Jurnalistə qarşı dələduzluq edənlər HAKİM QARŞISINDA
Bakıda müştərinin etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etməkdə təqsirləndirilən Fərrux Əsgərov və Rabil Tağıyevlə bağlı iddia üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Əminə Abbasovanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Daha sonra ərizəyə baxış keçirilib. İddiaçı Vest.az saytının əməkdaşı, jurnalist Maqda Kovalyova məhkəmədə çıxışı zamanı bildirib ki, o, ümumilikdə qarşı tərəfə 33268 min manat ödəniş edib: "Hövsanda təmirsiz evimiz var. Özüm Bakıda yaşadığım üçün Mingəçevirdə yaşayan valideynlərimin evi satıb Bakıya köçməsini istədim. Satılan evin pulu ilə Hövsandakı evi təmir edəcəkdik. Evin təmiri ilə bağlı Fərrux Əsgərovla razılaşdıq. Olara təmir pulu erildi. İyul ayının əvvəlində ev bizə təmirli şəkildə təhvil verilməlid idi. Lakin təmir çox çəkdi. Hər dəfə müxtəlif bəhanələrlə ev təhvil verilmədi. Biz daha sonra hüquq-mühafizə orqanlarına müraciət etdik".
M. Kovalyova bildirib ki, 18 268 min manatı bank vasitəsi ilə köçürüb, qalan pulu (15 min manat) nağd şəkildə ödəyib: "Bank vasitəsilə etdiyim köçürmələrin qəbzi məndədir. Onu məhkəməyə təqdim edəcəm".
Cavabdeh Rabil Tağıyev məhkəmə prosesində iştirak etməyib. Digər cavabdeh Fərrux Əsgərov məhkəmədə çıxışında bildirib ki, Rabil Tağıyevin məhkəmə prosesində iştirakı vacibdir: "İşi gecikdirən o oldu. Hər dəfə təhvil vaxtını "bu gün-sabah"a salırdı. Biz evi 1-5 iyul aralığında təhvil verməli idik. Lakin iş gecikirdi. İşin demək olar 95%-i görülüb. Cuzi işlər qalıb".
İddiaçı tərəf bu fikirlə razılaşmayıb.
Fərrux Əsgərov bildirib ki, Maqda Kovalyova ona iddia etdiyi qədər ödəniş etməyib: "Bizə görəcəyimiz iş üçün ümumilikdə 31 382 manat ödəniş edilib".
Maqda Kovalyova ödənişin 33 268 manat olduğunu və bu məbləği təsdiq edəcək sübutların olduğunu bildirib.
Məhkəmənin növbəti prosesi yanvarın 13-nə təyin olunub.
Qeyd edək ki, cavabdeh Fərrux Əsgərov və Rabil Tağıyev şifahi razılaşma əsasında evi təmir edib təhvil veriləcəyi ilə bağlı öhdəlik götürərək iddiaçılar Vladimir Kovalyov və Maqda Kovalyovadan ümumilikdə 33 268 manat pul alıb. Lakin o, evin təhvil vaxtını dəfələrlə müxtəlif bəhanələr gətirərək təxirə salıb. Evi tam təhvil vermədiyi üçün iddiaçı tərəf cavabdehdən evin təmiri üçün xərclənməmiş 18 min manat vəsaiti tələb edib və bununla bağlı polisə müraciət olunub. Cavabdeh tərəf onlardan vaxt istəyərək 10 gün ərzində evi təhvil verəcəklərini bildirsələr də, heç bir addım atılmayıb.
Daha sonra iddiaçı tərəf məhkəməyə müraciət edib.
Zərərçəkən şəxs bildirib ki, Fərrux Əskərov evin pəncərəsini yandırıb, pəncərə kənarlarını qırıb. Bunun səbəbini soruşduqda isə ustaların etdiyini bildirib. Bununla yanaşı, eyvanda olan 3 pəncərə də düzgün yerləşdirilməyib. Maqda Kovalyova, taksi sürücüsü kimi fəaliyyət göstərın Fərrux Əskərovun vasitəçi olduğunu bildirib.
Qeyd edib ki, Fərrux Əskərov birinci xərclər smetasında ümumi xərci 23.470 manat göstərib. Rabil Tağıyevin tərtib etdiyi smetanın məbləği isə 17.470 manat təşkil edib. Təmirə başlayan zaman Fərrux Əskərov az vəsait xərcləmək üçün ucuz inşaat materiallarından istifadə edəcəyini və öz haqqını ustaların pulundan götürəcəyini deyib: "Aydındır ki, o, smetada fərqli qiymət göstərərək bizi aldadıb"./APA
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 699 Tarix: 23 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSahibkarların ən çox etdiyi vergi səhvləri: Hansı yanlışlıqlar cəriməyə səbəb ola bilər?
