"Xaricdə təhsil alan tələbələrin diplomlarının Azərbaycanda tanınmaması bir sıra səbəblərlə əlaqədardır"-KAMRAN ƏSƏDOV

"Xaricdə təhsil alan tələbələrin diplomlarının Azərbaycanda tanınmaması bir sıra səbəblərlə əlaqədardır"-KAMRAN ƏSƏDOV"Xaricdə təhsil alan tələbələrin diplomlarının Azərbaycanda tanınmaması bir sıra obyektiv və subyektiv səbəblərlə əlaqədardır. Son illərdə xarici universitetlərə qəbul imkanlarının artmasına baxmayaraq, bəzi məzunların diplomlarının rəsmi tanınmaması onların əmək bazarında iş tapmaqda çətinlik çəkməsinə səbəb olur".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

O, qeyd edib ki, əsas səbəblərindən biri, tələbələrin təhsil aldıqları universitetlərin akkreditasiyasının olmamasıdır. Bəzi xarici ali təhsil müəssisələri yerli və beynəlxalq akkreditasiya standartlarına cavab vermir və bu da onların verdiyi diplomların tanınmamasına gətirib çıxarır. Universitetin beynəlxalq reytinqlərdə olmaması və ya ölkənin rəsmi ali təhsil sistemində qeydə alınmaması da bu problemi daha da dərinləşdirir:

"Xaricdə təhsil alan tələbələrin diplomlarının Azərbaycanda tanınmaması bir sıra səbəblərlə əlaqədardır"-KAMRAN ƏSƏDOV"Digər bir əsas səbəb, tələbələrin tədris dilində lazımi bilik səviyyəsinə malik olmamasıdır. Xaricdə təhsil alan tələbələrin bir qismi qəbul olduqları universitetlərin tədris dilini kifayət qədər yaxşı bilmədikləri üçün dərsləri anlamaqda çətinlik çəkirlər. Bu isə onların təhsil keyfiyyətini aşağı salır və nəticədə onların aldıqları diplomun tanınmasında problemlər yaradır.

Bundan əlavə, qiyabi və distant təhsil formalarının Azərbaycanda məhdud şəkildə tanınması da xaricdə təhsil alan bəzi tələbələr üçün çətinlik yaradır. Əksər hallarda xarici universitetlərdə qiyabi və ya onlayn təhsil alan şəxslərin diplomları Azərbaycanda qəbul edilmir. Çünki yerli qanunvericiliyə görə, yalnız tam zamanlı əyani təhsil almış şəxslərin diplomları avtomatik tanına bilər.

Bəzi hallarda tələbələrin təhsil aldığı ölkədə kifayət qədər müddət yaşamaması da diplomların tanınmamasına səbəb olur. Müəyyən universitetlərdə tələbələrin uzunmüddətli ölkə xaricində qalaraq təhsillərini onlayn və ya tez-tez səyahət edərək davam etdirmələri onların təhsil aldıqları müddətin yetərli hesab olunmamasına gətirib çıxarır".

Kamran Əsədov qeyd etdi ki, xaricdə təhsil şirkətlərinin düzgün məlumatlandırmaması da bu problemin formalaşmasına təsir göstərən amillərdəndir. Bəzi vasitəçi şirkətlər tələbələri yalnız qəbul prosesinə yönləndirir, lakin onların diplomlarının gələcəkdə tanınıb-tanınmaması məsələsini nəzərə almırlar. Bu səbəbdən tələbələr universitet seçimində diqqətli olmalı və onların diplomlarının tanınıb-tanınmayacağını əvvəlcədən araşdırmalıdırlar:

"Xaricdə təhsil alan tələbələrin diplomlarının Azərbaycanda tanınmaması bir sıra səbəblərlə əlaqədardır"-KAMRAN ƏSƏDOV"Bu problemin həlli üçün tələbələr xaricdə təhsil almaq istədikləri universitetin akkreditasiyasını yoxlamalı, qəbul olduqları universitetin tədris proqramının yerli ali təhsil sisteminin tələblərinə uyğun olub-olmadığını öyrənməlidirlər. Həmçinin, qiyabi və distant təhsilin məhdudiyyətlərini nəzərə alaraq, tam zamanlı əyani təhsilə üstünlük verməlidirlər.

