Müğənni Günel Ələkbərova DİN-ə müraciət etdi: Təhdid olunuram
Müğənni Günel Ələkbərova təhdid edilir.
Bu barədə o, "Instagram" sosial şəbəkə hesabında video paylaşaraq Daxili İşlər Nazirliyindən (DİN) yardım istəyib:
"Tanımadığım nömrədən mənə zəng gəldi və özünü həkim Səadət Əliyevanın nişanlısı kimi təqdim edən Cavid adlı şəxs tərəfindən təhdid olundum. Hədə-qorxuya məruz qaldığım üçün daxili işlər naziri Vilayət Eyvazova öz və azyaşlı qızımın təhlükəsizliyinin təmin olunması üçün müraciət edirəm.
Mənə zəng gəldikdən sonra 102 qaynar xətti ilə əlaqə saxladım və Binəqədi Rayon Polis idarəsi 6-cı Polis Şöbəsində də ərizəmlə hər şeyi ətraflı şəkildə bildirdim. Təhdidlərə məruz qalmağımın səbəbi isə 2 il əvvəl həkim Səadət Əliyevanın "Mayomed" klinikasında mənim səhhətində ciddi problem olan 65 yaşlı anamı uğursuz əməliyyat etməsidir. Yerli keyitmə ilə 10 saat əməliyyat olunmuşdu. Hazırda anamın üzündə ciddi problemlər mövcuddur. Üzündə deformasiya var. O xanım nömrələrini də dəyişir. Ona görə də klinika ilə əlaqə saxladıq. Həmin həkimin artıq orada işləmədiyini dedilər. Amma bu, belə deyil. O, başqa klinikalarda da çalışır.
Bəlkə də onlarla belə insan var ki, üzləri bərbad hala düşür. Narazılıq bildirdikdə isə təhdid olunurlar. Amma mən buna susmayacağam. Azərbaycan vətəndaşı kimi qanunlara dayanaraq, inanıram ki, qurumlar bu barədə ciddi tədbir görəcəklər. Səhiyyə Nazirliyinə və TƏBİB-ə də müraciət edirəm. Özünü həkim kimi təqdim edən Səadət Əliyevanın tibbi savadı araşdırılsın və çalışdığı klinikalarla müqaviləsinin olub-olmadığı yoxlanılsın. Mən susmayacağam, öz haqqımı tələb edəcəyəm".
Həmin görüntüləri təqdim edirik:
BAKU.WS
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Həmin Xalq artistlərinə pullar vermişəm"
Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım
16.09.2021 1964 Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı
Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl
16.09.2021 2059 Fahriye Karan üçün 15 dayə dəyişdi
Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"
16.09.2021 2609 Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO
4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl
16.09.2021 1693 Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"
"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy
16.09.2021 2063 Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?
Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən
16.09.2021 1870 Əməkdar artist vəfat etdi - FOTO
Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf
16.09.2021 7387 Xəyanət iddialarını yalanladı
Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"
17.09.2021 2431 Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video
Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ
17.09.2021 1059