Nikahsız ailə quran, 2 dəfə ölüm xəbəri yayılan bəxtsiz bəxtəvər müğənni - Vəfa Şərifova kimdir?

Nikahsız ailə quran, 2 dəfə ölüm xəbəri yayılan bəxtsiz bəxtəvər müğənni - Vəfa Şərifova kimdir?Lent.az "Bioqrafiya" rubrikasında son zamanlar Azərbaycan toylarının kraliçasına çevrilmiş müğənni Vəfa Şərifova haqqında məlumat verir.

- Vəfa Şərifova nə zaman və harada anadan olub?

Vəfa Şərifova 4 yanvar 1990-cı ildə Ağsuda anadan olub.

- Vəfa Şərifova kimin ailəsində böyüyüb?

1 yaşı olanda anasını itirib. Anası hamilə ikən bətnindəki övlad ölüb və ana zəhərlənmə nəticəsində həyatını itirib. Ailədə 3 uşaq olublar və onları nənə və babası böyüdüb. Vəfa atasını görməyib. O, 11-ci sinfi bitirdikdən sonra Bakıya köçüblər. Vəfa atasının onları uşaqlıqdan atdığını bildirib: "Anam rəhmətə gedəndən sonra atam evlənib. Bacım və qardaşıma atam, mənə nənəm baxıb. Ögey anam bacı və qardaşıma da baxmadığı üçün nənəm gətirib. O vaxtdan mənə dedilər ki, atan rəhmətə gedib. Mən də demişəm, Allah rəhmət eləsin. Bağışlaya bilmirəm. Mənim üçün bacım, qardaşım, ailəmdir əsas. Onlar bacıma, qardaşıma elə zülm veriblər ki... Heç vaxt atamı görməmişəm, şəklini də görməmişəm".

- Vəfa Şərifovanın sənətdə ilk dəstəyi kim olub?

Müəllimi və sənətdə dəstəyi Tacir Şahmalıoğlu olub. Tenor İntiqam Kərimovdan da dərs alıb. Hazırda küsülü olduğu müğənni Şəbnəm Tovuzlu isə iddia edir ki, ona toylarda oxumağı o öyrədib.

- Vəfa Şərifova kimlərlə duet oxuyub?

İntiqam Kərimov, Serdar Ortac, Nəfəs, Aqşin Fatehlə uğurlu duetləri var.

- Vəfa Şərifovanın haqqında iki dəfə ölüm xəbəri yayılıb. O xəstədir?

"Artıq ikinci dəfədir ki, müəyyən problemlər baş verir. Birinci dəfə elə düşündüm ki, arıqlamaq üçün istifadə etdiyim dərmanlar təsir edib. Amma artıq uzun müddətdir ki, həmin dərmanlardan istifadə etmirəm və yenidən bu problemi yaşadım. Əsas odur ki, indi yaxşıyam. Mənim ölüm xəbərini yayanlara isə demək istərdim ki, ölməmişəm, sağam. Şükür ki, hər şey qaydasındadır. O qədər öldüyüm barədə xəbərlər yayırsınız ki, axırda, həqiqətən, öləndə buna heç kim inanmayacaq" - bu sözləri müğənni Vəfa Şərifova barəsində yayılan "öldü" xəbərinə münasibət bildirərkən deyib.

- Vəfa Şərifova niyə Allaha üsyan edib?

"Anasız böyüdüyüm üçün "Niyə mənim anam yoxdur?" deyib:
"Allaha üsyan etdiyim vaxtlar olub. Amma indi fikirləşirəm ki, anam olsaydı, bu gün onu itirmək qorxusu ilə yaşamaqdansa, bu hissi yaşamamaq daha yaxşıdır.

Bəzən anasız böyüyən insan ana qayğısı və nəvazişi görməyəndə o hissləri öz övladına göstərə bilmir. Ən çox qorxduğum məsələ də bu idi. Hər iki övladım yenicə dünyaya gələndə beş-altı ay onlara qarşı heç nə hiss etmirdim. Zamanla hər şey dəyişir. Vaxtımın çox hissəsini övladlarımla keçirirəm. Sevgimi onlara ifrat şəkildə göstərirəm".

- Vəfa Şərifova toylara neçəyə gedir?

Bu gün Azərbaycan toylarına ən çox dəvət alan müğənnilərdən olan Vəfa Şərifovanın qonorarı 3-6 min manat arasında dəyişir.

Ətraflı

- Vəfa Şərifova ailəlidir?

O, rəsmi nikah olmadan bir nəfərlə ailəlidir. Bu münasibətdən iki övladı dünyaya gəlib.

- Vəfa Şərifovanın vətəndaş nikahında olduğu əri kimdir?

