Xarici investorların Azərbaycanın tikinti sektoruna gəlmələri qiymətləri endirəcək?

Xarici investorların Azərbaycanın tikinti sektoruna gəlmələri qiymətləri endirəcək?Azərbaycanın tikinti sektoru xarici investorların diqqət mərkəzindədir. Hazırda daha çox Körfəz ölkələrindən olan iş adamları bu sahəyə sərmayə yatırmaqda maraqlı görünürlər. Ekspertlər bildirirlər ki, əslində pandemiyadan öncə də xarici investorların Azərbaycanın tikinti sektoruna marağı yüksək olub. Lakin COVID-19-la bağlı dünyada tətbiq olunan məhdudiyyətlər səbəbindən iş adamları biznes planlarını rəfə qaldırmalı olublar. Hazırda həmin biznes planların icrası üçün əlverişli şərait yarandığından xarici sərmayədarlar yenidən Azərbaycan bazarına maraqlarını ifadə edirlər.

Bəs görəsən, xarici sərmayəli tikinti şirkətlərinin Azərbaycana gəlməsi əmlak bazarına nə vəd edir? Ümumiyyətlə, hazırda bu sahədə xarici investora məxsus şirkət fəaliyyət göstərirmi?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Hazır binalar və biznes mərkəzləri

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə də son vaxtlar xarici investorların Azərbaycanın əmlak sektoruna maraq göstərdiyini təsdiqləyir. Onun müşahidələrinə görə, hazırda həm Ukraynada, həm də Rusiyada biznesi olan iş adamları Azərbaycanın əmlak bazarı ilə maraqlanırlar: "Məsələn, tanıdığım bir şirkət var ki, hazırda yeni tikililərdə 30-40-a yaxın mənzil axtarışındadır. Bu investorların əksəriyyəti azərbaycanəsillidir. Amma İran, Pakistan kimi ölkələrdən olan investorlar da Azərbaycanın əmlak bazarına daxil olmaqda maraqlı görünürlər. Eyni zamanda, ərəb ölkələrinin investorları da bizim daşınmaz əmlak bazarı ilə maraqlanırlar. Onlar daha çox hazır binalara, biznes mərkəzlərinə investisiya yatırmaq istəyirlər. Bildiyiniz kimi, xarici vətəndaşlara torpaq satışı həyata keçirilmir. Amma hazır tikililərə xarici sərmayəli şirkətlərin investisiya yatırmasına heç bir məhdudiyyət yoxdur. Ona görə də bu istiqamətdə tələblər yüksəkdir".

Ekspert vurğulayıb ki, hazırda xarici sərmayəli tikinti şirkətlərinin Azərbaycanın tikinti bazarında birbaşa fəaliyyəti yoxdur. Onun sözlərinə görə, xarici tikinti şirkətləri bu sektorda yalnız podratçı qismində iştirak edirlər: "Hazırda onlar bizim yerli şirkətlərin sifarişi əsasında müvafiq tikinti işləri aparırlar. Birbaşa tikintini həyata keçirən xarici sərmayəli tikinti şirkəti yoxdur. Onlar sərmayələrini əsasən ticarət məqsədilə hazır əmlaklara yönəldirlər. Xarici sərmayədarları daha çox cəlb edən qeyri-yaşayış sahələridir".

R.Qasımzadə bildirib ki, xarici sərmayəli tikinti şirkətlərinin Azərbaycan bazarına daxil olması bu sahənin inkişafına təkan verəcək: "Bu, həm də bazarda yeniliklərə gətirib çıxaracaq. Belə ki, bazara yeni müasir texnologiyalar, yeni standartlar daxil olacaq. Eyni zamanda, bazarda rəqabət artacaq ki, bu da daha rəqabətli qiymətlərin yaranmasına səbəb olacaq".

Tələbat qeyri-yaşayış sahələrini 3 dəfə bahalaşdırıb

Ekspertin sözlərinə görə, son vaxtlar həm yerli, həm də xarici investorların qeyri-yaşayış sahələrinə maraq göstərməsi əmlakın bu seqmentində qiymət artımına səbəb olub: "Məsələn, 2-3 il bundan əvvəl 1 kvadratmetri 5 000 manata təklif olunan qeyri-yaşayış sahələrinin kvadratmetri hazırda 15 000 manatdır. Yəni qiymətlər son 3 ildə təxminən 3 dəfə artıb. İlin birinci yarısı ilə müqayisədə indi qiymətlərdə 10 faiz əlavə artım müşahidə olunur. İnvestorlar daha çox Səbail, Nəsimi və Nərimanov kimi mərkəzi ərazilərə maraq göstərirlər".

