Azərbaycan Gimnastika Federasiyasının sabiq prezidenti vəfat edib

Azərbaycan Gimnastika Federasiyasının sabiq prezidenti vəfat edibAzərbaycan Gimnastika Federasiyasının (AGF) sabiq prezidenti və Milli Olimpiya Komitəsinin keçmiş baş katibi Faiq Rəcəbov vəfat edib.

"Report" xəbər verir ki, uzun illər Azərbaycan idmanının inkişafında böyük xidmətləri olan veteran gimnast 91 yaşında dünyasını dəyişib.

1933-cü il fevralın 19-da Bakı şəhərində anadan olan keçmiş federasiya rəhbəri idmana uşaq yaşlarından maraq göstərib. O, erkən yaşlarında gimnastikada uğur qazanmağa başlayıb. Yeniyetmələr arasında Bakı və Azərbaycan birinciliklərinin, o cümlədən tələbələr arasında keçirilən spartakiadaların çempionu olan SSRİ idman ustası, Azərbaycanın yığma komandasının üzvü kimi, SSRİ çempionatlarının, SSRİ xalqlarının spartakiadasının iştirakçısı olub.

F. Rəcəbov uzun illər ictimai işlərdə də çalışıb. O, 1980-1990-cı illərdə AGF prezidenti, 1994-1997-ci illərdə Azərbaycanın Milli Olimpiya Komitəsinin baş katibi və Avropa Komitəsinin Texniki Komissiyasının üzvü olub.

Faiq Rəcəbov 2022-ci ildə bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Bədən Tərbiyəsi və İdman xadimi fəxri adı ilə təltif edilib.

Qeyd edək ki, Faiq Rəcəbov Azərbaycanın və dünyanın tanınmış şahmatçısı, üçqat Avropa çempionu, Dünya Kubokunun qalibi Teymur Rəcəbovun babasıdır.


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 975   Tarix: 04 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qurban Qurbanovdan qələbə şərhi

"Qarabağ"ın futbolçuları "Tvente" ilə matçda çox güc sərf ediblər. Qaynarinfo xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis Niderlandda "Tvente"yə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasını

21.08.2026 323
.

"Qarabağ"ın yeni transferləri oyunu stadiondan izləyirlər

"Qarabağ"ın yeni transferləri olan Taofik İsmael və Reda Khadra komandanın "Tvente"yə qarşı keçirilən pley-off mərhələsinin matçını stadiondan izləyirlər. "Qafqazinfo" xəbər verir ki, hər iki futbolçu VİP lojada yer alır. Belə ki, "Tvente" ilə matçın fasiləsind

27.08.2026 282
.

"Turan" voleybol komandasının yeni mövsüm üçün məşqçilər heyətinin formalaşdırılması tamamlanıb

"Turan" voleybol komandası 2026/2027 mövsümü üçün məşqçilər heyətinin formalaşdırılmasını tamamlayıb. "Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Komandanın baş məşqçisi Ziya Rəcəbovun rəhbərliyi altında yeni mövsümdə məşqçilər korpusunda beş mütəxəssis ye

29.08.2026 220
.

Neymar ciddi zədə aldı, klubu açıqlama yaydı

Braziliya milli komandası tarixində ən yaxşı bombardir, "Santos"un hücumçusu Neymar "Palmeyras"la oyunda sağ budundan zədə alıb. -ın xəbərinə görə, bu barədə Braziliya klubunun mətbuat xidməti "X" hesabında məlumat verib. Braziliya Kubokunun dörddəbir finalının cavab oyun

06.09.2026 148
.

"Barselona" Ferran Torresin PSJ-yə keçdiyini açıqlayıb

İspaniyanın "Barselona" klubu Ferran Torresin Fransa təmsilçisi PSJ-yə keçdiyini açıqlayıb. "Report" xəbər verir ki, bu barədə Kataloniya təmsilçisi məlumat yayıb. Hazırkı ölkə çempionu 26 yaşlı vingerə gələcək karyerasında uğurlar arzulayıb. Xatırladaq ki, Ferran Torres 2022-ci ildə

15.08.2026 341
.

UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel Beer-Şeva"

"Sabah" UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün cavab qarşılaşmasına çıxacaq. Qaynarinfo-nun məlumatına görə, Valdas Dambrauskasın baş məşqçi olduğu komanda İsrail təmsilçisi "Hapoel" (Beer-Şeva) ilə üz-üzə gələcək. Qarşılaşmaya Tofiq Bəhramov adına Respublika stadionunda

25.08.2026 277
.

Ronaldinyo həbsxanada çempion olub, mükafat olaraq donuz almağından danışıb

"Barselona"nın sabiq ulduzu Ronaldinyo həbsxanada keçirdiyi günlərdən danışıb. xarici mətbuata istinadən xəbər verir ki, Paraqvayda həbsdə olduğu müddətdə futbol ona baş verənlərdən uzaqlaşmağa kömək edib. Onun sözlərinə görə, həbsxanada keçirilən turnirin finalında onun komandası 11:2 hesab

21.08.2026 531
.

Onlar "Sabah"la oynamaq üçün Bakıya gələcəklər

Azərbaycan təmsilçisi "Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsindəki rəqibləri bəlli olub. "Qafqazinfo" xəbər verir ki, keçirilən püşkatma mərasiminin nəticələrinə əsasən, Masazır təmsilçisi doğma meydanda Kataloniya nəhəngi "Barselona", Almaniyanın "Borussiya"

27.08.2026 402
.

"LANDAU Lions" Rəsul Məmmədzadə ilə müqavilənin müddətini uzadıb

"LANDAU Lions" basketbol klubu 19 yaşlı oyunçusu Rəsul Məmmədzadə ilə müqavilənin müddətini daha 1 il uzadıb. "Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Boyu 192 sm olan və "shooting guard" mövqeyində çıxış edən gənc basketbolçu ötən ay Azərbaycanı

22.08.2026 302
.