Bu şəhərdə ictimai yerlərdə siqaret çəkmək qadağan edildi
Yaponiyanın ən böyük şəhərlərindən biri olan Osakada ictimai yerlərdə siqaret çəkmək qadağan edilib.
BAKU.WS xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
27 yanvarda qüvvəyə minən qadağa çərçivəsində küçələrdə, parklarda, meydanlarda və digər ictimai yerlərdə siqaret, elektron siqaret istifadəsi yasaqlanıb. Qaydalara əməl etməyənlər 1 000 yen (təxminən 6 dollar) cərimə ediləcək.
"Şəhərimizdə siqaretsiz zonaları genişləndirərək təhlükəsizliyi və təmizliyi artırmağı, həmçinin Osakanın beynəlxalq turizm məkanı kimi imicini gücləndirməyi hədəfləyirik",-deyə Osaka Bələdiyyəsinin açıqlamasında bildirilib.
Bu təşəbbüsün yalnız şəhərin estetikasını gözəlləşdirməklə qalmayıb, həm də sakinlər və turistlər üçün təhlükəsiz, rahat bir mühit yaratmaq məqsədi daşıdığı qeyd edilib.
Yaponiyada qüvvədə olan qanunlara əsasən, restoranlar, ofislər və ictimai nəqliyyat kimi qapalı məkanlarda siqaret çəkmək qadağan edilib. Bununla yanaşı, bəzi şəhərlərdə açıq ictimai yerlərdə də siqaret yasaqları tətbiq olunur. Ölkədə 20 yaşdan aşağı şəxslərin tütün məhsulları alması və istifadə etməsi də qadağandır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, son 20 ildə Yaponiyada tütün istifadəsi təxminən yarıya enib. 2000-ci ildə ölkədə siqaret çəkənlərin nisbəti 32 faiz olduğu halda, 2022-ci ildə bu göstərici 16 faizə düşüb. Yaponiyanın Səhiyyə Nazirliyinin 2022-ci ildə keçirdiyi sorğuya əsasən, yetkin əhalinin 14,8 faizi siqaret çəkir. Nazirlik bu göstəricini 12 faizə endirməyi hədəfləyir.
Osaka yerli idarəçiliyi, ictimai yerlərdə yeni tütün qadağasından sonra siqaret çəkməyə icazə verilən zonaları göstərən xəritə yayımlayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 760 Tarix: 30 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDron qalmaqalı böyüyür: Aİ və NATO hərəkətə keçdi
Aİ və NATO ölkələrinin liderləri Almaniyanın Leypsiq şəhərində baş verdiyi bildirilən dron hadisəsinə Moskvanın məsuliyyət daşıdığı qənaəti əsasında uzunmüddətli və davamlı cavab hazırlayırlar. xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb. Nəşr qeyd edir ki, Leypsiq hav
08.09.2026 205 Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı
"2027-ci il üzrə imtahan proqramlarının məzmununda ciddi dəyişiklik nəzərdə tutulmur". Qaynarinfo xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2027-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanlarındakı dəyişikliklərlə bağlı açıqlamasında bildirib
08.09.2026 223 Sabah hava necə olacaq?
Sentyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağ
08.09.2026 202 İsgəndərin cəsədi haradadır? - Dünyanı fəth etdi, məzarı yoxa çıxdı
Tarixin ən qüdrətli sərkərdələrindən biri olan Makedoniyalı İsgəndərin qurduğu imperiya üç qitəyə yayılıb. Lakin onun saysız-hesabsız şəhərləri fəth edən ordusundan, saraylarından və xəzinələrindən fərqli olaraq, məzarının yeri bu günədək müəyyən edilməyib. İsgəndərin nəşinin İsgəndəriyyənin altında
08.09.2026 130 Peskov açıqladı: Paşinyan bu il Rusiyaya səfər edəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın gələcəkdə Rusiyaya səfər edə bilər. xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Paşinyanın Rusiyaya səfəri bu il baş tutacaq. Bununla belə, səfərin dəqiq tarixi hələlik məlum deyil. [hh4-unikal
08.09.2026 168 İranda elita parçalanır - Ruhani Ali Rəhbərə qarşı çıxdı
İranda siyasi elita daxilində fikir ayrılıqları yenidən gündəmə gəlib. İran KİV-nə istinadən xəbər verir ki, keçmiş prezident (2013-2021), islahatçı qanadın nümayəndəsi Həsən Ruhani ABŞ ilə müharibənin davam etdirilib-etdirilməməsi məsələsinin xalqın iradəsi ilə müəyyənləşdirilməsini təklif edib. Ruhan
08.09.2026 154 Azərbaycanda qızlar oxu savadlılığında oğlanları qabaqlayıblar
Azərbaycanda cinslərarası ən böyük fərq oxu savadlılığında qızların xeyrinə qeydə alınıb. Qızlar oğlanları 36 balla qabaqlayıblar. Buna baxmayaraq, qızların oxu nəticələri belə baza səviyyəsinin altındadır. xəbər verir ki, bu, PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrini
08.09.2026 140 Zelenski Tramla nə vaxt görüşəcəyini açıqladı
ABŞ Ukrayna ilə Rusiya arasında danışıqlar prosesinin qarşısını açıb və Prezident Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoffla Cared Kuşnerin səfəri bunun təsdiqidir. xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbətində deyib. Zelenskinin sözlərinə görə, ABŞ nümayəndələril
08.09.2026 133 TƏBİB-də yeni təyinat
İnarə Mirhəsənova TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. BİG.AZ xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Qeyd edilib ki, İ.Mirhəsənova fəaliyyəti ərzində maliyyə və sığorta sektorlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb, maliyyə və risklərin idarə olunması, sığorta, investisiyalar
08.09.2026 309