Pişik yeyən əti satan sahibkarları hansı cəza gözləyir? – EKSPERT DANIŞDI
Son zamanlar Azərbaycanda marketlərdə pişiklərin ət və ət məhsullarının üzərində gəzdiyi əks olunan videoların sayı çoxalıb. Aydın məsələdir ki, belə hallar qidaların təhlükəsizliyinin düzgün şəkildə təmin olunmamasından xəbər verir. Bəs bu hadisələrin yaşandığı müəssisələrin sahibkarlarını hansı cəza gözləyir?
Məsələ ilə bağlı Lent.az-a açıqlama verən qida eksperti Ağa Salamov bildirib ki, qida məhsullarının fiziki, kimyəvi və mikrobioloji çirklənməsi deyə bir sistem mövcuddur:
"Qida məhsullarının təhlükəsizliyini qorumaq, qida zəncirində qırılmalara yol verməmək və onların düzgün şərtlər altında emalını və daşınmasını həyata keçirmək sahibkarların məsuliyyətindədir".
Ekspert vurğulayıb ki, son vaxtlar Azərbaycanda pişiklər trendə çevrilib:
"Doğrudur, bir heyvan kimi pişiyi sevib qorumaq lazımdır, amma onu əzizləyərək marketə gətirib buraxmaq olmaz. Görünür, pişiyi bəslədikləri üçün marketə dadanıb. Belə hallar həm fiziki, həm də pişiyin tüklərində və ağzında olan bakteriyaların məhsullarla təmasından yaranan çarpaz çirklənmə nəticəsində qida zəhərlənmələrinə səbəb ola bilər. İt, pişik, quş və s. kimi heyvanların, eyni zamanda torpaqda yetişən gül-çiçəklərin mətbəxə, qida şöbələrinə daxil edilməsi qadağandır. Təəssüf ki, marketlərin bəzilərində nəzarət sistemi çox zəifdir".
Cəza məsələsinə gəldikdə isə Ağa Salamov qeyd edib ki, qida çirklənməsinə səbəb olan hallar yaşandıqda ilk olaraq AQTA tərəfindən müəssisəyə xəbərdarlıq edilir:
"Əgər hadisə bir neçə dəfə təkrarlanarsa, sahibkar inzibati cəza ilə üz-üzə qala bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1034 Tarix: 16 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHəyatımızın ən böyük itkisi - İnsana vaxt ayırmaq...
Bir vaxtlar toy evindən gələn səs bütün məhəlləyə yayılardı. Qapılar açıq qalardı, süfrəyə kimin oturacağının hesabı aparılmazdı. Kimsə qohum idi, kimsə qonşu, kimsə uzaqdan gəlmiş tanış. Fərqi yox idi. Toy bir evin yox, hamının sevinci sayılırdı. Yas düşəndə isə başqa bir mənzərə yaranardı: həyətə aya
12:04 286 Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
Azərbaycanla İordaniya arasında viza rejimi ləğv edilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə məsələ Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-ü keçiriləcək iclasında müzakirəyə çıxarılacaq "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilə
16:55 190 Yağış yağacaq
Sentyabrda 8-də yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gündü
12:47 200 Müasir insan niyə daim TƏLƏSİR ? - AÇIQLAMA
Müasir insanın həyatı texnologiyanın inkişafı ilə asanlaşsa da, paradoksal olaraq vaxt çatışmazlığı hissi daha da artıb. İnsanlar səhərdən axşama qədər işə, mesajlara, sosial şəbəkələrə, görüşlərə və gündəlik öhdəliklərə çatmağa çalışır. Bəs bizi daim tələsdirən nədir? Sürətli həyatın görünməyən yükündə
15:57 209 Binanın eyvanından şüşə qopdu, qadının başına düşdü - Video
Xırdalanda çoxmərtəbəli binada mənzillərin birinin eyvanının şüşəsi qoparaq küçədən keçən qadının başına düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat yayıb. Qadının xəsarət aldığı bildirilir. Hadisə ilə bağlı TƏBİB-dən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki
17:15 276 Kart məlumatlarınızı heç kimə verməyin: Fırıldaqçılar bu üsullardan istifadə edir
"Bank kartlarından istifadə edən şəxslər son zamanlar müxtəlif üsullarla həyata keçirilən dələduzluq cəhdlərinə qarşı diqqətli olmalıdırlar. Xüsusilə tanımadığınız şəxslərin kredit, dövlət proqramı və ya müxtəlif ödənişlər adı ilə kart məlumatlarını tələb etməsi ciddi risk yaradır". Bunu BİG.AZ-
13:37 240 Kişilər niyə pivəni bu qədər sevirlər? Cavab sizi TƏƏCCÜBLƏNDİRƏCƏK
Bir çox kişi üçün bir stəkan pivə sadəcə içki deyil - bu, dostlarla görüşmək, futbol izləmək, işdən sonra dincəlmək və ya hətta kişi mədəniyyətinin bir hissəsidir. Bununla belə, gəlin pivənin niyə belə bir ehtiras oyatdığını və elmin bu barədə nə dediyini araşdıraq. Pivə sevgisi çox vaxt bizə adi bi
20:00 139 Peyk görüntülərində aşkarlandı: Göldə minlərlə kvadratmetrlik ada üzür
Britaniya Kolumbiyasındakı Uilliston su anbarında təxminən 9 800 kvadratmetr ərazini əhatə edən, ağaclarla örtülü nəhəng torpaq sahəsinin suyun üzərində sürükləndiyi aşkarlanıb. Rəsmilər bu formalaşmanın rekord su səviyyəsi səbəbindən sahildən qopmuş ola biləcəyini düşünür. Qaynarinfo xəbər verir ki
22:30 2 Qayğının, həmrəyliyin və qadın həmrəyliyinin ünvanı - QHT sədrləri "LOQOS" Qadın Uzunömürlük Rezidensiyasında
Cəmiyyətin inkişafı yalnız iqtisadi göstəricilər və yeni layihələrlə ölçülmür. Əsl inkişaf insanın həyatının müxtəlif mərhələlərində özünü nə qədər güvənli, dəyərli və qayğı ilə əhatə olunmuş hiss etməsi ilə də müəyyənləşir. Xüsusilə yaşlı insanların sosial həyata inteqrasiyası, onların ləyaqətli v
20:33 114