"Sahibkarlıq fəaliyyətində gəlir əldə etmək qədər vergi öhdəliklərinin düzgün və vaxtında yerinə yetirilməsi də mühüm əhəmiyyət daşıyır. Təcrübə göstərir ki, bəzi sahibkarlar vergi qanunvericiliyinin tələblərini kifayət qədər bilmədikləri, mühasibat uçotuna lazımi diqqət yetirmədikləri və ya sənədləşm
07.09.2026 238 "Qalatasaray"ın keçmiş oyunçusu Braziliyada yeni klub tapdı
Mərakeşli yarımmüdafiəçi Avropa futbolundan ayrılır və tezliklə Braziliya klublarından birinə qoşulacaq. -ın xarici mediaya istinadən xəbərinə görə, "Vidad"ın yarımmüdafiəçisi Hakim Ziyeş Braziliyaya gedəcək. 33 yaşlı mərakeşli ötən yay azad agent olub. Nəticədə, "Botafogo" oyunçun
07.09.2026 162 Rusiya ilə Ermənistan arasında gərginlik dərinləşir - Ekspertdən Paşinyanla bağlı açıqlama
Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi Aleksandr Kamkin Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya ilə münasibətləri pozmaq üçün əlindən gələni etdiyini bildirib. xəbər verir ki, -ya açıqlama verən Kamkin Rusiya-Ermənistan münasibətlərini
07.09.2026 183 "Uşağı dərsə məcbur etmək yox, öyrənməyə həvəsləndirmək lazımdır" - Təranə Paşayeva ilə MÜSAHİBƏ
Psixoloq Təranə Paşayeva: "Uşağın təhsilə marağı qiymətdən daha böyük məqsəddir". Yeni tədris ili ilə birlikdə valideynləri düşündürən əsas məsələlərdən biri uşaqların dərsə və ümumilikdə təhsilə marağının necə artırılmasıdır. Bəzi ailələrdə uşağın yüksək nəticə göstərməsi üçün ciddi nəzarə
07.09.2026 201 Kompüterlərin qiyməti bahalaşdı - İQTİSADÇIDAN AÇIQLAMA
Son dövrlərdə kompüter və noutbuk bazarında qiymət artımı diqqət çəkir. Qlobal bazarda yaddaş çiplərinə tələbatın artması, xüsusilə süni intellekt infrastrukturlarının sürətlə genişlənməsi kompüter istehsalına da təsir göstərir. "The Wall Street Journal"ın son məlumatına görə, 2026-cı ili
07.09.2026 255 Antarktida illərlə buz itirdi, sonra qəfil yüz milyardlarla ton topladı
Antarktida müvəqqəti olaraq ümumi ərimə tendensiyasına zidd proses nümayiş etdirərək buz kütləsini artırıb. Alimlər bunun səbəbini buzlu qitədən minlərlə kilometr uzaqda, tropiklərdə aşkar ediblər. Qaynarinfo "Spiders Web"ə istinadən xəbər verir ki, təxminən iki il ərzində Antarktidada il
07.09.2026 107 Rusiyada Federal Təhlükəsizlik Xidmətinin generalı saxlanılıb
Rusiyada Federal Təhlükəsizlik Xidməti (FTX) general-mayoru Sergey Malkov yanacaq oğurluğuna görə saxlanılıb. Bu barədə Rusiya KİV-də məlumat yayılıb. Həmçinin digər yüksək rütbəli əməkdaşlar - FTX-nin Mərkəzi Mühafizə və Xüsusi Tədbirlər İdarəsinin rəisi, polkovnik Aleksey Suyarov və idarənin şöbə rəisi
07.09.2026 127 Peyk görüntülərində aşkarlandı: Göldə minlərlə kvadratmetrlik ada üzür
Britaniya Kolumbiyasındakı Uilliston su anbarında təxminən 9 800 kvadratmetr ərazini əhatə edən, ağaclarla örtülü nəhəng torpaq sahəsinin suyun üzərində sürükləndiyi aşkarlanıb. Rəsmilər bu formalaşmanın rekord su səviyyəsi səbəbindən sahildən qopmuş ola biləcəyini düşünür. Qaynarinfo xəbər verir ki
07.09.2026 110 12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı
Keçmiş arvadına məxsus "KİA Sorento" markalı avtomobili yandıran 46 yaşlı Səfa Seyidova (ad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Abşeron Rayon Məhkəməsi onu Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi (əmlakı qəsdən məhv etmə) ilə təqsirli bilib. Məlum olub ki, əvvəllə
07.09.2026 224