"Bu gün qadınların 80 faizi Təranə kimi düşünür"
"Pislik sözü Təranənin mənə etdiklərinin yanında çox yüngül qalır. O, mənə təkcə pislik etməyib, zülm verib. Ona görə ölkədən qaçmışdım. Gedib İstanbulda yaşadım. Niyə? Çünki məni hər yerdən vururdular. Sanki top atəşinə tutmuşdular. Bir günün içində 8 toyum əlimdən çıxmışdı. Onun mənə etdiyi pisliklərin misli bərabəri yoxdur".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov "Həftənin qonağı" verilişində deyib. İfaçı keçmiş həyat yoldaşı, illərlə qalmaqal yaşadığı və hazırda həbsxanada olan prodüser Təranə Səmədova ilə bağlı
"Mən onun başına gələnləri Allahdan istəmişdim. O, məni hər vuranda, göz yaşı tökəndə bunu istəmişdim. Bəs, mənim ah-naləm yoxdur? Məhkəməyə verirdim, cərimləyirdilər, yeni birini edirdi. Onunla bacarmırdım. Ona görə Allaha həvalə edirdim. Allaha deyirdim ki, Təranəni mənə möhtac elə. Məhkəyə gedən də Allahdan bunu istəmişdim. Gör, mənə nələr etmisən ki, o cür yerdə sənin adını bu cür tutmuşam. Mənə həyatda ona layiq olduğundan çox hörmət etdim. Ona gəlinlik geyindirdim. Hamıya qarşı çıxdım, onlarla dava etdim. Anamı, atamı gözüyaşlı qoydum. Dedim ki, yox, ancaq Təranə. 1200 nəfər var idi toyumuzda. Nə oldu? 3 gün sonra boşanırdıq. Məqsəd nə idi? Mən ərə getdim, boşandım. Bu gün qadınların 80 faizinin düşüncəsi budur. Ərə gedim, boşanım.
Aramızda sevgidən də əlavə 6 il yarımlıq münasibət var idi. Onun 5 ilini belə, qalanı isə evli olmuşuq. Gördüm, mən onunla bacarmıram. Araya artıq polislər qarışırdı. Təranə mənə deyirdi ki, səni məhv edəcəyəm. Bu da nəticə. Allah göydən baxır. O, mənə zəng edib ağlayanda həyat yoldaşım xahiş etdi ki, heç kimi yoxdur, yanına get. Yenə də gedəcəyəm. Elə rahat oluram, gedəndə, çünki bunu Allahdan istəmişdim".
Xatırladaq ki, Təranə Səmədova və Rasim Həsənov ötən ilin fevralında həbs olunub. Onlar birgə hədə-qorxu ilə tələb etməkdə ittiham ediliblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Səmədova 6 il, R.Həsənov isə 7 il müddətə azadlıqdan məhrum edilib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGülay Zeynallı tanınmaz halda - ŞOK GÖRÜNTÜLƏRİ YAYILDI
Müğənni Gülay Zeynallının yeni görünüşü diqqət çəkib. Onun fərqli obrazda çəkdirdiyi fotolar sosial şəbəkədə maraqla qarşılanıb. Müğənninin yeni saç düzümü və makiyajı izləyicilərin diqqətindən yayınmayıb. Gülayın əvvəlki görünüşlərindən fərqlənən stili müzakirələrə səbəb olub. Bəzi izləyicilər Zeynallın
19.09.2026 552 Yeni layihəsi bəlli oldu
"Haysiyet" serialının aktyor heyətinə yeni aktyor daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Emin Günenç rol alacaq. O, "Ender" adlı obrazı canlandıracaq. Qeyd edək ki, Emin sonuncu dəfə "Arafta"da çəkilib
27.09.2026 197 Hakan Sabancı Bakıda
Məşhur türkiyəli iş adamı Hakan Sabancı Azərbaycana səfər edib. Axşam.az xəbər verir ki, o, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. Hakan yarışda lentə aldığı görüntüləri izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Hakan daha əvvəl aktrisalar Hande Erçel, Rabia Soytürkl
25.09.2026 320 Röyanın illər əvvəl atası ilə təsirli dialoqu KÖVRƏLTDİ - VİDEO
Xalq artisti Röya Ayxanın illər əvvəl lentə alınan arxiv görüntüsü sosial şəbəkələrdə yenidən gündəmə gəlib. xəbər verir ki, videoda müğənninin "Maşın şou"nun efirində atasının doğum gününü təbrik etdiyi görünür. Röya Ayxanın atasına ünvanladığı duyğusal sözlər izləyicilərin diqqətini çəkib
19.09.2026 297 "Ayrılıb öz ayağı üstə duran qadın qınanır"
"Yeni nəsil tam fərqli böyüyür. Amma düzgün azadlığı qəbul edib həyat qursunlar. Sosial mediadakı azadlıqdan faydalanmasınlar. Daxili seçim azadlığından faydalansalar, yaxşı olar. Mənim də layihələrim bunlardan irəli gəlir". Axşam.az xəbər verir ki, aktrisa Sevinc Əliyeva "Arxa plan"
19.09.2026 286 Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Aparıcı Zaur Kamalın səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Klinikada sistem köçürən Zaur virusa yoluxduğunu bildirib:. "Dünən klinikaya pis vəsiyyətdə gəlmişəm, üzü o tərəfə gedirdim. Həkim "getmə" dedi"
20.09.2026 822 Dünyanın tanınmış repçisini zorakılıqda ittiham edən qadından ƏCAİB ETİRAF: "Onunla heç vaxt görüşməmişəm"
2024-cü ildə tanınmış repçi Jay-Z-ni (əsl adı Şon Karter) cinsi zorakılıqda ittiham edən qadın irəli sürdüyü iddiaların uydurma olduğunu rəsmən təsdiqləyib. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. "Şon Jay-Z Karter mənə heç vaxt təcavüz etməyib. Mən cənab Karterlə heç vaxt üz-üzə gəlməmişə
27.09.2026 199 "Zaman yaraları sağaltmır, sadəcə boşluqla yaşamağı öyrədir"
Əməkdar artist Bəhram Bağırzadə mərhum atası Arif bəylə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, ölüm ildönümündə atasını bu sözlərlə yad edib:. "17 sentyabr. Bu tarixdə atamı itirdim. Sentyabr ümumiyyətlə qəribə aydır. Hələ hava istidir, hələ dəniz və yetişmiş əncir qoxusu duyulur, həl
20.09.2026 270 3 il aradan sonra seriala çəkilir
Türkiyəli aktyor Tolqahan Sayışman uzun aradan sonra kamera qarşısına keçəcək. Axşam.az xəbər verir ki, aktyor "Ölüm bizi ayırana dek" serialında baş rolu ifa edəcək. O, "Uygar Soykan" adlı inşaat mühəndisinə həyat verəcək. Ekran işi 10 bölümdən ibarət olacaq. Qeyd edək ki, Tolqaha
19.09.2026 266