Yeni il həyəcanını TikTok-la yaşayın!

Yeni il həyəcanını TikTok-la yaşayın!Yeni ilə hazırlıq təkcə evlərdə deyil, TikTok platformasında da sürətlə gedir. Yaradıcılar öz hesablarında maraqlı və ilhamlandırıcı videolar paylaşaraq hər kəsə yeni il hazırlığı üçün ideyalar verirlər. Bununla da TikTok artıq bayram ovqatını yayan əsas platformalardan birinə çevrilib. Burada hər kəs Yeni il üçün müxtəlif mövzularda maraqlı ideyalar tapa bilər. Bir çox TikTok istifadəçisi bayram süfrəsinin bəzədilməsi, maraqlı qəlyanaltılar, orijinal tortlar və şirniyyatlar haqqında videolar hazırlayır. Trend olan bu videolarda həm dadlı reseptlər, həm də estetik təqdimatlar yer alır. Həmçinin TikTok-da fərqli hədiyyə ideyaları və onların kreativ şəkildə qablaşdırılması ilə bağlı çox maraqlı kontentlər mövcuddur. Sevdiklərinizi təəccübləndirmək üçün axtardığınız xüsusi şirniyyatlar, şokolad kompozisiyaları və əl işi hədiyyələrini də məhz TikTok-dan tapa bilərsiniz.

@el_isi_gulnure_g
Bu yaradıcı müxtəlif dekorlar, oyuncaq və hədiyyələr hazırlayıb öz hesabında həm onların hazırlanmasını göstərir, həm də sifarişlər qəbul edir. Baxış sayı və rəylərdən görünür ki, onun paylaşımları böyük marağa və istəyə səbəb olub. Hesabda hələ yeni ilin gəlişinə 2 ay qalmışdan bayram ab-havalı paylaşımlar edilib və onlar yüksək statistikası ilə seçilir. Yeni il hədiyyələri sırasında bu videodakı kimi orijinal əl işi hədiyyələrinə də rast gələ bilərsiniz. Yaradıcı, uşaqlar üçün də maraqlı hədiyyələr hazır edir ki, təklif etdiyi hədiyyələr bağça, məktəb tədbirləri üçün ideal seçimdir.

@hypnos.az
Yeni il münasibəti ilə sevdiklərinizə, övladlarınıza, dostlarınıza qeyri-adi, unikal və zövqlü hədiyyələr axtarırsınızsa, o zaman bu hesab məhz sizin üçündür! İncə zövqlə düşünülmüş hədiyyələr sahibini sevindirəcək. Bu məzmundakı zərif hədiyyələr isə uşaqların ürəyincə olacaq. 125 min baxış toplayan bu hədiyyə isə yeni il dizaynı ilə yanaşı, çay və ya kofenizin daim isti qalması funksiyası ilə sizi məmnun edəcək.
@ulka_sbakery
Yeni il süfrəsi həm gözə, həm də damağa xitab edən bəzəkli və dadlı yeməklərlə zəngin olmalıdır. TikTok-da bu bayram hazırlıqlarını daha da maraqlı edən bir çox hesab mövcuddur ki, onlar sizi ilhamlandıracaq orijinal reseptlər paylaşırlar. Belə hesabların biri də @ulka_sbakery hesabıdır.
Bu hesab Yeni il ab-havasına uyğun kreativ və estetik bəzəklərlə təqdim olunan yemək və desert reseptlərini izləyiciləri ilə bölüşür. Onlardan biri asan hazırlanan bu şam ağacları salatıdır. Hesabın daha bir maraqlı kontenti şam ağacı görünüşündə hazırlanmış bu zərif salat reseptidir. Yaradıcı adi çuğundur ilə salata saat görünüşü verərək onu bayram süfrəsi üçün izləyicilərinə təklif edir. Hesabda həmçinin masa dekoru üçün maraqlı ideyalar da yer alıb.

@funcpage_
Hesabda dekorasiyaların hazırlanması ilə bağlı videolar təqdim edilərək, evinizi, iş yerinizi bəzəmək üçün çoxsaylı məsləhətlər verilir. Özünüz hazırlaya biləcəyiniz girlyandalar, şam çələngləri, yolka bəzəkləri və maraqlı kompozisiyalar ilə evinizə bayram əhval-ruhiyyəsi qata bilərsiniz. Sadə ləvazimatlar ilə qapı çələngini hazırlanması heç belə asan olmamışdı: həm maraqlı, həm də büdcəyə qənaət! Ağ kağızdan kiçik yolkalar isə evinizi bəzəməkdə sizə kömək edəcək.

