Pensiyalarla bağlı VACİB MƏLUMAT

Pensiyalarla bağlı VACİB MƏLUMATƏmək müqaviləsi ilə işləyən hər kəsin əməkhaqqısından müəyyən qədər vergi tutularaq pensiya kapitalına yönəldilir. Azərbaycanda kişilər üçün pensiya yaşı 65, qadınlar üçün isə 64-dür və bu 2027-ci il iyulun 1-dək qadınların pensiya yaşı hər dəfə 6 ay artırılaraq 65-ə çatdırılacaq.

Məsələ burasındadır ki, bəzən illərlə əmək fəaliyyətilə məşğul olan şəxs pensiya yaşına çatmadan vəfat edir. Bəs bu halda onun həmin vaxtadək toplanılan pensiya pulu kimə verilir? Nəzərə alsaq ki, ölkədə dəfn xərcləri də kifayət qədər yüksəkdir. Buna görə də ölən adamın toplanılan pensiya pulunu birdəfəlik çıxarıb istifadə etmək mümkündür?

Bütün bu suallara hüquqşünas Əkrəm Həsənov Metbuat.az-a açıqlamasında aydınlıq gətirib.

O bildirib ki, pensiya kapitalı vərəsəlik qaydasında ölən şəxsin varislərinə keçmir:

"Yalnız onun himayəsində olan şəxslər varsa və yaxud ər ölüb, arvadı sağdır və onun pensiyası kişinin pensiyasından azdırsa, bu zaman pensiya həmin fərqlə verilir. Məsələn, kişi 500 manat alırdı, arvad 300 manat alırdısa, bundan sonra arvad 500 manat, yəni ərinin pensiyasının fərq hissəsini alacaq. Yaxud arvad heç pensiya almırdısa, onda tam 500 manat pensiya alacaq. Əgər əksinə, kişinin pensiyası digərindən az idisə, onda arvadına heç nə çatmır. Ölən şəxsin himayəsində olan şəxslər var idisə, yəni 18 yaşına çatmayan övladı var idisə, övladı yetkinlik yaşına çatanadək pensiyanı alacaq. Lakin pensiya tam şəkildə ümumiyyətlə verilmir, yalnız hissə-hissə pensiya kimi verilə bilər".

Ekspert qeyd edib ki, bu qərar ədalətli hesab olunmur:

"İnsan ömrü boyu işləyib, onun pulundan pensiya toplanıb, o pulla da Dövlət Sosial Müdafiə Fondu illərlə başqalarına pensiya verib. Bu adam öldü və sadalanan hallar yoxdursa, varsa belə, pensiyasını bir müddət arvadı alıb, sonra o da öldüsə, deməli, onun pensiya kapitalı batdı. Yetkinlik yaşına çatan uşaqlarına heç nə çatmır. Nəzərə alaq ki, o pensiya kapitalı inflyasiyaya məruz qalır. Yəni bu gün biz maaşımızdan, gəlirimizdən Dövlət Sosial Müdafiə Fonduna haqq ödəyirik və həmin pensiya kapitalı onun hesabına formalaşır, amma axı o, inflyasiyaya məruz qalır. Məsələn, mən bu il ərzində 500 manat pensiya kapitalına ödəmişəm. İndiki 500 manat mənim 65 yaşımdakı ilin 500 manatı ilə eyni deyil. Axı pul daim dəyərdən düşür. Hələ dəyərdən düşmüş pulu da mənə tam vermirlər. Bu, əlbəttə ki, ədalətsizlikdir. Bəzi ölkələrdə o pul ya tam verilir, ya da heç olmasa, bir qismi verilir".

Ə.Həsənov pensiya pulunun niyə tam şəkildə verilmədiyini də açıqlayıb:

"Ona görə ki, əgər Dövlət Sosial Müdafiə Fondu bu pulların hamısını versə, onda özündə pul qalmayacaq. Dövlət Sosial Müdafiə Fondu bu gün bizim ora ödədiyimiz haqlarla pensiyanı ödəyir. Buna baxmayaraq, onu yenə pulu çatmır və hər il dövlət büdcəsindən də əlavə götürür. Hələ kimlərsə ölür, onların pensiya kapitalı tam batır. İndi fond pulu ölənlərin ailəsinə verməyə başlasa, onda ümumiyyətlə pulu qalmayacaq. Pul olsun deyə ya Dövlət Sosial Müdafiə Fondunun gəlir hissəsini artırmalıyıq ki, bu halda bizlərdən daha çox vergi tutulmalıdır. Buna da yəqin ki, heç birimiz razı olmayacağıq. Ya da ki, pensiyaları azaltmalıdır ki, pul çatsın. Bu da, qismən çətin məsələdir. Əslində bizdə bir qisim vətəndaşlar var ki, onlar həddən artıq yüksək pensiya alırlar. Bu da, mənim fikrimcə, tam düzgün deyil".

