Ülviyyə Afra haqqında dediklərini təkzib etdi - Video

Ülviyyə Afra haqqında dediklərini təkzib etdi - VideoAktrisa Ülviyyə Xəlilbəyova "Yalı çapkını" serialında baş rolu ifa edən Afra Saraçoğlu (Seyran) haqqında səsləndirdiyi fikirlərdən sonra tənqid atəşinə tuş gəlib.

Axşam.az xəbər verir ki, sözügedən ekran işində bir neçə saniyəlik epizodik rolu canlandıran Ülviyyə Afra haqqında dediklərinə aydınlıq gətirib.

"Bəzi xəbər səhifələrində şərhləri oxudum və çox güldüm. Həqiqətən də mən orada "Afra (serialda Seyran obrazını oynayır - red.) məni qısqanır" deyə, bir söz işlətməmişəm. Bu haqda bir kəlmə də deməmişəm. Biz verilişdə başqa mövzudan danışırdıq. Şərhlərdəki fikirlər məni məndən aldı. Nə deyim, bilmirəm. Allah hər kəsin ürəyincə versin. Susuram" deyə, o, bildirib.

Qeyd edək ki, Ülviyyə sözügedən serialda bir neçə saniyəlik epizodik rolda yer alıb. O, daha sonra ekran işi ilə bağlı suala "Əslində ürəyim doludur, danışardım, amma müqaviləyə imza atmasaydım. Bir onu deyim ki, aktrisalardan birinin eqosu, hər kəsi alçaltması, mədəniyyətsiz davranışları və ikrah hissi oyadacaq dərəcədə iyrənc söyüşlə danışığına üzüldüm" cavabını vermişdi.

Xəlilbəyova növbəti açıqlaması ilə həmin adını çəkmədiyi aktrisanın Afra Saraçoğlu olduğunu təsdiqləyib. Ülviyyə Afra haqqında "Afranı çox sevirdim, orada gördüm ki, fərqlidir. Mənə yaxınlaşdı və eqosunu göstərdi. Bu haqda danışmaq istəmirəm, yoxsa onun danışıq tərzini deyərdim. Həddindən artıq çox kaprizli aktrisa idi" ifadələrini səsləndirib.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 6339   Tarix: 18 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yeni layihəsi bəlli oldu

Türkiyəli aktyor Fikrət Kuşkanın yeni layihəsi bəlli olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Evlilik güzeldir" serialında rol alacaq. O, layihədə "Mesut Bahtiyar" obrazına həyat verəcək. Qeyd edək ki, layihə "TRT1" kanalında yayımlanacaq

25.07.2026 266
.

Türkiyəli məşhur aktyor vəfat etdi

"Yeşilçam"ın aktyoru Can Kolukısa vəvat edib. Axşam.az xəbər verir ki, aktyor 92 yaşında dünyasını dəyişib. Qeyd edək ki, C.Kolukısa son olaraq "Mehmed: Fetihler Sultanı" serialında rol alıb. Aktyor "İnci taneleri", "Gibi", "Alef", "Muhteşem Yüzyıl"

02.08.2026 325
.

Afra Saraçoğlu sevgilisi ilə görüntüləndi

Türkiyəli aktrisa Afra Saraçoğlu şəxsi həyatı ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, son olaraq "A.B.İ." serialında rol alan sənətçi sevgilisi Poyraz Yosmaoğlu ilə birlikdə kameralara tuş gəlib. Məlumata görə, cütlük gecəni birlikdə keçirdikdən sonra geri qayıdarkən görüntülənib. Poyra

25.07.2026 330
.

Əməkdar artist: "Atam sağdır, ya yox, məlumatsızam"

Əməkdar artist Elza Seyidcahan canlı efirdə ailəsi ilə bağlı duyğusal etiraflar edib. xəbər verir ki, sənətçi uşaqlıq illərində atasının ailəni tərk etdiyini və həmin gündən sonra ondan heç bir xəbər ala bilmədiklərini söyləyib. İfaçı bildirib ki, uzun illər ailə üzvləri atası ilə bağlı məlumat əld

26.07.2026 276
.

Aysel Teymurzadənin yeni görüntüsü AĞILLARI BAŞDAN ALDI - FOTO

"Avroviziya" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadənin (Teymurzadə) sosial mediada paylaşımı ilə maraq doğurub. xəbər verir ki, ifaçı yeni görüntülərini instaqram hesabında paylaşıb. Aysel dərin yarıqlı ağ libasda göz oxşayıb. Zərifliyi və gözəlliyi ilə diqqət çəkən sənətçinin paylaşımın

26.07.2026 648
.

Almaxanım yeni GÖRÜNÜŞÜ İLƏ DİQQƏT ÇƏKDİ - FOTOLAR

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədli sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Almaxanım sosial mediada yeni görüntülərin

26.07.2026 605
.

"İstirahət burnumuzdan gəldi" - Ayan XOŞAGƏLMƏZ HADİSƏ İLƏ ÜZLƏŞDİ

Müğənni Ayan Babakişiyeva istirahət zamanı xoşagəlməz hadisə ilə üzləşib. İfaçı mobil telefonunu istirahətdən qayıdarkən Antalyada hava limanında unutduğunu bildirib. Ayan qeyd edib ki, buna görə istirahətlərinin zövqü yarımçıq qalıb. "Selena sağ olsun. Telefon Antalya hava limanında qalıb. Bütü

19.07.2026 630
.

Qriqori Leps karyerasını başa vura biləcəyinə eyham vurdu

Rusiyanın Xalq artisti Qriqori Leps Vitebskdə keçiriləcək solo konserti ərəfəsində musiqi karyerası ilə bağlı gözlənilməz açıqlama verib. "Moskovski Komsomolets" nəşrinə istinadən xəbər verir ki, məşhur müğənni iki ildən sonra səhnə fəaliyyətini başa vura biləcəyini bildirib. "Tanrını

19.07.2026 351
.

Uma Turmanın filmdəki geyimi hərraca çıxarıldı - Foto

Aktrisa Uma Turmanın Kventin Tarantinonun "Kriminal qiraət" ("Pulp Fiction") filmində geyindiyi ağ köynək və qara şalvar hərraca çıxarılıb. Axşam.az xəbər verir ki, bu barədə "Vogue" məlumat yayıb. Bildirilib ki, hərrac avqustun 26-da Los-Ancelesdəki Petersen Avtomobil Muzeyind

01.08.2026 246
.

TOP MP3