Bazarda yeni formalar meydana çıxacaq

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı ekspert Ruslan Atakişiyev hesab edir ki, əmlak sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və bu sahədə aparılan islahatlar yerli bazarı xarici investorlar üçün cəlbedici edib: "Bununla bağlı "yol xəritəsi" hazırlanıb və işçi qrupu yaradılıb. Əsas məqsəd də odur ki, Azərbaycanda bu sahədə maraqlı olan investorların qarşılaşdıqları bürokratik əngəllər qısa zamanda aradan qaldırıla bilsin. Bu istiqamətdə işlər davam etdirilir və ciddi nəticələr əldə olunub. Məsələn, artıq daşınmaz əmlakın qeydiyyata alınması, tikintinin həyata keçirilməsinə icazələrin verilməsi və s. asanlaşdırılıb. Bu addımlar da öz növbəsində xarici investorları cəlb edir''.

Ekspert bildirib ki, Körfəz ölkələrindən investisiyaların əmlak bazarına daxil olması bu sektor üçün əlavə maliyyə mənbələrinin formalaşması deməkdir. Onun sözlərinə görə, bu investisiyalar əmlakın əldə olunması istiqamətində yeni formalar meydana çıxaracaq: ''Bu formalardan biri ondan ibarətdir ki, halal yolla əmlakın əldə olunmasına imkanlar yaranacaq. Bazarda bir çox müştərilər var ki, uzunmüddətli və ədalətli şərtlərlə əmlak əldə etmək istəyirlər. Yeni məhsulların ortaya çıxması məhz həmin müştərilərin bazarda aktivləşməsinə səbəb ola bilər''.

Xüsusi tədbirlər planına ehtiyac var

Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev isə deyib ki, Azərbaycanın tikinti və əmlak sektorunda xarici investorlar məhdud saydadır: "Əslində xarici sərmayəli şirkətlərin Azərbaycana gəlməsi bizim xeyrimizədir. Bu, əmlak bazarının daha da inkişafına təkan verəcək. Əvvəllər Rusiyadan investorlar bizim tikinti və əmlak bazarına daha çox maraq göstərirdilər. İndi maraq nisbətən zəifləyib. Müşahidələr göstərir ki, xarici investorlar daha çox Türkiyə bazarına meyl göstərirlər. Etiraf edək ki, Türkiyənin tikinti və əmlak bazarına daxil olmaq xarici investorlar üçün daha cəlbedicidir".

Ekspert vurğulayıb ki, xarici sərmayəli tikinti şirkətlərinin Azərbaycana cəlb edilməsi üçün müəyyən güzəştlərin nəzərdə tutulması vacibdir. Onun fikrincə, bununla bağlı xüsusi tədbirlər planının hazırlanmasına ehtiyac var.

"Bu sektor yerli biznesmenlərə yaxşı gəlir qazandırır"

İqtisadçı ekspert Cəfər İbrahimli bildirib ki, hər bir dövlət xarici investorları ölkəsinə cəlb etməkdə maraqlıdır: "Xarici investorun hər hansı bir ölkəyə gəlməsi həmin ölkə üçün əlavə dəyər yaradır. Son dönəmlər xarici investorların ölkəmizə marağının artması Azərbaycanın iqtisadiyyatı ilə bağlıdır. Çünki onlar beynəlxalq reytinq təşkilatlarının rəyini nəzərə alaraq hər hansı ölkəyə sərmayə yatırırlar. Bunun son nümunəsi odur ki, bu yaxınlarda "Fitch Ratings" beynəlxalq kredit reytinqi agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitentin defolt reytinqini stabil proqnozla "BB+"dan "BBB-"yə yüksəldib. Bu, Azərbaycanın iqtisadi dayanıqlığını və güclü xarici iqtisadi tarazlığını göstərir, investisiya və iqtisadi artım üçün perspektivli gələcəyə işarə edir".

İqtisadçının fikrincə, xarici sərmayədarların Azərbaycanın tikinti və əmlak bazarına maraq göstərməsi heç də təsadüfü deyil. Onun sözlərinə görə, ölkəmizdə bu sektor uzun illərdir ki, yerli biznesmenlərə yaxşı gəlir qazandırır: "Çünki bu sahədə tələb həddindən artıq çoxdur. Qarabağın işğaldan azad olunması ilə tələb daha da yüksəlib. Hazırda həmin ərazilərdə böyük yenidənqurma və infrastruktur işlərinin həyata keçirilməsi xarici investorların da diqqətini çəkir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 562   Tarix: 08 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

23 yaşlı qadın bıçaqlandı - Şübhəli əridir

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə günorta saatlarında şəhər sakini 26 yaşlı Emin Kərimovun yaşadığı ünvanda baş verib. Belə ki, aralarında yaranmış mübahisə zəminində o, 23 yaşlı həyat yoldaşı Təranə Kərimovaya kəsici alətlə xəsarətlər yetirib

23.02.2026 450
.