Hüquqşünas əlavə edib ki, pensiya gələcəkdə bizə ancaq pensiya kapitalından verilmir:

"Burada ömür uzunluğu məsələsi var ki, çox vacibdir. Yəni kimsə 90 il yaşayır, onun pensiya kapitalı bitir, amma yenə də Dövlət Sosial Müdafiə Fondu ona pensiyanı verməyə davam edir. Halbuki onun pulu artıq bitib. Ancaq mən tərəfdarıyam ki, heç olmasa qalan pensiya kapitalının müəyyən hissəsi verilsin. Bunun üçün də gərək fondda pul olsun".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 817   Tarix: 25 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Günəş qəfil yoxa çıxsaydı, Yer bunu dərhal bilməzdi - Səbəbi budur

Mümkünsüz bir hadisəni - Günəşin qəfil yoxa çıxmasını təsəvvür etsək, Yer bunu dərhal hiss etməzdi. Günəşin son işığı daha 8 dəqiqə 19 saniyə ərzində bizə çatmağa davam edərdi. Orta hesabla işığın Günəşlə Yer arasındakı məsafəni qət etməsi üçün məhz bu qədər vaxt tələb olunur. Qaynarinfo "Spac

08.09.2026 1
.

PISA 2025: Azərbaycanın iqtisadi rayonları üzrə şagirdlərin nəticələri AÇIQLANIB

"PISA 2025 nəticələrinə əsasən, Bakı iqtisadi rayonu riyazi savadlılıq üzrə 460 bal, təbiət elmləri üzrə 440 bal, oxu savadlılığı üzrə isə 405 bal toplayıb. Bu göstəricilər iqtisadi rayonlar arasında müvafiq olaraq riyazi və oxu savadlılığı üzrə ən yüksək nəticələr sırasındadır". xəbər veri

08.09.2026 141
.

Arteta "Arsenal"ın hansı oyunçusunun ona ən çox bənzədiyini AÇIQLADI

"Arsenal"ın baş məqşçisi Mikel Arteta ona ən çox bənzəyən Premyer Liqa oyunçusunun adını çəkib. Bu, Mikel Merinodur. -ın xarici mediaya istinadən məlumatına görə, Arteta ispan yarımmüdafiəçini seçib, çünki onun da məşqçi ola biləcəyinə inanır. O, Qranit Cakada da oxşar potensial görür. Blit

08.09.2026 139
.

Harri və Meqan Kralın məktubundan təəccübləniblər: cütlük "işləməyən kral ailəsi üzvü" kimi qalır

Sussex hersoqu Harri və hersoginya Meqan Kral II Çarlzın onların kral ailəsinin işləməyən üzvləri statusunu təsdiqləyən məktubundan əvvəlcədən kifayət qədər məlumatlandırılmadıqları üçün təəccübləniblər. xəbər verir ki, "Guardian"ın məlumatına görə, Bukingem Sarayının yüksək vəzifəli nümayəndəsi

08.09.2026 117
.

Xəzərdə pilotsuz dövr: Azərbaycan Hərbi Dəniz Qüvvələrini necə gücləndirir?

"Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 6-da Hərbi Dəniz Qüvvələrində olublar. Bu ziyarət kifayət qədər maraqlı məqamlarla yadda qalıb". Bunu BİG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib. O, qeyd edib ki, səfərin ən diqqətçəkən tərəfi Prezident İlham Əliye

08.09.2026 197
.

Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi

Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikası Media və Yayım Şurasının sədri və üzvləri təyin ediliblər:. Media və Yayım Şurasının sədri

08.09.2026 185
.

Bakıda riyazi savadlılıqda aşağı nəticə göstərən şagirdlərin payı azalıb

Bakıda riyazi savadlılıq üzrə 2-ci səviyyədən aşağı nəticə göstərən şagirdlərin payı 2025-ci ildə 37 faizə düşüb. 5 və 6-cı səviyyələrdə nəticə göstərən şagirdlərin payı isə 8.1 faizə yüksəlib. xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrini

08.09.2026 146
.

ÜDM artır, sənaye yerində sayır - Azərbaycan iqtisadiyyatında nə baş verir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycan iqtisadiyyatında artım qeydə alınsa da, bu dinamikanın əsas sahələr üzrə eyni tempdə formalaşmadığı görünür. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyul aylarında ÜDM 1,4 faiz artaraq 76,8 milyard manata çatıb. Eyni dövrdə sənaye məhsulu istehsalındakı artım is

08.09.2026 200
.

Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı

"2027-ci il üzrə imtahan proqramlarının məzmununda ciddi dəyişiklik nəzərdə tutulmur"​. Qaynarinfo xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ​2027-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanlarındakı dəyişikliklərlə bağlı açıqlamasında bildirib

08.09.2026 197
.