Yoxlamaya gələnlərin üzünə telefon çırpan baş həkim kimdir? – FOTO
Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlayıcı-mütəxəssisləri tərəfindən 22 yanvar 2025-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küç., məhəlllə 507-511 ünvanda yerləşən Laser Beauty Estetik Klinikası MMC-yə məxsus özəl tibb müəssisəsində planlı yoxlamaya başlanılıb və proses 23 yanvar 2025-ci il tarixində davam etdirilib.
BiG.AZ "axar.az"a istinadən xəbər verir ki, yoxlama nəticəsində tibbi qeydiyyat sənədlərinin Səhiyyə Nazirliyinin təsdiq etdiyi forma və qaydalar üzrə aparılmadığı, müəssisədə istifadə edilən tibbi avadanlıqların normativ-texniki tələblərə uyğunluğu barədə təsdiqedici sənədlər yoxlamaya natamam təqdim edildiyi, dərman vasitələrinin saxlandığı soyuducularda termometr olmadığı, stomatoloji otaqda sanitar-epidemioloji tələblərə dair qaydalara riayət edilmədiyi, "cərrahi-stomatoloji", "rentgenoloji", "diş texniki" işlərinin həyata keçirilməsi üçün şərait yaradıldığı (lisenziyası olmadığı halda), müəssisədə ixtisasa uyğun vəzifəyə təyin edilməməsi faktı, çoxlu sayda (30 nəfərdən çox) sertifikasiyadan keçmədən praktik özəl tibbi fəaliyyətlə məşğulolma və s. nöqsanlar aşkarlanıb.
Daha bir maraqlı məqam isə yoxlama zamanı baş həkim Rəna Soltanova və klinikanın rəhbəri Yeganə Cəfərovanın AEM-in yoxlayıcı-mütəxəssislərinə qarşı qeyri-etik davranışları qeydə alınıb: qışqırıb, telefonu AEM-in mütəxəssislərinin üzərinə çırpıb və yuxarı instansiyalara şikayət edərək, işdən çıxartdırmaqla hədələyiblər və müqavimət göstərilib.
Mütəxəssislərin üstünə qışqıran, onları işdən çıxartdıracağı ilə hədələyən "arxalılar" kimlərdir?
Baş həkim Rəna Soltanova uzun müddətdir mediada özünü təbliğ edir. Tərcümeyi-halında bildirilir ki, 2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetini dermotoloq-veneroloq ixtisası üzrə təhsil alıb, 2007-2008-ci ildə Respublika Dəri-Zöhrəvi Dispanserində internaturanı bitirib. İddia edilir ki, "estetik dermatologiyanın sirlərini" məhz Almaniyada öyrənmişdir, "Azərbaycanda "tibbi-estetik kosmetologiya" üzrə beynəlxalq səviyyədə ixtisaslaşan ilk həkimdir".
R.Soltanova 2017-2019-cu illərdə Kiyev şəhərində P.L.Şupik adına Ukrayna Milli Tibb Diplomdan Sonra Təhsil Akademiyasında ümumi cərrahiyyə üzrə ordinaturanı bitirib. Türkiyənin "Yüz Plastik Cerrahi Dernegi"nin üzvüdür. "Laser Beauty Estetik Klinikası" MMC-nin mərkəzi ofisinin baş həkimidir.
Bu zəngin avtobioqrafiyaya malik xanımın fotolarını təqdim edirik və hesab edirik ki, avtobioqrafiyasından daha çox, fotoları "danışır".



