"Yarımfabrikat qidalar hormonal pozğunluq və xərçəng riskini artırır"-EKSPERTDƏN AÇIQLAMA

"Yarımfabrikat qidalar hormonal pozğunluq və xərçəng riskini artırır"-EKSPERTDƏN AÇIQLAMASon dövrlərdə sosial mediada paketlənmiş qidaların satışı həyata keçirilir. Təəssüflər olsun ki, satışa çıxarılan bu qidaların mənşəyi və istifadə tarixi paketləri üzərində qeyd edilmir.
Demək olar ki, hər həftə mediada qidadan kütləvi zəhərlənmələrlə bağlı xəbərlərlə rastlaşırıq. Zəhərlənmələrə səbəb kimi isə müxtəlif qidalar göstərilir - "qarpızdan", "evdə tutma turşudan", "toyda salatdan", hətta "öz həyətindən yığıb bişirdiyi göyərtidən" zəhərlənənlər barədə xəbərlər eşitmişik. Hələ müxtəlif qidaların tərkibindəki zərərli maddələrin illərlə orqanizmdə toplanıb, xəstəliyə səbəb olmasını demirik! Bəs, bu qədər məlumat içərisində özünüzü və yaxınlarınızı təhlükəli qidadan qorumaq üçün nə edirsiniz? Xüsusilə, evinizə ərzaq məhsulları alarkən hansı yolu seçirsiniz? Ən əsası, bu yol sizə təhlükəsiz qidanı əldə etməyə imkan verirmi? Bəs, qida təhlükəsizliyi? Qida təhlükəsizliyi standartına görə, qida istehsalı bütöv bir zəncirə bənzəyir. Bütün istehsalçıları, xidmət təchizatçılarını və son istehlakçını birləşdirən bu zəncirdə hər halqanın öz yeri və əhəmiyyəti var. Təhlükə istehsalın istənilən mərhələsində, həmçinin, qablaşdırma, daşınma, satış, hətta istehlak zamanı meydana çıxa bilər. Ona görə də qidanın tam təhlükəsizliyinə yalnız bütöv qida zəncirini nəzarətdə saxlayaraq zəmanət vermək olar.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən sağlam qida təbliğatçısı Asim Vəliyev bildirib ki, yarımfabrikat qida məhsulları müasir həyat tərzində tez-tez seçilən alternativlərdən biridir, çünki vaxt qənaəti və rahatlıq təmin edir. Lakin bu məhsulların insan sağlamlığına təsiri geniş müzakirə mövzusudur:

"Yarımfabrikat qidalar hormonal pozğunluq və xərçəng riskini artırır"-EKSPERTDƏN AÇIQLAMA"Yarımfabrikatlarda məhsulun rəf ömrünü uzatmaq və dadını artırmaq üçün tez-tez süni qatqılar, rəngləndiricilər və konservantlar istifadə olunur. Bu maddələrin uzunmüddətli istifadəsi allergiyaya, hormonal pozuntulara və bəzi hallarda xərçəng riskinin artmasına səbəb ola bilər.
Çox vaxt bu məhsullar yüksək səviyyədə yağ, şəkər və duz ehtiva edir, amma vitamin və minerallar baxımından zəifdir. Nəticədə piylənmə, ürək-damar xəstəlikləri və şəkərli diabet riskini artırır.
Bəzi yarımfabrikat qidalar trans yağlarla zəngindir ki, bu da xolesterinin yüksəlməsinə, damarların tıxanmasına və ürək-damar xəstəliklərinin inkişafına səbəb ola bilər.
Xüsusilə konservləşdirilmiş və dondurulmuş məhsullarda yüksək miqdarda natrium olur ki, bu da yüksək qan təzyiqinə və böyrək problemlərinə səbəb ola bilər.
Çox vaxt təbii məhsullar əvəzinə süni dadlandırıcılar və stabilizatorlar istifadə edilir, bu da həzm sisteminə zərər verə bilər.
Sağlamlıq baxımından tövsiyə olunur ki, yarımfabrikat qidalardan az istifadə edilsin və təzə, evdə hazırlanan qidalar üstünlük təşkil etsin. Məhsul alarkən isə etiketləri diqqətlə oxumaq, qatqı maddələrinin miqdarına nəzarət etmək və daha təbii variantları seçmək vacibdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1083   Tarix: 28 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İran-ABŞ müharibəsində SON VƏZİYYƏT: Döyüşlər şiddətləndi, neft bahalaşdı

İranla ABŞ arasında altı aydan çoxdur davam edən hərbi qarşıdurma sentyabrın əvvəlində yenidən kəskin mərhələyə daxil olub. Bir aylıq nisbi sakitlikdən sonra tərəflər hava, raket və dəniz hücumlarını bərpa ediblər. Hazırda əsas gərginlik nöqtəsi Hörmüz boğazıdır. İran bu ərazidə yeni "qapalı zona"

08.09.2026 175
.

