"Bakının tələbi Kremli çətin vəziyyət qarşısında qoyub"-POLİTOLOQDAN AÇIQLAMA
"Rusiya prezidenti Vladimir Putin üzrxahlıq etsə də, günahkarların cəzalandırılıb cinayət məsuliyyətinə cəlb edilməsi, habelə Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödənilməsi məsələsi həllini tapmayıb.
Xüsusilə Bakının günahkarların cəzalandırılıb cinayət məsuliyyətinə cəlb eilməsini tələb etməsi Kremlinin isə buna hələ ki, diqqət yetirməməsi sual doğuran məqamdır".
Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.
O, qeyd edib ki, Çeçenistan lideri Ramzan Kadırov dekabrın 26-da Təhlükəsizlik Şurasının katibi vəzifəsini daşıyan qardaşı oğlu Həmzət Kadırovu "Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə" medalı ilə təltif etmişdir. Həmzət Kadırov dekabrın 25-də Çeçenistan səmasında Ukrayna PUA-larının vurulduğunu açıqlamışdı. Onun təltif edilməsi Ukrayna PUA-larının vurulmasına görədir. AZAL-ın təyyarəsi də məhz Çeçenistandakı hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Belə bir nəticəyə gəlmək olar ki, Bakının cəzalandırılmasını tələb etdiyi şəxslərdən biridə Həmzət Kadırovdur:
"Bakının bu tələbi görünür Kremli çətin vəziyyət qarşında qoyub. Belə ki, Ramzan Kadırovu Həmzət Kadırov qurban vermək istəmir. Kreml isə Çeçeinstanın qarışmasını istəmir. Əks təqdirdə bir neçə zabiti qurban vermək Kreml üçün elə də çətin olmamalıydı.
Digər tərfədən bu vəziyyət Kadırov üçün arzu edilən deyil. Çünki onun özünün də postu təhlükə altındadır. Məsələ ondadır ki, onu Kremldə sevməyən və Çeçenistan rəhbəri kimi görmək istəməyən şəxslər var. Təsadüfi deyil ki, artıq Vladimir Putinə Çeçenistanda Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin vurulmasına görə Ramzan Kadırovu istefaya göndərmək təklifləri də olunub. Kreml daxilində "Kadırovmu? Bakımı?" sualı səslənir.
"Kremlevskaya Tabakerka" Teleqram kanalına Rusiya Prezident Administrasiyasının sədr müavini Sergey Kiriyenkoya yaxın mənbə bildirib ki, "Kadırov Çeçenistanda xaos yaradıb. Hava hücumundan müdafiə sisteminin uğursuz işləməsi və sərnişin təyyarəsinə açılan atəş ümumi qarışıqlığın nəticəsidir. Ona görə də, onu tutduğu vəzifədən məhrum etmək və ölən sərnişinlərin ailələrinə təzminat ödəməyə məcbur etmək lazımdır. Azərbaycanlı tərəfdaşlarımız, ümid edirəm, belə bir qurbanla kifayətlənəcəklər. Digər tərəfdaşlar bizim etibarlı olduğumuzu başa düşəcək və bizimlə mübahisə etməyəcəklər. Mənə elə gəlir ki, bu, Kadırovun fərdi taleyindən qat-qat vacibdir".
