"43 min diploma, 55 min də direktor olmağa vermişdim"- saxta diplom işi

"43 min diploma, 55 min də direktor olmağa vermişdim"- saxta diplom işiAbşeron rayon Xırdalan şəhər 10 saylı tam orta məktəbin keçmiş direktor müavini Əzizə Abdıyevaya qarşı dələduzluq hərəkətlərinin detalları məlum olub. Bu dələduzluq işində bir çox vəzifəli şəxslərin adları çəkilib.

Ə. Abdıyevaya qarşı dələduzluq edənlər onun həm saxta diplomunu təsdiqlədəcəklərini, həm də çalışdığı məktəbə direktor təyin etdirəcəklərini vəd ediblər.

2004-2008-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında "İbtidai təhsilin pedaqogikası və metodikası" ixtisası üzrə bakalavr təhsili alan Ə.Abdıyeva ifadəsində hadisənin təfərrüatını danışıb.

Bildirib ki, atası Elbəyi Abdıyevin mənzilində təmir briqadasının rəhbəri olmuş Elsevər Usubov onun 10 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işlədiyindən xəbərdar olduğu üçün ona direktor imtahanından keçməyi təklif edib.

Qeyd edək ki, bu söhbətlər gedən ərəfədə Ə.Abdıyevanın diplomunun saxta olduğu məlum deyilmiş. Direktor olmaq istəyən Ə.Abdıyeva diplomunun saxta olduğundan xəbər tutub. Bu haqda sosial şəbəkələrdə də məlumat yayılıb.

Ə.Abıyeva ifadəsində başına gələnləri belə danışıb: "Əvvəlcə Elsevər Usubov Hicran adlı tanışının diplomu yoxlatdırdığını, diplomun Təhsil Nazirliyinin portalından çıxarıldığını dedi. Diplomun portala daxil edilməsi və həqiqiliyinin tanınması üçün əvvəlcə 15 min manat pul istədi. Elsevər həmin pulu diplomun əsli ilə birlikdə Höküməyə, Hökümənin isə Hicrana, Hicranın da Təhsil Nazirliyində məsul vəzifələrdə işləyən tanışlarına verəcəyini bildirdi. Elsevər bir müddət sonra əlavə 28 min manat pul istədi".

İşin həlli ilə bağlı Ə.Abdıyevanı Anar Axundov adlı şəxslə də görüşdürüblər. O, Anar Axundov adlı şəxslə Təhsil Nazirliyinin qarşısında görüşüb. Anar Axundov ona imtahanda iştirak etmək üçün toplamalı olduğu sənədlərin siyahısını təqdim edib. Həmçinin imtahana hazırlaşmağı da məsləhət görüb. Sonra Ə.Abdıyevaya imtahan sualları da verilib ki, hazırlaşsın.

"Hicranın təşəbbüsü ilə Anar və Qismət adlı şəxslə Sumqayıt Regional Təhsil İdarəsinin binasında da görüşmüşük. Orada məlum oldu ki, diplom təsdiqlənməyib. Hicrandan soruşanda həll etməyə çalışdıqlarını dedi.

Məni Faiq adlı şəxslə də görüşdürdülər. Faiqin Təhsil Nazirliyində regional təhsil idarələrinə nəzarət edən şöbənin rəisi Arzu Səlimovun köməkçisi kimi təqdim etdilər. Faiq müəyyən sənədləri hazırlamaqla bağlı siyahı verdi.

Mənə imtahanın vaxtı və yeri barədə məlumat verdilər. Hətta sualları verəcəklərini dedilər. Bir neçə gün sonra Anar mənimlə görüşüb test imtahan suallarını təqdim etdi. Sualları Qismətin əldə etdiyini söylədi",- deyə Ə.Abıyeva fikirlərinə əlavə edib.

İmtahan vaxtı çatanda isə ona hələ sənədlərin hazır olmadığını bildiriblər: "Sonra mənə dedilər ki, işi "möhtərəm müəllim" nəzarətə götürüb. Amma kim olduğunu bilmirdim. Hicran və Elsevərlə birlikdə Sumqayıt Regional Təhsil İdarəsinə getdik. Orada Aydınla birlikdə Sumqayıt Regional Təhsil İdarəsinin rəisi İlhamə xanımın qəbuluna girdik. İlhamə xanım bildirdi ki, diplomun təsdiq olunması üçün məhkəməyə müraciət etmək lazımdır".

O, 98 min manatdan 43 min manatını diplomun təsdiqi, 55 min manatı isə direktor vəzifəsinə təyin olunmaq üçün verdiyini söyləyib.

Ə.Abdıyeva ifadəsində göstərib ki, təqsirləndirilən şəxslərdən Hicranın əvvəlcə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova olduğunu düşünüb. Çünki Elsevər Usubov Hicranı o cür təqdim edibmiş: "Hicranı şəxsən gördüm. Elsevər həmin xanımın Hicran Hüseynova olmadığını və səhv başa düşdüyünü bildirdi".

Araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxslər Ə.Abdıyevadan aldıqları diplomu sonradan ona yeni diplom kimi də qaytarıblar. Bununla da yenidən vaxt qazanıblar.

Ona imtahana buraxılış vərəqəsi də verilib. Lakin buraxılış vərəqəsində onun adı yazılsa da, başqa bir şəxs tərəfindən imzalanıb. Ə.Abdıyeva başa düşüb ki, ona verilən buraxılış vərəqəsi saxtadır.

