Kartda pul saxlamaq təhlükəlidirmi? EKSPERTLƏRDƏN AÇIQLAMA
Bir neçə müddətdir ki, kütləvi informasiya vasitələrində vətəndaşların şəxsi kartlarından pul oğurlanması xəbəri yayılıb. Bu halda vətəndaşlar kartlarda pul saxlamaq istəmir. Bu yolla öz vəsaitlərini "qoruduqlarını" düşünürlər.
Bəs ekspertlər bu məsələ ilə bağlı nələri məsləhət görür?
Mövzu ilə bağlı BiG.AZ-a danışan iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, kartlardan pul oğurlanmasının səbəbi istifadəçilərinin gizli məlumatı üçüncü şəxslərlə bölüşməsi nəticəsində baş verir. Bəzi hallarda bir qrup şəxsin zəng vurararq kart məlumatlarının istədiyinin şahidi oluruq:
"Özlərini bank işçisi kimi təqdim edərək bu məlumatları əldə edib, istifadəçinin kart gizliliyini təhlükə altında qoyur. Belə hallar, kiber cinayət sayılır. Bu halda mobil tətbiqlər vasitəsilə kartların deaktiv edilməsi vacibdir
Dünya praktikasında müasir bank sistemi inkişaf etdikcə informasiya texnologiyaları da inkişaf edir. Bununla bağlı şifrələmə texnologiyası artıq gündəmdə olan sistemdir. Müştəri məmnunluğu və məlumatların təhlükəsizliyi qorunması istiqamətində beynəlxalq standartlara uyğun sistem həyata keçirilir.
Ekspert olaraq tövsiyə edərdim ki, bank kartlarında vəsaitini saxlayan şəxslər öz məlumatlarını üçüncü şəxslə paylaşmasınlar. Hər hansı bir xırda problemdə dərhal banka məlumat versinlər".
Mövzu ilə bağlı BiG.AZ-a danışan bank eksperti Əkrəm Həsənov da fikirlərini bölüşərək qeyd edib ki, kartlardan pulların oğurlanması əksər hallarda vətəndaşların özünün günahı ucbatından baş verir. Kimsə zəng edərək kart məlumatlarını istəyir, həmin şəxslər də məlumatı paylaşırlar. Yaxud da, şübhəli internet sayıtlarından alış-veriş edərək məlumatları qeyd edirlər. Bəzi hallarda bu məsələdə bankın da günahı olur:
"Vətəndaş məlumatı kiminləsə paylaşmasa da bank sisteminin təhlükəsizliyi zəif qorunduğundan hakerlər rahatlıqla kartlardan pul oğurlaya bilirlər.
Onu da etiraf etməliyik ki, bəzi bankların təhlükəsizlik sistemi yüksək səviyyədə deyil.
Bu məsələdə vətəndaşlara böyük məbləğləri kartlarda saxlamağı tövsiyə etmirəm. Vətəndaşların bir bankdan iki kart alması daha məsləhətlidir. Birində pul saxlanılsın, digərindən isə ödənişlər edilsin. Ödəniş edilən kartda əlavə pul saxlanılmasın. Lazım olduqca pul saxlanılan kartdan köçürmələr edərək istifadə etsin. Bu halda banklar da, şəxsləri məlumatları paylaşmaqda günahlandıra bilməz, təhlükəsizlik də lazımi şəkildə qorunar. Ekspert olaraq məsləhətim odur ki, vətəndaşlar bankın SMS xidmətinə qoşulsun. Hər bir ödənişdən sonra kod istənilsin, əlavə ödeniş edilməsi dayandırılsın".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1286 Tarix: 21 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEkspert: "Paşinyanın 102-ci baza ilə bağlı açıqlaması Moskvaya ciddi siyasi mesajdır"
"Paşinyanın 102-ci Rusiya hərbi bazası ilə bağlı son açıqlaması Rusiya-Ermənistan münasibətlərində onsuz da mövcud olan gərginliyin yeni mərhələyə keçdiyini göstərir. Burada məsələ təkcə bir hərbi bazanın taleyi deyil. Söhbət Ermənistanın təhlükəsizlik modelini dəyişmək niyyətindən gedir. Paşinyanı
13:44 181 Günəş qəfil yoxa çıxsaydı, Yer bunu dərhal bilməzdi - Səbəbi budur
Mümkünsüz bir hadisəni - Günəşin qəfil yoxa çıxmasını təsəvvür etsək, Yer bunu dərhal hiss etməzdi. Günəşin son işığı daha 8 dəqiqə 19 saniyə ərzində bizə çatmağa davam edərdi. Orta hesabla işığın Günəşlə Yer arasındakı məsafəni qət etməsi üçün məhz bu qədər vaxt tələb olunur. Qaynarinfo "Spac
22:30 1 Arteta "Arsenal"ın hansı oyunçusunun ona ən çox bənzədiyini AÇIQLADI
"Arsenal"ın baş məqşçisi Mikel Arteta ona ən çox bənzəyən Premyer Liqa oyunçusunun adını çəkib. Bu, Mikel Merinodur. -ın xarici mediaya istinadən məlumatına görə, Arteta ispan yarımmüdafiəçini seçib, çünki onun da məşqçi ola biləcəyinə inanır. O, Qranit Cakada da oxşar potensial görür. Blit
19:30 139 ÜDM artır, sənaye yerində sayır - Azərbaycan iqtisadiyyatında nə baş verir? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycan iqtisadiyyatında artım qeydə alınsa da, bu dinamikanın əsas sahələr üzrə eyni tempdə formalaşmadığı görünür. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyul aylarında ÜDM 1,4 faiz artaraq 76,8 milyard manata çatıb. Eyni dövrdə sənaye məhsulu istehsalındakı artım is
14:12 200 Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikası Media və Yayım Şurasının sədri və üzvləri təyin ediliblər:. Media və Yayım Şurasının sədri
14:20 185 Azərbaycanda qızlar oxu savadlılığında oğlanları qabaqlayıblar
Azərbaycanda cinslərarası ən böyük fərq oxu savadlılığında qızların xeyrinə qeydə alınıb. Qızlar oğlanları 36 balla qabaqlayıblar. Buna baxmayaraq, qızların oxu nəticələri belə baza səviyyəsinin altındadır. xəbər verir ki, bu, PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrini
12:50 134 Sabah hava necə olacaq?
Sentyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağ
12:44 194 Britaniyadan Ukraynaya 130 milyon hərbi yardım - HHM sistemləri verilir
Böyük Britaniya hökuməti yaxınlaşan qış mövsümü ərəfəsində Ukraynaya 100 milyon funt sterling (təxminən 130 milyon dollar) dəyərində yeni hərbi yardım paketinin ayrıldığını elan edib. Bu barədə Britaniya Müdafiə Nazirliyinin və nazir Ues Stritinqin (Wes Streeting) sentyabrın 8-də yaydığı rəsmi bəyanatd
20:45 108 Peskov açıqladı: Putin-Paşinyan görüşündə mühüm məqamlar müəyyən edildi
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bişkekdə keçirilən görüş məzmunlu və əhəmiyyətli olub. xəbər verir ki, bu barədə RİA Novosti Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasına istinadən məlumat yayıb. Rusiya liderinin mətbuat katibi görüşün əhəmiyyətini vurğulayara
14:23 176