Azərbaycandan xaricə birbaşa və tranzit aviareyslərin qiymətləri açıqlanıb
2024-cü ildə Bakıdan xaricə birbaşa aviareyslərin ən yüksək orta qiyməti Qətərin paytaxtı Doha istiqamətində qeydə alınıb.
"Report" Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, Azərbaycan paytaxtından Dohaya birbaşa uçmaq 544 avroya, tranzit yolla uçmaq isə 493 avroya başa gəlib.
2-ci yerdə Bəhreynin paytaxtı Manama qərarlaşıb. Bu şəhərə birbaşa və tranzitlə uçuş haqları müvafiq olaraq 506 avro və 334 avro təşkil edib.
Növbəti yeri İngiltərənin paytaxtı London tutub. Bu şəhərə birbaşa uçuş 393 avroya, tranzitlə uçuş isə 538 avroya başa gəlib.
Ötən il Bakıdan tranzit aviareyslərin ən yüksək orta uçuş qiyməti 1 361 avro olmaqla Almaniyanın Frankfurt şəhəri istiqamətində qeydə alınıb.
İlk üçlüyə Çexiyanın paytaxtı Praqa 1 153 avro və Polşanın paytaxtı Varşava 783 avro qiymətlə daxil olub.
Bundan əlavə, Azərbaycandan əsas istiqamətlər üzrə Rusiya, Türkiyə, BƏƏ və Gürcüstana olan uçuş qiymətləri də diqqət çəkib.
Ötən il Rusiyaya birbaşa aviareyslərdə ən yüksək orta qiymət 321 avro ilə Novosibirsk şəhərinə olub. Bu şəhərə tranzit uçuş isə 551 avroya başa gəlib.
Ötən il Türkiyəyə birbaşa aviareyslərdə ən yüksək orta qiymət 159,9 avro ilə İstanbul şəhərinə olub. Bu şəhərə tranzit uçuş isə 391 avroya başa gəlib.
2024-cü ildə BƏƏ-yə ən yüksək orta qiymət Dubaya olub. Bu şəhərə birbaşa uçmaq 227 avroya (- 19,7 % ), tranzitlə 313 avroya ( - 34,1 %) başa gəlib.
Ötən il Gürcüstanın paytaxtı Tbilisiyə isə birbaşa uçmaq 71,2 avroya, tranzitlə uçmaq 296 avroya başa gəlib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 550 Tarix: 11 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSəhvən su əvəzinə sirkə turşusu içdi
Ağdamda sirkə turşusundan zəhərlənən gənc qız Bakıya göndərilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Əfətli kəndində qeydə alınıb. Kənd sakini, 2008-ci il təvəllüdlü Aytac Hüseynova gecə saatlarında su əvəzinə bilməyərəkdən sirkə turşusu içib. Yaxınları tərəfində
12.07.2026 278 "Reuters" Ukraynada "Patriot" raketlərinin istehsalı ilə bağlı detalları açıqlayıb
"Patriot" kompleksləri üçün raketlər, çox güman ki, Ukraynada deyil, Almaniyada istehsal olunacaq. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Reuters" agentliyi yazıb. Nəşrin həmsöhbətləri qeyd ediblər ki, ələkeçirici raketlər, Almaniyada və ya başqa bir Avrop
12.07.2026 251 Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalı xərcini 36 %-dən çox artırıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 134,21 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 36,2 % çoxdur. Təkcə iyunda isə Türkiyə Azərbaycana 22,193 milyo
12.07.2026 163 Heyvanların daşınmasına dair yeni tələblərlə bağlı rəsmi AÇIQLAMA
"Heyvanların daşınması ilə bağlı yeni tələblər yalnız ölkəyə idxal olunan heyvanlara aiddir, daxili daşınmalarda tətbiq edilmir". Bunu APA-ya açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlə
12.07.2026 194 ABŞ-nin İrana aviazərbələri nəticəsində ölənlərin sayı 17-yə çatıb
İyulun 8-i və 9-da ABŞ-nin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ən azı 17 nəfər həyatını itirib, daha 115 nəfər isə xəsarət alıb. xəbər verir ki, bu barədə İslam Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi Hüseyn Kermanpur "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb. "İyulu
12.07.2026 176 Kanadada festivalda baş verən atışma zamanı iki nəfər ölüb, xəsarət alanlar var
Kanadanın Toronto şəhərində naməlum silahlı şəxs atəş açaraq iki nəfəri öldürüb, daha beş nəfəri yaralayıb. "Report"un məlumatına görə, bu barədə Toronto polisi "X" sosial şəbəkəsində bildirib. "Beş nəfər güllə yarası ilə aşkarlanıb, iki nəfər hadisə yerində ölüb", - paylaşımd
12.07.2026 255 Bakı-Qazax yolunda 28 nəfərin xəsarət aldığı qəzanın SƏBƏBİ AÇIQLANDI - YENİLƏNİB+FOTOLAR - YENİLƏNİB+FOTOLAR
Bakı-Qazax yolunda sərnişin avtobusunun aşmasına səbəb onun qarşısına heyvanın çıxması olub. Bu barədə -a açıqlamasında avtobusun məxsus olduğu daşıyıcı şirkətin rəhbəri Pərviz Davudov məlumat verib. O bildirib ki, avtobus reysdən öncə texniki və tibbi baxışdan keçib:. "Avtobus 2026-cı il istehsalıdır
12.07.2026 458 Gürcüstanda qohumunu öldürməkdə təqsirli bilinən azərbaycanlı saxlanılıb
Tbilisidə Azərbaycan vətəndaşının qəsdən öldürülməsində şübhəli bilinən şəxs Gürcüstanın Batumi Beynəlxalq Hava Limanında saxlanlıb. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, əməliyyat Tbilisi Polis Departament
12.07.2026 169 Britaniyada keçmiş deputatın qətlində şübhəli bilinən şəxs saxlanılıb
Böyük Britaniyada 28 yaşlı kişi İcmalar Palatasının keçmiş deputatı Enn Uiddikombun qətlində şübhəli bilinərək saxlanılıb. "Report"un məlumatına görə, bu barədə Devon və Kornuoll qraflığı polisinin açıqlamasında bildirilir. "28 yaşlı kişinin 11 iyul axşamı Cənubi Yorkşirdə Enn Uiddikombu
12.07.2026 209