Nəticə etiabri ilə, Prezident İlham Əliyevin yanvarın 6-dakı çıxışı Bakının tələblərindən geri dönmək niyyətində olmadığını bir daha sübut etdi. Hətta, qara qutunun Brazilyaya göndərilməsi məsələnin beynəlxaq miqyasa qaldırılma ehtimallarının olduğunu göstərir. Bu isə Kremlin maraqalarına uyğun deyil. Vəziyyət qarşısında Kremlin ən yaxşı halda Həmzət Kadırov və hadisədə dəxli olan digər şəxsləri həbs etməlidir. Bu istiqamtədə Putin kremldəkilərin də istəyi əsasında ya Kadırovu vəzifədən uzaqlaşdırmalı ya da yeni vəzifəyə təyin edərək gücünü qırmalıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 845 Tarix: 07 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Qalatasaray"ın keçmiş oyunçusu Braziliyada yeni klub tapdı
Mərakeşli yarımmüdafiəçi Avropa futbolundan ayrılır və tezliklə Braziliya klublarından birinə qoşulacaq. -ın xarici mediaya istinadən xəbərinə görə, "Vidad"ın yarımmüdafiəçisi Hakim Ziyeş Braziliyaya gedəcək. 33 yaşlı mərakeşli ötən yay azad agent olub. Nəticədə, "Botafogo" oyunçun
07.09.2026 233 "Boğulurdum, hələ belə ağrı görməmişdim" - İnfarkt keçirən İlham Mirzəyev
Xəbər verdiyimiz kimi, aparıcı İlham Mirzəyev infarkt keçirib və əməliyyat olunub. Axşam.az xəbər verir ki, aparıcı səhhəti ilə bağlı açıqlamasında hazırda vəziyyətinin yaxşı olduğunu bildirib. O, ürəyinə stent qoyulduğunu və vaxtında xəstəxanaya çatdırılmasının həyatını xilas etdiyini deyib. "Alla
11:57 180 Peskov açıqladı: Putin-Paşinyan görüşündə mühüm məqamlar müəyyən edildi
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bişkekdə keçirilən görüş məzmunlu və əhəmiyyətli olub. xəbər verir ki, bu barədə RİA Novosti Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasına istinadən məlumat yayıb. Rusiya liderinin mətbuat katibi görüşün əhəmiyyətini vurğulayara
14:23 1 Katz: "İran bizə hücum edərsə, onları daş dövrünə qaytaracağıq"
İranla ABŞ arasında yaşanan gərginlik fonunda İsrailin Livan istiqamətində Hizbullaha qarşı atdığı addımlar Tehranda ciddi etirazla qarşılanıb. xəbər verir ki, strateji təpənin Yerusəlim tərəfindən nəzarətə götürülməsinə İran sərt cavab verəcəyini bildirib. Lakin İsrailin müdafiə naziri Yisrael Kat
07.09.2026 246 Paşinyan Rusiyanın Gümrü bazasına "ya saxla, ya çıxar" mesajı verdi
Ermənistanda yerləşən Rusiyaya məxsus 102-ci hərbi baza ətrafında siyasi qalmaqal son günlər yenidən gündəmə gəlib. Buna səbəb Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın istəyəcəyi təqdirdə Gümrüdəki bazanı "günü sabah" çıxara biləcəkləri barədə açıqlaması, Ermənistan Baş naziri Niko
10:49 156 "Ay Bizimdir" - Trampdan gözlənilməz paylaşım
ABŞ Prezidenti Donald Tramp Ayla bağlı diqqətçəkən paylaşım edib. xəbər verir ki, o, bunu özünün "Truth Social" səhifəsində yazıb. Ağ Ev rəhbəri Ayın şəklini "Ay Bizimdir" başlığı və ABŞ bayrağı ilə paylaşıb. Paylaşımın hansı hadisə və ya qərarla bağlı olduğu isə aydın deyil. Bel
14:10 39 Bakıda yeni tikilən binada yanğın - Fotolar
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. "Qafqazinfo" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələr
07.09.2026 278 Trampın adanın Amerika bayrağı altında göstərildiyi xəritəni paylaşmasından sonra İslandiya ABŞ səfirini çağırıb
Yerli yayımçı RUV-un verdiyi məlumata görə, Prezident Donald Trampın sosial mediada adanın və digər ölkələrin Amerika bayrağı ilə örtüldüyünü göstərən bir şəkil paylaşmasından sonra İslandiya bazar ertəsi günü ABŞ səfirini çağırıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, xəritədə ABŞ bayrağı ilə örtülmü
11:48 149 Kim Kardaşyan ona görə Bakıya gələ bilər
Erməni əsilli amerikalı şou ulduzu Kim Kardaşyanın yeddiqat dünya çempionu, "Formula 1" pilotu Luis Hemiltonu dəstəkləmək üçün Bakıda keçiriləcək Qran-Pridə iştirak edə biləcəyi iddia olunur. -a istinadla xəbər verir ki, bir neçə məşhur şou platforması Kardaşyanın Hemiltonla münasibətlərini
07.09.2026 419