Vəfa Şərifova iş adamı Famil Xəlilovun xanımıdır.

- Vəfa Şərifovanın Famil Xəlilovdan ayrılması xəbəri yalandır?

"Nikahımız yox idi, kəbin kəsdirmişdik. Ona da son qoyduq. Bu günə qədər düşünmədən heç bir addım atmamışam. Daha yaxşı yollar olsaydı... Belə gətirdi və belə oldu. Üç və ya dörd uşaqla da ayrılanlar var. Onun sevgisini, diqqətini sevirdim. Sevən bir insanın sevmədiyini görmək ağırdır bir qadın üçün. Ona görə də qismət belə oldu" o, bu formada deyərək açıqlama versə də bir neçə gün sonra barışıblar.
Əri barışmaq üçün ona Ağ şəhərdən ev alıb.

"Həyat yoldaşımla ayrılmışam" açıqlamasını geri götürürəm, yoldaşımla barışmışam. Mən sevgiyə möhtac insanam.

Sevilmədiyim yerdə heç zaman qalmıram. Həyat yoldaşımdan o soyuqluğu hiss etdim və kənara çəkildim. Düşündüm ki, getmək istəyir, dedim ki, yolun açıq olsun. Amma əslində, getmək istəyən yox imiş, hər şey yaxşı imiş. Mən hər zaman geri addım atıram. Əslində, bu bir tərəfdən zəiflik əlamətidir. Üzləşə bilmirsən... Sevgisizlik elə bir duyğudur ki... Qadın sevgisizliyi hiss edəndə hər gün ölür. Fikirləşdim ki, bir dəfə ölüm...
Həyat yoldaşımla küsəndə o barışmaq üçün hər zaman hansısa hədiyyəni mənə bağışlayıb, sonra barışmışam. Amma bu dəfə ən böyük hədiyyəsi sevgi ilə mənə dönməyi oldu",- deyə o bildirib.

- Vəfa Şərifovanın əri Şəbnəm Tovuzlunun keçmiş əridir?

Vəfanın dediyinə görə, ərinin Şəbnəmlə münasibəti olub. Şəbnəm isə bunu inkar edib.

"Efirə çıxdığım gündən demişəm ki, həmin şəxslə ailəliyəm. Bizim bir qız övladımız var. Bunları əvvəllər açıqlamağımın səbəbi odur ki, məclis sahibləri dəvət edərkən bilsinlər ki, evliyəm və ona görə davransınlar. Mən bəziləri kimi həyat yoldaşlarının ayağını, əlini göstərib kiməsə acıq vermək, verdiyi hədiyyələri reklam etmək istəməmişəm. Bununla gündəmə gələn insan deyiləm. Xanım müğənni ilə şəklimi yan-yana qoyursunuz. Bir kişinin həyatında çox qadın ola bilər. Həyat yoldaşımı keçmişinə görə qınaya bilmirəm. Əsas odur qadının keçmişi təmiz olsun. Mənim səhvim deyil. Həyat yoldaşımın həyatında 3-5 aylıq qiyməti bəlli olan insanlar olub".
Şərifovanın qalmaqallı açıqlamasından sonra Şəbnəm də mətbuata video açıqlama yayaraq məsələyə münasibət bildirib.
Müğənni Vəfanın keçmişini xatırladaraq ona susmağı məsləhət görüb: "Mənim o şəxslər arasında adım çəkilməməlidir. Bir qadın da çıxıb açıqlama yayır ki, mənim qız övladım, ailəm var, buna görə onu toylara çağırırlar. Biz də ailəliyik, övladımız var. Keçmişini, kim olduğunu unutma, 2008-2009-cu illəri sənə xatırladıram. Olduğun halları unutma, yaxşı? Onları indiki ətrafında olan insanlar yox, mən bilirdim. Ailəsinin qədrini bilən xanım, evdə oturub danışmaz. Kim olduğunu hər kəs gözəl bilir".

- Vəfa Şərifova populyarlaşmaq üçün reklamına nə qədər pul xərcləyib?

Vəfa Şərifova şou-biznes aləmində gündəmə gəlməsi üçün ona yazılan mahnılar, çəkilən kliplərə pullar xərcləndiyini etiraf edib.
Sənətçi məbləğ açıqlamasa da, reklamı üçün xeyli məbləğ xərcləndiyini bildirib:
"Mən real adamam, durub yalandan deyə bilmərəm ki, ay mənim istedadım var, buna görə tanındım, yox, müəyyən pullar xərclənib. Pulları özüm xərcləmədim, bilirsiz xərcləyən kimdir. Məbləğ açıqlamayacağam, amma az da xərclənməyib".

