Çinarə Məlikzadə kimdir? - Ərdoğanı səsinə heyran edən, bir gecədə məşhurlaşan dağlar qızı

Çinarə Məlikzadə kimdir? - Ərdoğanı səsinə heyran edən, bir gecədə məşhurlaşan dağlar qızıLent.az "Bioqrafiya" rubrikasında müğənni, aktrisa Çinarə Məlikzadədən bəhs edir.

- Çinarə Məlikzadə harada və nə zaman anadan olub?

Çinarə Məlikzadə 11 oktyabr 1990-cı ildə Bakıda anadan olub. Əslən Xızıdandırlar. O, özünə "dağlar qızı" deməyi sevir.

- Çinarə Məlikzadə harada təhsil alıb?

Kiçik yaşlarından musiqiyə maraq göstərən Çinarə Məlikzadə xalq artisti Oqtay Zülfiqarovdan xanəndəlik dərsi alıb və musiqi məktəbində fortepiano üzrə oxuyub. 2008–2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. "Pöhrə", "Yeni Ulduz", "O səs Türkiye" müsabiqələrində iştirak edib.

- Çinarə Məlikzadəyə hansı mahnı ilə populyarlıq qazandırıb?

Çinarə Məlikzadə "Gedək üzü küləyə" mahnısı ilə sosial şəbəkədə bir gecədə məşhurlaşıb. 44 günlük müharibə dönəmində oxuduğu "Azərbaycan" mahnısı ilə daha da sevildi. Bu mahnı Türkiyə Prezidenti cənab Ərdoğanın o qədər xoşuna gəlmişdi ki, o, Qarabağda olarkən Çinarə ilə görüşüb söhbətləşmişdi. O, müxtəlif dövlət tədbirləri və konsert proqramlarında çıxış edir. Türkiyə, Kipr, Polşa, isveç, Ukraynada konsertlər verib.

- Çinarə Məlikzadənin bacı-qardaşı var?

Bu barədə o belə danışıb:
"Ailədə məndən böyük bir qardaşım var. Valideynlərim də, qardaşım da mənə dəstəkdir. Onlar uşaq vaxtından mənə dəstəkdirlər. Anam 4 yaşım olanda aparıb məni Oqtay Zülfüqarovun yanına. Ona görə ailə sarıdan heç bir problemim yoxdur".

- Çinarə Məlikzadə kimlərlə duet oxuyub?

Türkiyədə ifaları çox sevilən Çinarə Mustafa Ceceli, Halik Levent, Rafet El Roman kimi məşhurlarla duet oxuyub.

- Çinarə Məlikzadə ailəlidir?

Yox. O aktyor Əlibəy Məmmədli ilə az müddət ərzində evil olduqdan sonra boşanıb. Övladı yoxdur.
Əlibəy Məmmədli ilə bağlı münasibətləri barədə danışarkən "Həyatdır, ola bilər, eyni filmdə oynaya bilərik: "Bunlar şəxsi məsələlərdir. Düşmən deyilik. Hazırda danışmırıq. İnsan kimi ailə qurmuşduq, insan kimi də ayrılmışıq. Bir-birimizə kinimiz yoxdur. Münasibətimiz də normaldır. Eyni filmdə oynamaqla bağlı təklif gəlsə, qəbul etmərəm".

- Əsl peşəsi aktyorluq olan Çinarə Məlikzadə filmlərdə çəkilib?

Bəli. O Elməddin Cəfərovun çəkdiyi bir komediyada rol alıb. Bu barədə o belə deyib: "Elməddin Cəfərov, Kəmalə Piriyeva, Ziya Ağa və mənim baş rollarını paylaşdığımız film idi. Komediya janrında olan o filmin çəkilişləri Bakıda və İranda baş tutub. Bu film inşallah tezliklə izləyicilərimizə təqdim olunacaq. Səbirsizliklə təqdimat gününü gözləyirəm". Oktyabr ayında Çinarə Türkiyə və İranın birgə istehsalı olan daha bir filmə dəvət alıb.
Müğənni Çinarə Məlikzadə Mehrdad Qafarzadənin rejissorluğu ilə "Bana bir aşk şarkısı söyle" adlı Türkiyə və İran ortaq istehsalı olan filmdə çəkilir. Layihədə Türkiyənin məşhur aktyorlarından Yusuf Çim, Ali Burak Ceylan, Hazal Türesan, Ayşen İnci, Semra Dinçer, iranlı aktyorlardan isə Məcid Müzəffəri, Pejman Bazegi, Bahareh Afşar və başqaları rol alır. Bu barədə danışan müğənni "Rejissorun dediyinə əsasən, ssenari yazılanda artıq məni çəkməyi düşünürmüşlər. Deyim ki, Ada obrazı gözəl səsi olan xanımdır. Mən isə musiqiçiyəm, şübhəsiz ki, bu amilin payı var. İlham Qasımovun filmində oynadığım rol iranlı prodüserlərə müsbət təsir edib. Yeri gəlmişkən, yaradıcı heyət İranda mənə və sənətimə qarşı böyük bir sevginin olduğunu bildirdilər. Bunlar hamısı onların seçimlərinə təsir göstərib" - deyib.

- Çinarə Məlikzadə sosial şəbəkədə ünvanına gələn rəylərə necə reaksiya verir?

"Mən elə insanam ki, pisi və yaxşını olduğu kimi qarşılayıram. Bu insanların öz fikridir. Kimsə məni sevməyə, bəyənməyə məcbur deyil. Qızlarla söhbətim zamanı deyirəm ki, adi hicabda şəkil paylaşsam belə, mütləq çıxıb nəsə deyən olacaq. Ona pis fikir yazan olacaq. Çünki, əksi mümkün deyil. Hamı fərqli düşünür. Hamı bir nəfəri sevə bilməz.
Sadəliyi sevən insanam, bəlkə də ondan irəli gəlir. Çünki necə varamsa, elə oxumuşam, öz aləmimdə. Amma bir şey var ki, kamera görəndə çox həyəcanlanıram. Elə buna görə deyirəm ki, ölkənin xaricdə təmsil olunmasını boynuma götürmərəm heç vaxt" deyə o bildirib.

- Çinarə Məlikzadə "Avroviziya" müsabiqəsinə qatılmaq istəyir?

Yox. Omum bu barədə fikirlərini təqdim edirik: "Avroviziyaya getmək fikrim yoxdur. Çünki ora gedib, gələnlər arasında uğurlu karyera davamçısı görməmişəm. Təbii ki, hamısına aid deyil. Bir az sanki yadplanetli olurlar. Avroviziya səhnəsi çox gözəl, böyük səhnədir. Mən öz Vətənimdə ondan daha böyük, mühüm səhnələrdə çıxış etmişəm. Ona görə də, nə gərək var ki".

- Çinarə Məlikzadə toylara gedir?

Bəli. Amma bunda seçici davranır.

"Tam səmimi deyirəm, mən heç vaxt sırf toylarda oxumaq üçün bir iş görməmişəm. Bu işlərlə əvvəllər mənimlə birgə çalışan dostlarımız məşğul olublar. Daha sonra isə yeni menecerimlə qarşımıza ölkə xaricinə çıxmaq məqsədi qoyduq və şükürlər olsun ki, qısa müddət ərzində buna nail olduq. Artıq xarici ölkələrdə bir neçə konsertlərimiz olub və bundan sonra daha da çox olacaq" – o deyib.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 3211   Tarix: 11 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.