Məşhur plastik cərrahların sertifikatları ləğv olunur - SƏHİYYƏ NAZİRLİYİNDƏN AÇIQLAMA - YENİLƏNİB
Səhiyyə Nazirliyi plastik cərrahlarla bağlı məsələyə münasibət bildirib.
Nazirlikdən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hüquq-mühafizə orqanları araşdırmaları Səhiyyə Nazirliyi ilə birgə aparır.
Sonda istintaq orqanı aparılan araşdırmaların nəticəsi barədə ictimayyətə ətraflı məlumat verəcək.
Azərbaycanda bir müddət əvvəl 50-yə yaxın estetik cərrahın saxta yollarla bu sahədə çalışması ilə bağlı gündəmə gələn məsələ daha ciddi şəkil alır.
Lent.az Bakupost.az-a istinadən xəbər verir ki, artıq aidiyyəti qurumlar həmin cərrahlarla və onları sertifikasiyadan keçirən qurumun məsul şəxsləri ilə bağlı işi nəzarətə götürüb.
Məlumata görə, həkimlərin ixtisaslarının dəyişdirilməsi, onlara sertifikatlar verilməsi məsələsində xeyli qanun pozuntularının olduğu üzə çıxıb. Yayılan xəbərlərdə qeyd olunan sertifikatların 30-50 min manat rüşvətlə əldə edilməsinə dair faktların araşdırılmasına başlanılıb.
Eyni zamanda, səhlənkarlıq, qeyri-peşəkarlıq, insanların sağlamlığına zərər vurmaqda adı daha çox hallanan şəxslərin bu sahədə fəaliyyət göstərmələri ilə bağlı icazələrinin ləğv olunması barədə qərar qəbul edilib.
O da bildirilib ki, müvafiq icazəsi olmadan bu sahədə fəaliyyət göstərən digər cərrahların aşkarlanaraq siyahısının tərtib olunması və onlar barəsində tədbir görülməsi üçün araşdırmalar davam etdirilir.
Yaxın vaxtlarda həmin siyahının tədbir görülməsi üçün müvafiq dövlət qurumuna göndəriləcəyi, həmçinin plastik cərrahiyə sahəsində sertifikatlaşdırma qaydalarının sərtləşdiriləcəyi bildirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1863 Tarix: 09 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBaşqasının kosmetikasından "ortaq" istifadə etmək olmaz - Nazirlik
"Kosmetik məhsullar alarkən sağlamlığınızı qorumaq, həm də saxta mallardan yayınmaq üçün, ilk növbədə məhsulun gigiyenik sertifikatının qüvvədə olma müddətinə, qablaşdırmasına, həmçinin son istifadə tarixinə xüsusi diqqət yetirmək lazımdır". "Qafqazinfo" xəbər verir ki, bunu Səhiyy
11:34 174 Rusiya ilə Ermənistan arasında gərginlik dərinləşir - Ekspertdən Paşinyanla bağlı açıqlama
Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi Aleksandr Kamkin Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya ilə münasibətləri pozmaq üçün əlindən gələni etdiyini bildirib. xəbər verir ki, -ya açıqlama verən Kamkin Rusiya-Ermənistan münasibətlərini
13:32 148 Ermənistandakı Rusiya hərbi bazası ilə bağlı açıqlama: "Çıxarılması ehtimalı azdır"
Erməni politoloq və İrəvandakı Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryan Rusiyanın Ermənistandakı hərbi bazasını çıxarması ehtimalının az olduğunu bildirib. xəbər verir ki, İsgəndəryan NSN-ə açıqlamasında Moskva ilə İrəvan arasında imzalanmış müqaviləyə əsasən, Rusiya qoşunlarının 2044-cü il
11:31 164 II Dünya müharibəsinin sağ qalan 5 veteranından biri vəfat etdi (FOTO)
II Dünya müharibəsinin Azərbaycanda sağ qalan az sayda iştirakçılarından biri, I dərəcəli "Vətən müharibəsi" ordenli Rəşid Qasımov vəfat edib. Qaynarifno xəbər verir ki, bu barədə jurnalist Nadir Yalçın məlumat paylaşıb. R.Qasımov 102 yaşında yaşadığı Göyçay rayonunda dünyasını dəyişib. Qey
10:14 281 Zahir Nurəliyev ətrafında 50 min manatlıq müəmmalı olay - Ciddi suallar yaranır
Son günlər sosial şəbəkələrdə tanınmış müğənnilərdən birinin şəhid anası və qardaşı ilə əlbir olaraq iş adamından hədə-qorxu yolu ilə 50 min manat aldığı barədə məlumatlar yayılır. İddialar hələlik rəsmi şəkildə təsdiqlənməsə də, məsələ ilə bağlı ortaya çıxan bəzi məqamlar ciddi suallar yaradır. Məlumat
14:09 187 Rusiya-Ukrayna müharibəsində yeni mərhələ: ABŞ nümayəndələri Kiyevdən nəticəsiz ayrıldı
Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik səylər davam etsə də, hələlik konkret razılaşma əldə olunmayıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşner Rusiya və Ukraynada keçirdikləri görüşlərdən sonra yeni danışıqla
12:45 183 Həyatımızın ən böyük itkisi - İnsana vaxt ayırmaq...
Bir vaxtlar toy evindən gələn səs bütün məhəlləyə yayılardı. Qapılar açıq qalardı, süfrəyə kimin oturacağının hesabı aparılmazdı. Kimsə qohum idi, kimsə qonşu, kimsə uzaqdan gəlmiş tanış. Fərqi yox idi. Toy bir evin yox, hamının sevinci sayılırdı. Yas düşəndə isə başqa bir mənzərə yaranardı: həyətə aya
12:04 244 Mossad Müctəba Xamneyinin izinə düşüb: ABŞ və İsrail onu məhv edə bilərmi?
İran və İsrail arasında qarşıdurmanın yenidən kəskinləşməsi regionda yeni müharibə ssenarisi ilə bağlı narahatlıqları artırıb. "The Jerusalem Post" İranın İsrailə qarşı genişmiqyaslı hücuma hazırlaşdığını yazarkən, İsrail Baş naziri Benyamin Netanyahu Tehran rejiminin dəyişdirilməsinin əsa
10:39 531 Benzema bu klubda pulsuz oynamağa razı oldu
Səudiyyəlilər oyunçunu buraxmaqdan imtina ediblər və bu da hücumçunun doğma çempionatına potensial qayıtmasına mane olub. -ın xarici mediaya istinadən məlumatına görə, fransız hücumçusu Kərim Benzema Liona qayıtmaq niyyətindədir. Xatırladaq ki, 38 yaşlı oyunçu "Lion"un gənclər sisteminin yetirməsidi
18:45 1