TikTok-un sehrli dünyasına dalaraq, yeni il hazırlıqlarınızı daha əyləncəli və maraqlı edin! TikTok 2025-ci ili yaradıcılıq, əyləncə və bayram coşqusu ilə qarşılamağa ilham verəcək ideal platformadır!


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 855   Tarix: 18 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır. 1 unsiya qızılın qiyməti 7 605,49 manat təşkil edi

07.09.2026 98
.

"Uşağı dərsə məcbur etmək yox, öyrənməyə həvəsləndirmək lazımdır" - Təranə Paşayeva ilə MÜSAHİBƏ

Psixoloq Təranə Paşayeva: "Uşağın təhsilə marağı qiymətdən daha böyük məqsəddir". Yeni tədris ili ilə birlikdə valideynləri düşündürən əsas məsələlərdən biri uşaqların dərsə və ümumilikdə təhsilə marağının necə artırılmasıdır. Bəzi ailələrdə uşağın yüksək nəticə göstərməsi üçün ciddi nəzarə

07.09.2026 195
.

Katz: "İran bizə hücum edərsə, onları daş dövrünə qaytaracağıq"

İranla ABŞ arasında yaşanan gərginlik fonunda İsrailin Livan istiqamətində Hizbullaha qarşı atdığı addımlar Tehranda ciddi etirazla qarşılanıb. xəbər verir ki, strateji təpənin Yerusəlim tərəfindən nəzarətə götürülməsinə İran sərt cavab verəcəyini bildirib. Lakin İsrailin müdafiə naziri Yisrael Kat

07.09.2026 101
.

Peyk görüntülərində aşkarlandı: Göldə minlərlə kvadratmetrlik ada üzür

Britaniya Kolumbiyasındakı Uilliston su anbarında təxminən 9 800 kvadratmetr ərazini əhatə edən, ağaclarla örtülü nəhəng torpaq sahəsinin suyun üzərində sürükləndiyi aşkarlanıb. Rəsmilər bu formalaşmanın rekord su səviyyəsi səbəbindən sahildən qopmuş ola biləcəyini düşünür. Qaynarinfo xəbər verir ki

07.09.2026 2
.

Nemo nöqtəsi: Yerin ən ucqar yeri haradır?

Cənub Sakit okeanında qurudan o qədər uzaq bir ərazi var ki, bəzən buraya ən yaxın insanlar Yer orbitində olan Beynəlxalq Kosmik Stansiyanın (BKS) astronavtları olur. Qaynarinfo xəbər verir ki, söhbət məşhur Nemo nöqtəsindən - okeanın əlçatmazlıq qütbündən gedir. "Mirror"un yazdığına görə

07.09.2026 1
.

12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı

Keçmiş arvadına məxsus "KİA Sorento" markalı avtomobili yandıran 46 yaşlı Səfa Seyidova (ad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Abşeron Rayon Məhkəməsi onu Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi (əmlakı qəsdən məhv etmə) ilə təqsirli bilib. Məlum olub ki, əvvəllə

07.09.2026 191
.

Həyatımızın ən böyük itkisi - İnsana vaxt ayırmaq...

Bir vaxtlar toy evindən gələn səs bütün məhəlləyə yayılardı. Qapılar açıq qalardı, süfrəyə kimin oturacağının hesabı aparılmazdı. Kimsə qohum idi, kimsə qonşu, kimsə uzaqdan gəlmiş tanış. Fərqi yox idi. Toy bir evin yox, hamının sevinci sayılırdı. Yas düşəndə isə başqa bir mənzərə yaranardı: həyətə aya

07.09.2026 286
.

İsrail ordusu Qəzzada qoşunlara hücuma cavab olaraq HƏMAS-ın infrastrukturuna zərbələr endirib

İsrail ordusu bazar ertəsi səhəri bildirib ki, İsrail ordusu gecə saatlarında Qəzza zolağında HƏMAS terrorçularının infrastrukturuna zərbələr endirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, hərbçilərin bildirdiyinə görə, zərbələr bazar günü Sarı Xəttdə İsrail Müdafiə Qüvvələrinin mühəndisli

07.09.2026 206
.

Rusiya-Ukrayna müharibəsində yeni mərhələ: ABŞ nümayəndələri Kiyevdən nəticəsiz ayrıldı

Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik səylər davam etsə də, hələlik konkret razılaşma əldə olunmayıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşner Rusiya və Ukraynada keçirdikləri görüşlərdən sonra yeni danışıqla

07.09.2026 206
.