2021-ci ildə tutduğu vəzifədən azad edilən Ə.Abdıyeva qeyd edib ki, 98 min manatdan cəmi 27 min manatını geri ala bilib.

Qeyd edək ki, istintaq müddətində Elsevər Usubov vəfat edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hökumə Əliyeva 5 il 6 ay, Aydın Cəfərov isə 7 il həbs cəzası alıb. Digər iki nəfərə isə şərti cəza verilib./Musavat.com


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1971   Tarix: 23 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sahibkarların ən çox etdiyi vergi səhvləri: Hansı yanlışlıqlar cəriməyə səbəb ola bilər?

"Sahibkarlıq fəaliyyətində gəlir əldə etmək qədər vergi öhdəliklərinin düzgün və vaxtında yerinə yetirilməsi də mühüm əhəmiyyət daşıyır. Təcrübə göstərir ki, bəzi sahibkarlar vergi qanunvericiliyinin tələblərini kifayət qədər bilmədikləri, mühasibat uçotuna lazımi diqqət yetirmədikləri və ya sənədləşm

07.09.2026 238
.

"Qalatasaray"ın keçmiş oyunçusu Braziliyada yeni klub tapdı

Mərakeşli yarımmüdafiəçi Avropa futbolundan ayrılır və tezliklə Braziliya klublarından birinə qoşulacaq. -ın xarici mediaya istinadən xəbərinə görə, "Vidad"ın yarımmüdafiəçisi Hakim Ziyeş Braziliyaya gedəcək. 33 yaşlı mərakeşli ötən yay azad agent olub. Nəticədə, "Botafogo" oyunçun

07.09.2026 162
.

Rusiya ilə Ermənistan arasında gərginlik dərinləşir - Ekspertdən Paşinyanla bağlı açıqlama

Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi Aleksandr Kamkin Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya ilə münasibətləri pozmaq üçün əlindən gələni etdiyini bildirib. xəbər verir ki, -ya açıqlama verən Kamkin Rusiya-Ermənistan münasibətlərini

07.09.2026 183
.

"Uşağı dərsə məcbur etmək yox, öyrənməyə həvəsləndirmək lazımdır" - Təranə Paşayeva ilə MÜSAHİBƏ

Psixoloq Təranə Paşayeva: "Uşağın təhsilə marağı qiymətdən daha böyük məqsəddir". Yeni tədris ili ilə birlikdə valideynləri düşündürən əsas məsələlərdən biri uşaqların dərsə və ümumilikdə təhsilə marağının necə artırılmasıdır. Bəzi ailələrdə uşağın yüksək nəticə göstərməsi üçün ciddi nəzarə

07.09.2026 201
.

Kompüterlərin qiyməti bahalaşdı - İQTİSADÇIDAN AÇIQLAMA

Son dövrlərdə kompüter və noutbuk bazarında qiymət artımı diqqət çəkir. Qlobal bazarda yaddaş çiplərinə tələbatın artması, xüsusilə süni intellekt infrastrukturlarının sürətlə genişlənməsi kompüter istehsalına da təsir göstərir. "The Wall Street Journal"ın son məlumatına görə, 2026-cı ili

07.09.2026 255
.

Antarktida illərlə buz itirdi, sonra qəfil yüz milyardlarla ton topladı

Antarktida müvəqqəti olaraq ümumi ərimə tendensiyasına zidd proses nümayiş etdirərək buz kütləsini artırıb. Alimlər bunun səbəbini buzlu qitədən minlərlə kilometr uzaqda, tropiklərdə aşkar ediblər. Qaynarinfo "Spiders Web"ə istinadən xəbər verir ki, təxminən iki il ərzində Antarktidada il

07.09.2026 107
.

Rusiyada Federal Təhlükəsizlik Xidmətinin generalı saxlanılıb

Rusiyada Federal Təhlükəsizlik Xidməti (FTX) general-mayoru Sergey Malkov yanacaq oğurluğuna görə saxlanılıb. Bu barədə Rusiya KİV-də məlumat yayılıb. Həmçinin digər yüksək rütbəli əməkdaşlar - FTX-nin Mərkəzi Mühafizə və Xüsusi Tədbirlər İdarəsinin rəisi, polkovnik Aleksey Suyarov və idarənin şöbə rəisi

07.09.2026 127
.

Peyk görüntülərində aşkarlandı: Göldə minlərlə kvadratmetrlik ada üzür

Britaniya Kolumbiyasındakı Uilliston su anbarında təxminən 9 800 kvadratmetr ərazini əhatə edən, ağaclarla örtülü nəhəng torpaq sahəsinin suyun üzərində sürükləndiyi aşkarlanıb. Rəsmilər bu formalaşmanın rekord su səviyyəsi səbəbindən sahildən qopmuş ola biləcəyini düşünür. Qaynarinfo xəbər verir ki

07.09.2026 110
.

12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı

Keçmiş arvadına məxsus "KİA Sorento" markalı avtomobili yandıran 46 yaşlı Səfa Seyidova (ad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Abşeron Rayon Məhkəməsi onu Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi (əmlakı qəsdən məhv etmə) ilə təqsirli bilib. Məlum olub ki, əvvəllə

07.09.2026 224
.