Zeynəb Həsəni kimdir? - Xərçəngə tutulan, sevgisini anasına qurban verən qız

Zeynəb Həsəni kimdir? - Xərçəngə tutulan, sevgisini anasına qurban verən qızBiG.AZ lent.az-a istinadən müğənni Zeynəb Həsəni barədə məlumat verir.

- Zeynəb Həsəni neçənci ildə anadan olub?

Zeynəb Həsəni 12 sentyabr 1989-cu ildə anadan olub. Qız bürcüdür.

- Zeynəb Həsəni nə zamandan oxumağa başlayıb?

Bu barədə o özü belə deyib: Çox kasıb yaşayırdıq. Elə olurdu ki, evdə yeməyə çörək belə tapılmırdı. Mənim səsim var idi deyə məsləhət oldu ki, oxumağa başlayım. Uşaq yaşlarımdan işləməyə başladım və ailənin yükü üzərimə düşdü.

- Zeynəb Həsəni nə üçün evində daim ət saxlayır?

"Ət yeməyi sevmirəm. Amma bu uşaqlıq əhdimdir. Evdə doyunca yemək olmurdu. Öz özümə deyirdim ki, böyüyəndə evimdən əti əskik etməyəcəm. İndi elə də ət yeməyi sevmirəm. Amma soyuducumdan ət əskik olmur" deyə o bildirib.

- Zeynəb Həsəni subaydır?

Bəli. O heç vaxt ailə qurmayıb. Zeynəb Həsəni ilk sevgisini anasına qurban verib. Zeynəb həbsdə olan bir adamı sevib. Onunla evlənmək istəyib. Lakin Zeynəbin anası bu izdivaca razı olmadığına görə, Zeynəb heç bir söz demədən həmin adamdan ayrılıb. Onu çox sevdiyini və anasına görə uzaq durduğunu isə ilk dəfə efirdə elan edib. Həmin şəxs hazırda ailəlidir.

- Zeynəb Həsəni ilk dəfə kiminlə duet oxuyub?

Onun duet ortaqları Talıb Tale və Vasif Əzimov olublar.

- Zeynəb Həsəni xərçəngə tutulub?

Bəli. O süd vəzi xərçənginə görə əməliyyat keçirib. Zeynəb bu xəstəliklə mübarizə aparıb. Bu barədə özü belə danışıb:

"Xərçəng xəstəliyinin adını bir dəfə eşitmişdim. Bu prosesləri heç bilmirəm, necə keçirdim. Anam xərçəngdən müalicə olduğu dövrdə kimyaterapiyalar alırdı. İlk dəfə onun saçını gecə saatlarında mən daradım. Əlimə çoxlu saç gəldi. Bunu gördüm, ağrıdan ürəyim partlayırdı. Onun tökülən saçlarını əlimə yığım cibimə qoydum və anamdan gizlətdim. Ayağa qalxıb evdən çıxıb getdim. Avtomobilimə əyləşib, özüm-özümlə danışıb, ağladım..

Ağır dönəmlərimi onda keçirdim. Xəstəliyimin nə olduğunu biləndə artıq hazır idim. Hamı söyləyirdi ki, həkimə tez get, zamanında xəstəliyinin üstünə düş. Deyirdim ki, xərçəng anamın mənə yadigarıdır. Anama hər zaman deyirdim ki, sənin həyatını yaşayıram. Çünki anamın çox əziyyətli həyatı olub. Kişi kimi olmağa həyat məni məcbur edib. Arzularım yox idi. Anam dünyasını dəyişəndən sonra deyirdim ki, arzularım bitdi. Amma bu xərçəngə tutulandan sonra bu xəstəlik mənə arzu verdi. Yaşamaq arzusu... Xərçəngin adı belə insana bəsdir. Xəstəliyin hansı mərhələdə olduğunun heç bir önəmi yoxdur. Bunun adı xərçəngdir. Dünyam dağılmışdı.