Vəfa həmin pulların havaya sovrulmadığını və hazırda onun xeyrini gördüyünü də bildirib.

- Vəfa Şərifova plastik əməliyyat etdirib?

Vəfa Şərifova dəfələrlə estetik əməliyyat etdirərək, özünü başdan yaradıb desək, yalan olmaz.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2232   Tarix: 09 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Deyirlər ki, Mələkxanımın bloger qızı, amma..."

Xalq artisti Mələkxanım Eyubova bloger qızı Nəzrindən danışıb. Axşam.az xəbər verir ki, xanəndə "Qonaqcanlı" verilişində övladının yaradıcılığından söz açıb. O bildirib ki, hər yerdə Nəzrinin onun bloger qızı kimi təqdim edirlər:. "Deyirlər ki, Mələkxanımın bloger qızı. Nəzrin hazırd

19.09.2026 292
.

Pünhan Piriyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama

Müğənni Pünhan Priyevin toyunda 4 mindən çox qonağın iştirak etdiyi barədə yayılan məlumatlara aydınlıq gətirilib. Bədii qiraətçi Pünhan İsmayıl Qaynarinfo-ya açıqlamasında sözügedən məclisin tamadası olduğunu bildirib. O, Pünhan Priyevin toyunda 2 minə yaxın qonağın iştirak etdiyini deyib:. "To

24.09.2026 779
.

Rusiyada uşaqlara Burak adını verirlər

Türk seriallarının xaricdəki təsirinə daha bir yenisi əlavə olunub. Moskva Sosial İnkişaf Nazirliyinin açıqladığı 2026-cı il məlumatlarında, yeni doğulan uşaqlara verilən adlar arasında türk seriallarından tanınan Burak və Neslihan da yer alıb. Nazirlik bu adların sevilən aktyor və aktrisalara duyula

19.09.2026 281
.

Rüfət bu yolla arıqlayır

Müğənni Rüfət Axundov arıqlaması ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, sənətçi üç həftədir pəhriz saxladığını bildirib. İfaçı bu haqda "Qonaqcanlı" proqramında danışıb. O, 3 həftəyə 4,5 kiloqram çəki atdığını deyib. "Hazırda 84 kiloqram olmuşam. Hədəfim 80-78 kiloqrama qədər düşməkdir

20.09.2026 353
.

Gürcüstanda zəhərlənən uşaqların sayı 100-ü ötüb

Gürcüstanda uşaq bağçalarında baş verən zəhərlənmə səbəbindən 100-dən çox azyaşlı xəstəxanaya yerləşdirilib. ölkənin birinci kanalına istinadən xəbər verir ki, bunu səhiyyə naziri Mixeil Sarcveladze məlumat yayıb. Nazir qeyd edib ki, qeydə alınan halların heç birində hər hansı bir fəsad və ya ciddi təhlük

19.09.2026 243
.

9 illik evlilikləri bitir

Türkiyəli müğənni Niran Ünsal həyat yoldaşı, keçmiş jurnalist İbrahim Gugunla boşanır. Axşam.az xəbər verir ki, cütlük 9 illik evliliklərini rəsmi şəkildə bitirmək üçün məhkəməyə müraciət edib. İfaçı bu barədə paylaşım edərək İbrahimlə yollarını qarşılıqlı anlaşma və dost şəklində ayırdıqlarını açıqlayıb

13.09.2026 350
.

Kardaşyan xəstəliyini açıqladı - Atası da eyni xəstəlikdən ölüb

Amerikalı televiziya ulduzu Kim Kardaşyan səhhəti ilə bağlı açıqlaması ilə gündəmə gəlib. 45 yaşlı məşhur yeni televiziya proqramının tanıtım çarxında ona özofajit diaqnozu qoyulduğunu açıqlayıb. xarici mediaya istinadən xəbər verir ki, "Kardaşyanlar" verilişinin yeni mövsümünün treylerind

20.09.2026 512
.

2 aktrisa saxlanıldı

Amerikalı aktrisalar Syuzan Sarandon və Hanna Aynbinder Nyu-Yorkda keçirilən İsrail əleyhinə aksiyada saxlanılan fəallar arasında olublar. Axşam.az xəbər verir ki, hüquq-mühafizə əməkdaşları hər iki aktrisanın əllərinə plastik qandal taxaraq onları "Sülh üçün Yəhudi Səsi" hərəkatının icazəsi

26.09.2026 193
.

Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO

Tanınmış müğənni Tacir Şahmaloğlu xəstəxanaya yerləşdirilib. Bununla bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Görüntülərdə sənətçi özünü yaxşı hiss etdiyini bildirib. ( )

20.09.2026 807
.