PISA 2025: Azərbaycanın iqtisadi rayonları üzrə şagirdlərin nəticələri AÇIQLANIB

"PISA 2025 nəticələrinə əsasən, Bakı iqtisadi rayonu riyazi savadlılıq üzrə 460 bal, təbiət elmləri üzrə 440 bal, oxu savadlılığı üzrə isə 405 bal toplayıb. Bu göstəricilər iqtisadi rayonlar arasında müvafiq olaraq riyazi və oxu savadlılığı üzrə ən yüksək nəticələr sırasındadır". xəbər veri

08.09.2026 153
.

"Tramp hakimiyyətinin xarici siyasətində ABŞ-ın öz təsir dairəsini yenidən müəyyənləşdirmək cəhdi açıq şəkildə görünür" - BƏHRUZ QULİYEV

"ABŞ Prezidenti Donald Trampın sosial şəbəkədə İslandiyanı, Qrenlandiyanı, Kanadanı, Meksikanı, Mərkəzi Amerika və Karib hövzəsini ABŞ bayrağı altında göstərən xəritə paylaşması ilk baxışda adi bir sosial media paylaşımı təsiri bağışlaya bilər. Amma beynəlxalq siyasətdə xəritələr heç vaxt sadəc

08.09.2026 200
.

Bu ərazi üzrə PENSİYALAR VERİLDİ

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabr ayının pensiya ödənişi başa çatdırılıb. Bu barədə BİG.AZ-a ƏƏSMN-dən məlumat verilib. Qeyd olunub ki, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankları

08.09.2026 265
.

İranda elita parçalanır - Ruhani Ali Rəhbərə qarşı çıxdı

İranda siyasi elita daxilində fikir ayrılıqları yenidən gündəmə gəlib. İran KİV-nə istinadən xəbər verir ki, keçmiş prezident (2013-2021), islahatçı qanadın nümayəndəsi Həsən Ruhani ABŞ ilə müharibənin davam etdirilib-etdirilməməsi məsələsinin xalqın iradəsi ilə müəyyənləşdirilməsini təklif edib. Ruhan

08.09.2026 154
.

Ölkəmiz təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmədə neçə bal toplayıb?

Azərbaycan PISA 2025-də təbiət elmləri üzrə 409 bal toplayaraq 92 ölkə və region arasında 69-cu yerdə qərarlaşıb. Bakı üzrə göstərici isə 440 bal təşkil edib və paytaxt əvvəlki qiymətləndirmə dövrü ilə müqayisədə 60 bal irəliləyib. xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzr

08.09.2026 145
.

Ekspert: "Paşinyanın 102-ci baza ilə bağlı açıqlaması Moskvaya ciddi siyasi mesajdır"

"Paşinyanın 102-ci Rusiya hərbi bazası ilə bağlı son açıqlaması Rusiya-Ermənistan münasibətlərində onsuz da mövcud olan gərginliyin yeni mərhələyə keçdiyini göstərir. Burada məsələ təkcə bir hərbi bazanın taleyi deyil. Söhbət Ermənistanın təhlükəsizlik modelini dəyişmək niyyətindən gedir. Paşinyanı

08.09.2026 187
.

Münasibətin bitdiyini göstərən 7 gizli əlamət

Münasibətlərdə fiziki yaxınlıq qədər emosional bağ da böyük əhəmiyyət daşıyır. Bəzən cütlüklər eyni evdə yaşasa, hər gün ünsiyyətdə olsa belə, tərəflərdən biri daxilən münasibətdən uzaqlaşmağa başlaya bilər. Emosional məsafə birdən yaranmır. Adətən bu proses kiçik davranış dəyişiklikləri ilə özünü göstərir

08.09.2026 214
.

PISA 2025: Azərbaycan təhsilində islahatların uğurlu nəticəsi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanın PISA 2025 nəticələri ölkənin təhsil sahəsində son illərdə həyata keçirilən islahatların müsbət nəticələrini bir daha nümayiş etdirib. Beynəlxalq qiymətləndirmədə Azərbaycan şagirdlərinin göstəricilərində əhəmiyyətli irəliləyişlərin qeydə alınması təhsil sistemində aparılan yeniliklərin v

08.09.2026 271
.