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2748 Tarix: 24 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Ay Bizimdir" - Trampdan gözlənilməz paylaşım
ABŞ Prezidenti Donald Tramp Ayla bağlı diqqətçəkən paylaşım edib. xəbər verir ki, o, bunu özünün "Truth Social" səhifəsində yazıb. Ağ Ev rəhbəri Ayın şəklini "Ay Bizimdir" başlığı və ABŞ bayrağı ilə paylaşıb. Paylaşımın hansı hadisə və ya qərarla bağlı olduğu isə aydın deyil. Bel
14:10 174 "Şəki yaylası"nda faciə - 2 nəfər öldü
Şəkiyə istirahətə gedən iki nəfər faciəvi şəkildə ölüb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bu gün Şəki rayonundakı istirahət mərkəzlərinin birində baş verib. Belə ki, Qax rayon sakini 30 yaşlı Məmmədov Coşqun Ceyhun oğlu və 27 yaşlı Bayramov Ucal Asif oğlu hündürlükdən yıxılaraq həla
20:18 244 Yumurta arıqlamağı sürətləndirə bilər - Amma bir şərtlə
Yumurta arıqlamaq istəyənlərin rasionunda faydalı məhsullardan biri ola bilər. O, yüksək miqdarda zülal ehtiva edir, nisbətən az kalorilidir və toxluq hissinin daha uzun müddət davam etməsinə kömək edir. Ancaq nəticə yalnız bir məhsuldan deyil, ümumi qidalanmadan və gün ərzində qəbul edilən enerji miqdarında
19:15 161 İran-ABŞ müharibəsində SON VƏZİYYƏT: Döyüşlər şiddətləndi, neft bahalaşdı
İranla ABŞ arasında altı aydan çoxdur davam edən hərbi qarşıdurma sentyabrın əvvəlində yenidən kəskin mərhələyə daxil olub. Bir aylıq nisbi sakitlikdən sonra tərəflər hava, raket və dəniz hücumlarını bərpa ediblər. Hazırda əsas gərginlik nöqtəsi Hörmüz boğazıdır. İran bu ərazidə yeni "qapalı zona"
19:00 153 Ölkəmiz təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmədə neçə bal toplayıb?
Azərbaycan PISA 2025-də təbiət elmləri üzrə 409 bal toplayaraq 92 ölkə və region arasında 69-cu yerdə qərarlaşıb. Bakı üzrə göstərici isə 440 bal təşkil edib və paytaxt əvvəlki qiymətləndirmə dövrü ilə müqayisədə 60 bal irəliləyib. xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzr
13:28 138 Xəzərdə pilotsuz dövr: Azərbaycan Hərbi Dəniz Qüvvələrini necə gücləndirir?
"Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 6-da Hərbi Dəniz Qüvvələrində olublar. Bu ziyarət kifayət qədər maraqlı məqamlarla yadda qalıb". Bunu BİG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib. O, qeyd edib ki, səfərin ən diqqətçəkən tərəfi Prezident İlham Əliye
15:05 197 Bakıda riyazi savadlılıqda aşağı nəticə göstərən şagirdlərin payı azalıb
Bakıda riyazi savadlılıq üzrə 2-ci səviyyədən aşağı nəticə göstərən şagirdlərin payı 2025-ci ildə 37 faizə düşüb. 5 və 6-cı səviyyələrdə nəticə göstərən şagirdlərin payı isə 8.1 faizə yüksəlib. xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrini
13:06 146 Hər gün hazır qəhvə içənlərin DİQQƏTİNƏ
Müəyyən şərtlər daxilində gündəlik içdiyimiz hazır qəhvə orqanizmə mənfi təsir göstərə bilər. Üstəlik, bunun ilk fəsadları uzun müddət nəzərə çarpmaya bilər. xəbər verir ki, hazır qəhvə kofeini sürətli şəkildə qəbul etməyin ən asan yollarından biridir. Ancaq hər gün içildikdə qəhvənin miqdarı, insanı
18:45 174 Azərbaycanlı jurnalistlərin İsrail səfəri: Media sahəsində yeni əməkdaşlıq
Azərbaycanlı jurnalistlərin İsrailə səfəri iki ölkə arasında münasibətlərin yalnız siyasi, iqtisadi və təhlükəsizlik sahələri ilə məhdudlaşmadığını, media istiqamətində də əlaqələrin inkişaf etdiyini bir daha göstərib. Media-tur çərçivəsində İsrailə səfər edən azərbaycanlı jurnalistlər bir sıra yerl
13:43 228