"Boşanandan 5 gün sonra ikinci xanımımla rastlaşdım"
"30 ildir eyni evdə yaşayıram. 15 kvadratmeterlik yarızirzəmidir. Nəinki paltarlarıma nəm iyi hopub, hətta görürəm ki, öskürürəm. Səhərə qədər yatmaq olmur".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov "Həftənin qonağı" verilişində deyib. Aktyor səhhətində yaranan problemlərin yaşadığı evdəki şəraitsizliklə əlaqədar olduğunu deyib:
"Cavan idim, dözürdüm. İndi bədənim götürmür. Ömrümə nə qalıb ki? 1 il, 2 il, 5 il. Bir az pulum olardı, 1-2 otaqlı ev götürüb yaşayardım ki, nəm olmasın. Bu evdən canım qurtaraydı".
R.Rəhmanov ikinci həyat yoldaşı Gülbikə xanımla necə tanış olmasından danışıb:
"7 otaqlı evim var idi. Birinci həyat yoldaşımdan boşanandan 5 gün sonra təsadüfən ikinci xanımımla rastlaşdım. Dostumgilə getmişdim. Süfrədə bizə qulluq edirdi. Söz vermişdim ki, qabağıma ilk kim çıxsa, onunla da evlənəcəyəm. Həmin vaxt yox, indi aşiqəm ona. Çünki 30 ildir məni o yaşadır. Məni uşaq kimi saxlayır. Evdə arxamca gəzir".
Aktyor boşanmaq üçün məhkəməyə birinci həyat yoldaşı Ulduz Əhmədovanın müraciət etdiyini deyib:
"Bir qadın bir kişi ilə yaşamaq istəmirsə, buna məcbur deyil. O istəmədi, boşandı. Məhkəmə var, 10 il sonra da araşdırılsa, görüncək ki, boşanmaq üçün o müraciət edib".
Əməkdar artist ilk xanımının haqqında səsləndirdiyi "Xəstə idim, qoyub getdi. Boşanmazdan əvvəl də o xanımla görüşürdü" iddialarına aydınlıq gətirib:
"Yox, bu böyüklükdə yalan olar? Mən evdən çıxanda and içmişdim ki, kim ilk rastıma çıxsa, uyğun olsa, onunla da evlənəcəyəm. Hansı səbəbdən boşandığını o bilir. Bir evdə yaşayırdıq. Birdən bildim ki, boşanmaq istəyir. Dedim, əcəb etmisən, gedək, qol çəkim. İlk həyat yoldaşım məni sevsəydi, niyə məndən boşanırdı?".
Qeyd edək ki, R.Rəhmanov iki dəfə ailə həyatı qurub. Əməkdar artistin birinci evlilikdən iki övladı var. Aktyorun böyük oğlu Emil Rəhmanov müğənni olub. O, 2023-cü ildə sentyabrın 19-da dünyasını dəyişib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar
ABŞ-nin Minnesota ştatında oğurluq ittihamı ilə saxlanılan 35 yaşlı Sirena Enn Kuastın polis tərəfindən çəkilmiş fotosu sosial mediada böyük marağa səbəb olub. Səbəb isə onun məşhur müğənni və aktrisa Cennifer Lopezi xatırlatmasıdır. "Qafqazinfo"nun xəbərinə görə, hadisə Montiçello şəhərind
18.09.2026 458 Zeynəb Xanlarova əməliyyat olundu
Azərbaycanın Xalq artisti, görkəmli müğənni Zeynəb Xanlarova əməliyyat olunub. BİG.AZ -a istinadən xəbər verir ki, 89 yaşlı sənətçi Türkiyədə implant əməliyyatı keçirib. Prosedur uğurlu alınıb. Z.Xanlarovanın qısa zamanda sağaldığı bildirilib
23.09.2026 470 "Məni silkələyən ikinci belə hadisə olmayıb"
Xalq artisti Murad Dadaşov ötən il dünyasını dəyişən dostu, Əməkdar artist Cabir İmanovla bağlı duyğularını bölüşüb. Axşam.az xəbər verir ki, "Sabahın xeyir, Azərbaycan" proqramına danışan Dadaşov Cabirlə bağlı xatirələrindən söz açıb. O, sənətçinin vəfatının həyatında böyük sarsıntı yaratdığın
29.09.2026 139 Pünhan Piriyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Müğənni Pünhan Priyevin toyunda 4 mindən çox qonağın iştirak etdiyi barədə yayılan məlumatlara aydınlıq gətirilib. Bədii qiraətçi Pünhan İsmayıl Qaynarinfo-ya açıqlamasında sözügedən məclisin tamadası olduğunu bildirib. O, Pünhan Priyevin toyunda 2 minə yaxın qonağın iştirak etdiyini deyib:. "To
24.09.2026 779 Almaxanımın həyat yoldaşı ilə SƏMİMİ ANLARI - VİDEO
Müğənni Almaxanım Əhmədovanın həyat yoldaşı ilə videosu marağa səbəb olub. xəbər verir ki, xanəndə avtobildə hərəkətdə olarkən birgə anlarını yayımlayıb. Sənətçinin səmimi ailə görüntüsünə çox sayda bəyənmələr gəlib və şərhlər yazılıb. Qeyd edək ki, Almaxanım Murad adlı bəylə ailəlidir
27.09.2026 228 10 milyonluq əməliyyatın nəticəsi - Ebru Gündeşin son halı gündəm oldu
Türkiyənin məşhur müğənnisi Ebru Gündeş estetik əməliyyatdan sonra yeni görünüşü ilə gündəmə gəlib. yerli KİV-ə istinadla xəbər verir ki, müğənninin əməliyyatdan sonra çəkilən fotolarında üzündəki dəyişiklik diqqətdən yayınmayıb. Onun yeni görünüşü sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. 51 yaşl
27.09.2026 492 Aysel Teymurzadə belə dincəlir - FOTOLAR
"Avroviziya" təmsilçilərimizdən olan müğənni Aysel Teymurzadə istirahətə yollanıb. Axşam.az xəbər verir ki, sənətçi tətilini Yunanıstanda keçirdiyini bildirib. A.Teymurzadə istirahət zamanı çəkdirdiyi fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb
27.09.2026 1310 Dünyanın tanınmış repçisini zorakılıqda ittiham edən qadından ƏCAİB ETİRAF: "Onunla heç vaxt görüşməmişəm"
2024-cü ildə tanınmış repçi Jay-Z-ni (əsl adı Şon Karter) cinsi zorakılıqda ittiham edən qadın irəli sürdüyü iddiaların uydurma olduğunu rəsmən təsdiqləyib. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. "Şon Jay-Z Karter mənə heç vaxt təcavüz etməyib. Mən cənab Karterlə heç vaxt üz-üzə gəlməmişə
27.09.2026 199 "Bentley" üzərində Aygün Kazımovaya SEVGİ NÜMAYİŞİ - VİDEO
Xalq artisti Aygün Kazımovanın fanatlarından birinin ona olan sevgisini nümayiş etdirmə üsulu diqqət çəkib. -ın məlumatına görə, sosial şəbəkələrdə "Divan"ın fotoları ilə bəzədilmiş "Bentley" markalı avtomobilin görüntüləri yayılıb. Malik Salahov şəxsi "Instagram" hesabınd
27.09.2026 211