycandan asılı vəziyyətə qalacağını düşünür. Burada əsas məqsəd bu prosesin qarşısını almaqdır. Əsl reallıqda isə Zəngəzur dəhlizinin açılması hər iki tərəf üçün sərfəlidir. Ermənistan və Azərbaycan üçün Zəngəzur dəhlizi əlavə iqtisadi maliyyə qaynağıdır. Erməni kilsəsinin yürütdüyü siyasət Ermənistanı keçmişdə saxlayaraq, gələcəyini bloklayır. Paşinyan hakimiyyəti anlayır ki, Zəngəzur dəhlizinin açılmaması Ermənistan üçün fəlakətdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2407   Tarix: 04 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Peskov açıqladı: Putin-Paşinyan görüşündə mühüm məqamlar müəyyən edildi

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bişkekdə keçirilən görüş məzmunlu və əhəmiyyətli olub. xəbər verir ki, bu barədə RİA Novosti Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasına istinadən məlumat yayıb. Rusiya liderinin mətbuat katibi görüşün əhəmiyyətini vurğulayara

08.09.2026 183
.

İsti yeməyi plastik qabda saxlamaq təhlükəlidirmi? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Plastik qabların gündəlik həyatda geniş istifadəsi qidanın saxlanması ilə bağlı sualları da artırır. Xüsusilə isti yeməklərin plastik qablara qoyulması zamanı qabın tərkibindəki bəzi maddələrin qidaya keçməsi ehtimalı istehlakçıların diqqət etdiyi məsələlərdəndir. Qida ilə təmas üçün nəzərdə tutula

08.09.2026 245
.

Günəş qəfil yoxa çıxsaydı, Yer bunu dərhal bilməzdi - Səbəbi budur

Mümkünsüz bir hadisəni - Günəşin qəfil yoxa çıxmasını təsəvvür etsək, Yer bunu dərhal hiss etməzdi. Günəşin son işığı daha 8 dəqiqə 19 saniyə ərzində bizə çatmağa davam edərdi. Orta hesabla işığın Günəşlə Yer arasındakı məsafəni qət etməsi üçün məhz bu qədər vaxt tələb olunur. Qaynarinfo "Spac

08.09.2026 124
.

Bakıda riyazi savadlılıqda aşağı nəticə göstərən şagirdlərin payı azalıb

Bakıda riyazi savadlılıq üzrə 2-ci səviyyədən aşağı nəticə göstərən şagirdlərin payı 2025-ci ildə 37 faizə düşüb. 5 və 6-cı səviyyələrdə nəticə göstərən şagirdlərin payı isə 8.1 faizə yüksəlib. xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrini

08.09.2026 158
.

"Azərbaycanda kitabdan pul qazanmaq mümkün deyil"

Əməkdar artist Bəhram Bağırzadə maddi vəziyyəti, kitablarından əldə etdiyi gəlir və ailəsi qarşısındakı məsuliyyətindən danışıb. Axşam.az xəbər verir ki, aktyor "Первый чек" yutub layihəsində qonaq olarkən maddi çətinlik çəkmədiyini və işləməyi sevdiyini bildirib:. "Maddi çətinliklər çəkməmişəm

08.09.2026 196
.

Bakıda oyuncaq maşınla magistral yola çıxan şəxs cəzalandırıldı - Video

Bakıda elektrik mühərrikli oyuncaq avtomobillə əsas yolda şütüyən şəxs məsuliyyətə cəlb olunub. Axşam.az xəbər verir ki, həmin şəxsin görüntüləri sosial şəbəkələrdə yayılıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirilib ki, həmin şəxs məsuliyyətə cəlb edilib:. "Bakıda hərəkətin intensi

08.09.2026 331
.

Harri və Meqan Kralın məktubundan təəccübləniblər: cütlük "işləməyən kral ailəsi üzvü" kimi qalır

Sussex hersoqu Harri və hersoginya Meqan Kral II Çarlzın onların kral ailəsinin işləməyən üzvləri statusunu təsdiqləyən məktubundan əvvəlcədən kifayət qədər məlumatlandırılmadıqları üçün təəccübləniblər. xəbər verir ki, "Guardian"ın məlumatına görə, Bukingem Sarayının yüksək vəzifəli nümayəndəsi

08.09.2026 156
.

Sabah hava necə olacaq?

Sentyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağ

08.09.2026 202
.

İran-ABŞ müharibəsində SON VƏZİYYƏT: Döyüşlər şiddətləndi, neft bahalaşdı

İranla ABŞ arasında altı aydan çoxdur davam edən hərbi qarşıdurma sentyabrın əvvəlində yenidən kəskin mərhələyə daxil olub. Bir aylıq nisbi sakitlikdən sonra tərəflər hava, raket və dəniz hücumlarını bərpa ediblər. Hazırda əsas gərginlik nöqtəsi Hörmüz boğazıdır. İran bu ərazidə yeni "qapalı zona"

08.09.2026 175
.