Ərəb mediası Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərinə geniş yer verib

Ərəb mediası Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərinə geniş yer veribPrezident İlham Əliyevin "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbləri ilə bağlı fikirləri ərəb mediasının diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, "Sky news arabia", "əl-Arabiyyə", "əl-Cəzirə", "əl-Qahira news", "əl-Hurra", "MTV Lebanon", "əl-Arabi" televiziya kanallarında, eləcə də "əş-Şarq əl-Avsət", "əş-Şarq", "əl-Əhram", "əl-Mısri əl-Yaum", "ər-Riyad", "əl-Quds", "əl-Yaum" qəzetlərində və xəbər agentliklərində yayılan xəbərlərdə dövlətimizin başçısının sərnişin təyyarəsinin Rusiya ərazisində olarkən radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salındığını, yerdən açılan atəş nəticəsində quyruq hissəsinin böyük dərəcədə zədələndiyini qeyd etdiyi bildirilib.

Xəbərlərdə Prezident İlham Əliyevin "faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir. Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir", - fikri sitat gətirilir.

Xəbərlərdə, həmçinin Prezident İlham Əliyevin hadisənin qəsdən törədildiyini güman etmədiyi qeyd edilir, bununla yanaşı, Azərbaycan tərəfinin baş vermiş hadisə ilə bağlı Rusiyadan 3 gözləntisinin olduğu yazılır.

Xəbərlərdə dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon danışığı zamanı təyyarə qəzası ilə bağlı üzrxahlığını ifadə etdiyi xatırlanıb. Eyni zamanda, xəbərlərdə vurğulanır ki, iki ölkənin prezidenti arasında telefon danışığı zamanı sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı məsələlərin müzakirəsini davam etdirilib.

Ərəb mediası Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərinə geniş yer veribƏrəb mediası Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərinə geniş yer veribƏrəb mediası Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərinə geniş yer veribƏrəb mediası Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərinə geniş yer veribƏrəb mediası Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərinə geniş yer veribƏrəb mediası Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərinə geniş yer veribƏrəb mediası Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərinə geniş yer veribƏrəb mediası Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərinə geniş yer veribƏrəb mediası Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərinə geniş yer verib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 665   Tarix: 30 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır. 1 unsiya qızılın qiyməti 7 605,49 manat təşkil edi

07.09.2026 190
.

Bu ölkədə 52 milyarder yaşayır: ümumi sərvətləri 200 milyard dollardan çoxdur

Dubay qlobal sərvət paytaxtı kimi mövqeyini möhkəmləndirir: əmirliyi 43 milyarderin evi adlandırır və Birləşmiş Ərəb Əmirlikləri ümumilikdə ultra zəngin insanların sayına görə dünyanın ilk 15 ölkəsi arasındadır. 2025-ci ildə Birləşmiş Ərəb Əmirliklərində 52 milyarder sayılıb və onların ümumi sərvət

07.09.2026 221
.

Prezident Əziz Səncəri təltif etdi

Kimya üzrə Nobel mükafatçısı Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanın beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsində xüsusi xidmətlərinə gör

07.09.2026 201
.

Nyu-Delhidə bina çöküb, ölənlər var

Nyu-Delhidə (Hindistan) kollec və universitetlərin yaxınlığında yerləşən bina çöküb, azı altı nəfər ölüb. "Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Nyu-Delhinin baş naziri Rexa Qupta bildirib. "Binanın zirzəmisində su yığılıb. Davam edən təmir işləri nəticəsində suyu

07.09.2026 202
.

"Mənə bacı deməyin" - Bülent Ersoydan estetik əməliyyat açıqlaması

Türkiyə musiqisinin divası hesab edilən Bülent Ersoy bu dəfə estetik əməliyyatdan sonrakı görünüşü ilə gündəmə gəlib. yerli mediaya istinadən xəbər verir ki, 74 yaşlı sənətçinin üzündəki dəyişiklik izləyicilər tərəfindən diqqət çəkib. "Üzümü lolita kimi etdirdim. Mənə bacı deməyin", - o bildirib

07.09.2026 317
.

Zahir Nurəliyev ətrafında 50 min manatlıq müəmmalı olay - Ciddi suallar yaranır

Son günlər sosial şəbəkələrdə tanınmış müğənnilərdən birinin şəhid anası və qardaşı ilə əlbir olaraq iş adamından hədə-qorxu yolu ilə 50 min manat aldığı barədə məlumatlar yayılır. İddialar hələlik rəsmi şəkildə təsdiqlənməsə də, məsələ ilə bağlı ortaya çıxan bəzi məqamlar ciddi suallar yaradır. Məlumat

07.09.2026 289
.

İndoneziyada vulkan püskürməsi: 170 min sərnişin hava limanlarında qalıb

İndoneziyada Anak Krakatau vulkanının püskürməsi nəticəsində ölkənin bir neçə hava limanında uçuşlar dayandırılıb, minlərlə sərnişin səfərlərini təxirə salmalı olub. The Guardianın məlumatına görə, vulkanın yaydığı kül buludu Cakartanın əsas beynəlxalq hava limanı da daxil olmaqla bir neçə hava limanınd

07.09.2026 215
.

Xırdalanda Mədəniyyət evinin yaxınlığında yanğın başlayıb - VİDEO

Xırdalanda Mədəniyyət evinin yaxınlığında yanğın başlayıb. -ın məlumatına görə, yanğının güclü külək səbəbindən genişləndiyi bildirilir. Yanğının ərazidə hansı səbəbdən baş verdiyi və xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur

07.09.2026 212
.

Qütb ayılarının neçə yaşı var? - Alimlər onların nə vaxt və harada yarandığını açıqladı

Qütb ayılarının məlum olan ən qədim fosilləri Şpitsbergen adasında və Norveçin şimalında tapılıb. Onların yaşı 115-130 min il olaraq müəyyənləşdirilib. Bu tarix sonuncu buz dövrünün başlanmasından əvvəlki dövrə təsadüf edir. Bununla belə, bəzi bioloqlar qütb ayılarının qonur ayılardan təxminən 600 mi

07.09.2026 185
.