"Özünüzü yığışdırın, dağıtdığınız ailələrdən danışın"

"Özünüzü yığışdırın, dağıtdığınız ailələrdən danışın"Müğənnilər Ülviyyə Namazova ilə Aysun İsmayılovanın qalmaqalına Rəqsanə İsmayılova da qoşulub.

OLAY-ın əldə etdiyi məlumata görə, Rəqsanə sosial media hesabında açdığı canlı yayımda qəzəblənib.

O, qızı ilə dava edən həmkarına ismarış göndərib:

"Mən vaxtında etdiyim qalmaqallara görə ölüb yerə girirəm. Deyirəm, səhv etmişəm, gərək etməzdim. On gündür səhnəyə çıxmısınız, nə başınızdan böyük danışırsınız? Mənim uşağımın haqqında danışmaq sizin başınız üçün deyil. Mən səhnədə olanda siz qənddandan qənd oğurlayırdınız. Televizorun qarşısında oturub mənə baxırdınız. Mənim uşağımdan danışa bilməzsiniz, nə siz, nə da başqası. Bəsdirin də. Hərəniz bir kişi tapdınız, qoltuğunuza vurdunuz. Reklam edib adam olmusunuz? Nə qədər susaq, danışmayaq? Bezdirmisiniz, nə qədər olar efirdə sizdən danışmaq? Hansı efirə baxsanız, sizsiniz. Vəfa belə gəldi, Şəbnəm belə getdi. Camaatı boğaza yığmısınız. Hərəniz bir qadının ailəsini dağıdıb, kişini qoltuğunuza vurmusunuz. Mən sizin üçün o-bu deyiləm ki, susum. Bütün qadınlar sizin əlinizdən tənə gəlib, hamının ərini sovurursunuz. Biz də sənətdə olmuşuq da. Ailəsini dağıtdıqlarınızın nəslindən utanın. Aysun uşaq deyil. Dünən Şəbnəm deyir ki, Aysun uşaqdır. Ülviyyə 100 ilin sənətkarıdır ki, Aysun onun yanında uşaq olsun? Ülviyyə kimdir ki? üç gündür oxumağa gəlib. Günah televiziyadadır, aparıcılardadır. Çünki reytinq xatirinə bunları qırışdırırlar. Nə qədər olar? Sonra deyirlər ki, niyə efirə gəlmirsən? Necə gələk? Sizin efirnizdə qırğın-davadır. Yumurtadan çıxanlar uşağıma toxuna bilməzlər. Onların başına dünyanı edərəm. Ülviyyə Moskvaya gəlsə, onun üstündən sürüb keçərəm. Bilirlər ki, hər şeyə qadir insanam. Hansı ana övladını ata, arxasında durmaya bilər? Hansı ana deyə bilər ki, uşağım haqqında yaxşı edirlər, belə danışsınlar. Həyatdır hər şey ola bilər, hər şey baş verə bilər. Bu davaları yığışdırın. Bəsdirin, yoxsa ailəsini dağıtdığınız insanların da adlarını çəkərəm. Mən siz deyiləm, maskalanım. Efirdə "ərim" deyib, başqasının ərinin adını çəkim. Mən o deyiləm. Ərin nikahı, kəbini olur. Mən o deyiləm, səhv salmayın. Həyatımda kim olub, kimə salam vermişəmsə, demişəm. İndi də ərim, ailəm var. Oturmuşam ərimin, ailəmin yanında. 20 ilə yaxındır Moskvada yaşayıram, bir köpək oğlu, köpək qızı deyə bilməz ki, Rəqsanənin hansısa səhvi olub. Mənim üçün ailə müqəddəsdir və heç nə ilə əvəz olunmaz, heç nəyə dəyişmək olmaz! Ərə gedirsiniz, subay oğlana gedin də! Niyə camaatın ailəsini dağıdırsınız?! Camaatın ailəsini, balasını ortada qoyursunuz, qarğış götürürsünüz. Yazıq qadınlar qorxularından çıxıb heç nə deyə bilmirlər ki, ailəsini kim dağıdıb. Amma mən bilirəm, sənət dostlarım bilir, jurnalistlər bilirlər. Efirdə bilirsiniz niyə deyə bilmirlər? Çünki onlara reytinq verirsiniz. Danışın da kimin ailəsini dağıtmısınız, kimlərin uşaqlarını ortada qoymusunuz. Bəsdirin də! Bunları danışaq? Özünüzü yığışdırın! Yenə deyirəm, Ülviyyə özünü yığışdır! Sənin üçün o, bu deyiləm. Sənin anana hörmətim var, Allah canını sağ eləsin, başınızın üstündən əskik olmasın. Amma Dilarə Rəqsanə deyil! Özünü yığışdır, söhbəti bağla, mənim uşağımın adını çəkmə! Məni o həddə çatdırma ki, səninlə başqa cür danışım. Nə qədər olar? Ha istəyirsən, susasan, danışmayasan, amma adamı o həddə çatdırırlar. Bunlar bir kənarda dursun, iki günün müğənnilərinə baxırsan ki, kimlərinsə ailəsini dağıdır. Bizim də evimiz yıxılır, bəsdirin də. Bir dəfə efirdə dedim ki, hamıya sponsorluq edən var. Sponsoru olan adamlar çıxdı ki, öz gücümüzə bu yerə çatmışıq. Dastan etdilər ki, Rəqsanə niyə belə deyir? Rəqsanə düz deyirdi, hamınız sponsorun gücünə o yerə çatırsınız. İkinci dəfə gəldiniz pandemiya dövründə üz qarası etdiniz, camaatın içində biabır etdiniz. Məclisə getmək əvəzinə məclisdən sonra min hoqqadan çıxdınız, Moskvada adımızı batırdınız. Onu da düz deyirdim. Onda da camaatın evini yıxdınız. Yəhudilər o qədər ağıllı millətdir ki, sizi ailələrinin içinə bir-iki dəfə buraxırlar. Qadınlar görürlər ki, kiminsə ərini pul xərclətdirməyə aparırsınız. Sizin qanınız budur, düzələn deyilsiniz. Nəinki Ülviyyə, hamınıza aiddir, eşitsəm ki, efirdə mənim, ya da uşağımın adını çəkirsiniz. Sizə efirdən cavab verməyəcəyəm, kənarda necə lazımdırsa, cavabınızı verəcəm. Axırıncı dəfə xəbərdarlıq edirəm, özünüzü yığışdırın. Ülviyyə mənim də, uşağımın da adını çəkmə. Sən mənə barmaq göstərə bilməzsən!".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1873   Tarix: 24 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.