Xaricdə təhsilin dünya təcrübəsinə nəzər saldıqda, bir çox ölkələrdə də bu cür məhdudiyyətlər mövcuddur. Məsələn, Avropa ölkələrində və ABŞ-da xarici universitetlərin diplomları müəyyən prosedurlardan keçdikdən sonra tanınır. Bu ölkələrdə də akkreditasiyası olmayan və ya distant formada alınan təhsil diplomları avtomatik tanınmır. Azərbaycanda isə xaricdə təhsil alan tələbələrin diplomlarının tanınması prosesi daha da təkmilləşdirilməli və tələbələrə bu sahədə daha ətraflı məlumat verilməlidir.

Xaricdə təhsil almağı planlaşdıran şəxslər bu prosesə daha ciddi yanaşmalı, təhsil aldıqları universitetin rəsmi akkreditasiyasını və ölkədə tanınma statusunu əvvəlcədən araşdırmalıdırlar. Dövlət səviyyəsində də bu məsələdə şəffaflığın artırılması və tələbələrin məlumatlandırılması üçün daha geniş tədbirlər görülməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1166   Tarix: 30 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dron qalmaqalı böyüyür: Aİ və NATO hərəkətə keçdi

Aİ və NATO ölkələrinin liderləri Almaniyanın Leypsiq şəhərində baş verdiyi bildirilən dron hadisəsinə Moskvanın məsuliyyət daşıdığı qənaəti əsasında uzunmüddətli və davamlı cavab hazırlayırlar. xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb. Nəşr qeyd edir ki, Leypsiq hav

08.09.2026 205
.

Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı

"2027-ci il üzrə imtahan proqramlarının məzmununda ciddi dəyişiklik nəzərdə tutulmur"​. Qaynarinfo xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ​2027-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanlarındakı dəyişikliklərlə bağlı açıqlamasında bildirib

08.09.2026 223
.

Sabah hava necə olacaq?

Sentyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağ

08.09.2026 202
.

İsgəndərin cəsədi haradadır? - Dünyanı fəth etdi, məzarı yoxa çıxdı

Tarixin ən qüdrətli sərkərdələrindən biri olan Makedoniyalı İsgəndərin qurduğu imperiya üç qitəyə yayılıb. Lakin onun saysız-hesabsız şəhərləri fəth edən ordusundan, saraylarından və xəzinələrindən fərqli olaraq, məzarının yeri bu günədək müəyyən edilməyib. İsgəndərin nəşinin İsgəndəriyyənin altında

08.09.2026 130
.

Peskov açıqladı: Paşinyan bu il Rusiyaya səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın gələcəkdə Rusiyaya səfər edə bilər. xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Paşinyanın Rusiyaya səfəri bu il baş tutacaq. Bununla belə, səfərin dəqiq tarixi hələlik məlum deyil. [hh4-unikal

08.09.2026 168
.

İranda elita parçalanır - Ruhani Ali Rəhbərə qarşı çıxdı

İranda siyasi elita daxilində fikir ayrılıqları yenidən gündəmə gəlib. İran KİV-nə istinadən xəbər verir ki, keçmiş prezident (2013-2021), islahatçı qanadın nümayəndəsi Həsən Ruhani ABŞ ilə müharibənin davam etdirilib-etdirilməməsi məsələsinin xalqın iradəsi ilə müəyyənləşdirilməsini təklif edib. Ruhan

08.09.2026 154
.

Azərbaycanda qızlar oxu savadlılığında oğlanları qabaqlayıblar

Azərbaycanda cinslərarası ən böyük fərq oxu savadlılığında qızların xeyrinə qeydə alınıb. Qızlar oğlanları 36 balla qabaqlayıblar. Buna baxmayaraq, qızların oxu nəticələri belə baza səviyyəsinin altındadır. xəbər verir ki, bu, PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrini

08.09.2026 140
.

Zelenski Tramla nə vaxt görüşəcəyini açıqladı

ABŞ Ukrayna ilə Rusiya arasında danışıqlar prosesinin qarşısını açıb və Prezident Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoffla Cared Kuşnerin səfəri bunun təsdiqidir. xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbətində deyib. Zelenskinin sözlərinə görə, ABŞ nümayəndələril

08.09.2026 133
.

TƏBİB-də yeni təyinat

İnarə Mirhəsənova TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. BİG.AZ xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Qeyd edilib ki, İ.Mirhəsənova fəaliyyəti ərzində maliyyə və sığorta sektorlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb, maliyyə və risklərin idarə olunması, sığorta, investisiyalar

08.09.2026 309
.