Mahir Aslanov Türkiyədə əməliyyat zamanı vəfat etdi

Milli Məclisin keçmiş deputatı Mahir Aslanov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, sabiq millət vəkili Türkiyənin İzmir şəhərində yerləşən "Medicana" xəstəxanasında ürək əməliyyatı zamanı dünyasını dəyişib. Qeyd edək ki, M.Aslanov 1949-cu il noyabrın 22-si Naftalan şəhərində anada

11:41 128
.

ABŞ-İran nüvə danışıqlarının növbəti mərhələsi cümə axşamı Cenevrədə keçiriləcək, Vaşinqton isə Tehrandan təklif olunan razılaşmanı gözləyir

İslam Respublikası həm ABŞ-ın hərbi hücumu təhlükəsi, həm də ölkə daxilində yeni etirazlarla üzləşdiyi üçün, ABŞ və İran növbəti nüvə danışıqlarını cümə axşamı Cenevrədə keçirəcəklər. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, bu barədə bazar günü İran rəsmisi bildirib. Omanın xarici işlər nazir

23.02.2026 265
.

The Telegraph: "ABŞ-də Ceffri Epşteynə məxsus gizli sənədlərin saxlanıldığı anbarlar aşkarlandı"

ABŞ-də maliyyəçi və cinsi istismar qalmaqalının əsas fiqurlarından biri olmuş Ceffri Epşteynlə bağlı yeni detallar üzə çıxıb. BİG.AZ The Telegraph-a istinadən xəbər verir ki, araşdırmalar zamanı onun fəaliyyəti ilə əlaqəli ola biləcək böyük həcmdə sənəd və materialların saxlanıldığı gizli anbarları

23.02.2026 299
.

"Heç vaxt yaşaya bilməz" deyilən yerdə peyda oldu: Antarktidada böyük sürpriz

Elm dünyası onilliklərdir ki, Antarktidanın dondurucu sularının köpəkbalıqları üçün uyğun olmadığını bildirirdi. Bu yırtıcıların biologiyasının həddindən artıq soyuq mühitlə uzlaşmadığı və bu ərazilərdə yaşamalarının mümkünsüz olduğu düşünülürdü. Lakin 2025-ci ilin yanvarında qeydə alınan və mart ayınd

23.02.2026 413
.

"Bolt"da rüşvətxorluq iddiaları - Rəhbər şəxslər işdən çıxarıldı

Azərbaycanda "Bolt" platforması ilə əməkdaşlıq edən bir sıra park sahibləri və sürücülər şirkətin yerli idarəetmə strukturlarında sistemli haqsızlıq, selektiv yanaşma və korrupsiya elementləri ilə üzləşdikləri barədə şirkətin Estoniyadakı rəhbərliyinə şikayətlərini bildiriblər. "Qafqazinfo"

12:51 0
.

Bakıda Qalina Solovyevanın meyiti tapıldı

Bakıda küçədən meyit tapılıb. xəbər verir ki, hadisə Hövsan qəsəbəsi H.Quliyev küçəsində qeydə alınıb. Qəsəbə sakini, 1944-cü il təvəllüdlü Qalina Aleksandrovna Solovyevanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti küçədə aşkar edilib. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır

23.02.2026 465
.

Süfrədəki bayram şamlarını nəzarətsiz qoymayın!

Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz çərşənbələrində yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Bu gündən xalqımız milli-mənəvi dəyərlərimizi özündə yaşadan Novruz bayramı ilə əlaqədar çərşənbə axşamlarını qeyd etməyə başlayır. Bu münasibətl

11:09 130
.

Samirə Yusifqızı Mətanət Əsədovanı məhkəməyə verdi

"Bu hadisə başıma gələndən sonra bildim ki, incəsənət sahəsində mənim dostum yoxdur. Onsuz da barmaqla sayılacaq qədər var idi, indi demək olar ki, o da yoxdur. Çox adamlar üçün danışmışam, çox adamlara görə üz-göz olmuşam. Amma bir adam çıxıb məni müdafiə etmədi, tərəfimdə dayanmadı. Düzdür, bir-ik

23.02.2026 613
.

TOP MP3