Komitə sədri: Erməni diasporu sülh istəmir və Ermənistanın maraqlarını nəzərə almır
Erməni diasporu sülh istəmir və Ermənistanın maraqlarını nəzərə almır.
Bu barədə "Report"a müsahibəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov danışıb.
O qeyd edib ki, xaricdə Azərbaycana qarşı atılan addımlarda erməni diasporunun böyük rolu var:
"Amma, eyni zamanda, bəzi siyasi dairələr var ki, onlar özləri də məqsədli şəkildə erməni diasporunun işinə dəstək verirlər. Bunu biz Fransada tam aşkar görürük. Təkcə Xurşidbanu Natəvanın heykəlinə qarşı olan sayğısızlıq göstərir ki, bu, sadəcə erməni diasporunun deyil, həm də Fransada Azərbaycana qarşı olan siyasətçilərin yanaşmasıdır".
Komitə sədri diqqətə çatdırıb ki, Ermənistanda diaspor işləri üzrə baş müvəkkillik institutu mövcuddur, amma erməni diasporu həmin qurumu boykot edir:
"Əksər ölkələrdə imkan vermirlər ki, o qurumun nümayəndələri həmin ölkələrə səfər etsinlər. Bizdə isə vəziyyət tamamilə fərqlidir. Təkcə 2024-cü ildə xarici ölkələrə səfərlər zamanı komitə rəhbərliyi və əməkdaşları xaricdə yaşayan azərbaycanlılarla 300-dən, rəsmi şəxslərlə 200-dən çox görüş keçiriblər. Soydaşlarımızla keçirilən toplantılarda ümumilikdə 5 mindən çox azərbaycanlı iştirak edib".
F.Muradovun sözlərinə görə, erməni diasporunun belə yanaşması onu nümayiş etdirir ki, onlar sülh istəmirlər və Ermənistan maraqlarını nəzərə almırlar:
"Öz maraqlarından çıxış edirlər. Ona görə də əksər diaspor rəhbərlərinin Ermənistana girişi qadağan olunub. Erməni diaspor təşkilatlarının fəaliyyətinin kökündə dağıdıcılıq durur və bu təşkilatlar, əsasən, korrupsiya üzərində qurulub".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 484 Tarix: 30 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQızıl almaq istəyənlərin nəzərinə
Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır. 1 unsiya qızılın qiyməti 7 605,49 manat təşkil edi
07.09.2026 190 Bu ölkədə 52 milyarder yaşayır: ümumi sərvətləri 200 milyard dollardan çoxdur
Dubay qlobal sərvət paytaxtı kimi mövqeyini möhkəmləndirir: əmirliyi 43 milyarderin evi adlandırır və Birləşmiş Ərəb Əmirlikləri ümumilikdə ultra zəngin insanların sayına görə dünyanın ilk 15 ölkəsi arasındadır. 2025-ci ildə Birləşmiş Ərəb Əmirliklərində 52 milyarder sayılıb və onların ümumi sərvət
07.09.2026 221 Prezident Əziz Səncəri təltif etdi
Kimya üzrə Nobel mükafatçısı Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanın beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsində xüsusi xidmətlərinə gör
07.09.2026 201 Nyu-Delhidə bina çöküb, ölənlər var
Nyu-Delhidə (Hindistan) kollec və universitetlərin yaxınlığında yerləşən bina çöküb, azı altı nəfər ölüb. "Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Nyu-Delhinin baş naziri Rexa Qupta bildirib. "Binanın zirzəmisində su yığılıb. Davam edən təmir işləri nəticəsində suyu
07.09.2026 202 "Mənə bacı deməyin" - Bülent Ersoydan estetik əməliyyat açıqlaması
Türkiyə musiqisinin divası hesab edilən Bülent Ersoy bu dəfə estetik əməliyyatdan sonrakı görünüşü ilə gündəmə gəlib. yerli mediaya istinadən xəbər verir ki, 74 yaşlı sənətçinin üzündəki dəyişiklik izləyicilər tərəfindən diqqət çəkib. "Üzümü lolita kimi etdirdim. Mənə bacı deməyin", - o bildirib
07.09.2026 317 Zahir Nurəliyev ətrafında 50 min manatlıq müəmmalı olay - Ciddi suallar yaranır
Son günlər sosial şəbəkələrdə tanınmış müğənnilərdən birinin şəhid anası və qardaşı ilə əlbir olaraq iş adamından hədə-qorxu yolu ilə 50 min manat aldığı barədə məlumatlar yayılır. İddialar hələlik rəsmi şəkildə təsdiqlənməsə də, məsələ ilə bağlı ortaya çıxan bəzi məqamlar ciddi suallar yaradır. Məlumat
07.09.2026 289 İndoneziyada vulkan püskürməsi: 170 min sərnişin hava limanlarında qalıb
İndoneziyada Anak Krakatau vulkanının püskürməsi nəticəsində ölkənin bir neçə hava limanında uçuşlar dayandırılıb, minlərlə sərnişin səfərlərini təxirə salmalı olub. The Guardianın məlumatına görə, vulkanın yaydığı kül buludu Cakartanın əsas beynəlxalq hava limanı da daxil olmaqla bir neçə hava limanınd
07.09.2026 215 Xırdalanda Mədəniyyət evinin yaxınlığında yanğın başlayıb - VİDEO
Xırdalanda Mədəniyyət evinin yaxınlığında yanğın başlayıb. -ın məlumatına görə, yanğının güclü külək səbəbindən genişləndiyi bildirilir. Yanğının ərazidə hansı səbəbdən baş verdiyi və xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur
07.09.2026 212 Qütb ayılarının neçə yaşı var? - Alimlər onların nə vaxt və harada yarandığını açıqladı
Qütb ayılarının məlum olan ən qədim fosilləri Şpitsbergen adasında və Norveçin şimalında tapılıb. Onların yaşı 115-130 min il olaraq müəyyənləşdirilib. Bu tarix sonuncu buz dövrünün başlanmasından əvvəlki dövrə təsadüf edir. Bununla belə, bəzi bioloqlar qütb ayılarının qonur ayılardan təxminən 600 mi
07.09.2026 185