Razidən həyat yoldaşının iddialarına cavab

Razidən həyat yoldaşının iddialarına cavabAna olmağa hazırlaşan model Razi Əliyeva həyat yoldaşı Nicat Əliyevin ayrılıqla bağlı iddialarına cavab verib.

Axşam.az xəbər verir ki, Razi onu yalan danışmaq da ittiham edib:

"Məşhur olmaq istəməyən insan müsahibə vermir. Mənim ondan ayrılma səbəblərimi bilmirsə, niyə bütün yazışmalarımızda üzr istəyir? O yerə çatdırsa, yazışmaları da göstərəcəyəm, amma o həddə çatdırmaq istəmirəm. Kişilik edən axıra kimi edər. Qadının pis günündə dəstək olan, daha sonra manipulyasiyalar etməz və hər zaman başına vurmaz. Onun dediklərinin əksini göstərmək üçün sübutlarım var, sadəcə bunu etsəm, gərək çox da yaxşı şeylər haqqında danışmayım. Nə olur olsun uşağımın atasıdır, ondan fərqli olaraq istəmirəm ki, sabah uşaq böyüyəndə bütün bu məsələləri yutubda izləsin. Elə şeylər var ki, onları ictimailəşdirmək olmaz. Pisəm? "Dyavolam"? niyə illərdir sevirsən? Niyə ayrılmaq istəmirsən? Niyə boşanmağa ərizə vermirsən? Hansı normal qadın hamilə ola-ola ərindən getmək istəyər? "Toksikoz" ilə bir evdən o biri evə köçmək istəyər? Yenidən qınaq səbəbinə çevrilmək istəyə bilər? Məncə, heç biri. Birindən qaç, canını qurtar, digəri xilaskar obrazında gəlib, daha sonra məni alçaldaraq hər şeyi hər gün başına vursun. Hamiləlikdən sonra heç yerə getməyəcəyimi fikirləşərək hər gün əsəblərimi pozan, anama hörmətsizlik edən və başqa demək istəmədiyim şeylər edən adamın yanında qalmaq istəmədim. 6 aydan sonra bunları edən daha sonra başqa şeylər də edər. Həyat mənə göstərdi ki, insanın iç üzünü görən kimi düzəlməyinə ümid etmək olmaz.

Şəxsi həyatımın heç vaxt yayımlanmağını istəməmişəm, inanın, açıqlamalar verməkdən yorulmuşam. Təbii ki, instaqramda həyatımda baş verən bu qədər problemlərin, neqativlərin sizə görünməyini istəməmişəm. Heç vaxt Aysberqin əks tərəfini görə bilməzsiniz, kim nə yaşayır içində onu tək özü bilir! Əlbəttə mən də burada ağlayaraq postlar paylaşsam, hamınız tərəfimə keçəcəksiniz. Aylardır, səhifəmi normal idarə edə bilmirəm, fotosessiyamı paylaşdıqdan sonra, normal işləməyə reklamlar gələndən, müqavilələr bağlamağa başlayandan bu hala qıcıq olub, dərhal məni vurmaq istəyinə şahidsiniz. Bu da son! Bir daha bu haqda açıqlama verməyəcəyəm. Dedikləri qədər yaxşı biri olsaydı, bu vəziyyətimdə çıxıb müsahibə verməzdi".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1911   Tarix: 09 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO

Tanınmış müğənni Tacir Şahmaloğlu xəstəxanaya yerləşdirilib. Bununla bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Görüntülərdə sənətçi özünü yaxşı hiss etdiyini bildirib. ( )

20.09.2026 807
.

Yeni layihəsi bəlli oldu

"Haysiyet" serialının aktyor heyətinə yeni aktyor daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Emin Günenç rol alacaq. O, "Ender" adlı obrazı canlandıracaq. Qeyd edək ki, Emin sonuncu dəfə "Arafta"da çəkilib

27.09.2026 197
.

Həyat yoldaşını bu sözlərlə təbrik etdi

Aktyor Taleh Yüzbəyov həyat yoldaşı, bloger Xatirə Yüzbəyovanı doğum günü münasibətilə təbrik edib. Axşam.az xəbər verir ki, Taleh sosial media hesabında ailə fotosunu paylaşaraq həyat yoldaşına duyğusal sözlər ünvanlayıb. "Bu həyatda hamıya onunla yol yoldaşı olacaq adam lazımdır. Onunla bütü

26.09.2026 240
.

Rusiyada uşaqlara Burak adını verirlər

Türk seriallarının xaricdəki təsirinə daha bir yenisi əlavə olunub. Moskva Sosial İnkişaf Nazirliyinin açıqladığı 2026-cı il məlumatlarında, yeni doğulan uşaqlara verilən adlar arasında türk seriallarından tanınan Burak və Neslihan da yer alıb. Nazirlik bu adların sevilən aktyor və aktrisalara duyula

19.09.2026 281
.

"Alatoranlığ"ın aktyoru ata oldu

"Alatoranlıq" filminin qəhrəmanlarından olan Teylor Lotner ata olub. Axşam.az xəbər veirr ki, Tey Doumay adlı xanımla ailəli olan aktyorun qızı dünyaya gəlib. Cütlük övladlarına Lennon adını qoyublar. Qeyd edək ki, cütlük 2022-ci ildən evlidir

24.09.2026 340
.

ABŞ Qrenlandiyada iki yeni hərbi baza açacaq

Məsələ ilə tanış olan üç mənbənin sözlərinə görə, ABŞ çərşənbə axşamı Danimarka və Qrenlandiya ilə imzalanacaq müqavilə çərçivəsində cənubi Qrenlandiyada Soyuq Müharibə dövründən qalma hərbi bazanı bərpa etməyi və şərq sahilində hazırda Danimarka it xizək patrulunun istifadəsində olan daha bir baza qurmağ

22.09.2026 306
.

10 milyonluq əməliyyatın nəticəsi - Ebru Gündeşin son halı gündəm oldu

Türkiyənin məşhur müğənnisi Ebru Gündeş estetik əməliyyatdan sonra yeni görünüşü ilə gündəmə gəlib. yerli KİV-ə istinadla xəbər verir ki, müğənninin əməliyyatdan sonra çəkilən fotolarında üzündəki dəyişiklik diqqətdən yayınmayıb. Onun yeni görünüşü sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. 51 yaşl

27.09.2026 492
.

Azərbaycanda bir ildə 2400 eşşək hara yoxa çıxıb?

Azərbaycanda eşşəklərin sayı son illər sürətlə azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin əvvəlinə ölkədə 10 300 baş eşşək qeydə alınıb. Halbuki 2025-ci ildə bu göstərici 12 700 baş olub. Beləliklə, cəmi bir il ərzində eşşəklərin sayı 2 400 baş və ya təxminən 19 faiz azalıb

13.09.2026 461
.

Afra Saraçoğlu saxlanıldı

Türkiyəli aktrisa Afra Saraçoğlu saxlanılıb. Axşam.az xəbər verir ki, aktrisa narkotik maddələrlə bağlı keçirilən əməliyyat çərçivəsində tutulub. Qeyd edək ki, daha əvvəl aktyor Aras Bulut İynemli, müğənni Seyfullah Sağır (Sefo), aktrisa Melis Sezen, Nilperi Şahinkaya, Melis İşiten və keçmiş futbolç

18.09.2026 524
.