Müalicə üçün İstanbula getdim. Atam zəng vurdu ki, vəziyyətimi öyrənsin. Göz yaşı içində ona yaxşı olduğumu və qadın xəstəliyi olduğunu söylədim. Amma ürəyim paralanırdı. İstəmədim xəstəliyimi bildirəm. Çünki evdə o qədər güclüyəm ki, yıxılsam elə bilərəm onlar da yıxılar. Amma zamanla atam hər şeyi bildi.

Zaman keçdi. Təkbaşına anamın məzarını ziyarət etməyə getdim. Məzar başında dik durub söylədim ki, bir qadın kimi xoşbəxt olmağı mənə öyrədə bilmədin. Amma güclü olmağı öyrətdin. Demişdim ki, məzarına gəlinliklə gələrəm, amma mən sağalıb, yanına gəldim. Sənin keçə bilmədiyin mərhələlərdən keçdim və sağaldım. İndi vəziyyətim yaxşıdır. Demək olar ki, xəstəliyini böyük bir qismi geridə qaldı. Hazırda müalicə olunuram. Hələ 5 il də bu müalicə davam etməlidir. Məndə xəstəlik sinə tərəfdədir. Əsasən şüa qəbul edirdim. Bu günə qədər 21 şüa götürdüm. Hər gün 5 dəqiqə şüa qəbul edirdim. Orada məndən başqa xəstələr də var idi. Baxırdım ki, ən yüngül xəstəlik məndədir".

Qeyd edək ki, Müğənninin anası da bu xəstəlikdən dünyasını dəyişib.

- Zeynəb Həsəni nə üçün özünə övlad yox, meymun arzu edir?

Bir müddət əvvəl Fəvvarələr meydanında əhliləşdirilmiş meymunun hücumuna məruz qalan müğənni Zeynəb meymunları çox sevdiyini deyib:

"Meymunları çox sevirəm. Nə zaman qismət olarsa ən böyük arzum meymunumun olmasıdır. Özümə övlad yox meymun arzulayıram. O vaxt Şəbnəmlə şəhərdə idik və sahibi ilə meymunu gördük. Çıxdı heyvan çiynimə. Bir də gördüm ki, məni alnımdan dişlədi" .

- Zeynəbin həmkarları arasında ən yaxın dostları kimdir?

O, Nəfəs, Vəfa Şərifova, Türkan Vəlizadə ilə yaxın dostdur. Şəbnəm Tovuzlu ilə isə küsülüdürlər. Talıb Tale və Vasif Əzimovla yaxşı münasibətləri var.

O, heç bir həmkarının kölgəsində "gizlənmədiyini" bildirib:

"Mən "Aram-aram" mahnım ilə sübut etdim ki, heç kimin kölgəsində deyiləm. Özüm də varam. Çox şeylər danışdılar, amma şükür Allaha ki, hər şey bəlli oldu. Talıb Talehə gəldikdə isə, o, heç vaxt məni tanıtdırdığını deməyib".

- Zeynəb Həsəninin özbək sevgilisi var?

2022-ci ildə müğənninin özbək iş adamı Asqar Mustafo ilə eşq yaşadığı məlum olub. Sənətçi şəxsi instaqram hesabında sevgilisi ilə fotolarını yayımlayıb.

Cütlüyün birgə şəkillərini Asqar da sosial şəbəkədə paylaşıb. O, Zeynəblə olan fotosuna "Biz belə gözəlik" sözlərini yazıb.

Zeynəb isə bu söhbətlərə efirlərdən birində "Məni evdən qovduracaqsınız. Səhv etdim, bir dəfə şəxsi həyatımdan danışdım. İstəmirəm, danışım, ayıbdır. Nə qədər olar? Sevgilim var, ya yoxdur və s. Həyatımda ilk dəfə şəxsi həyatımla bağlı açıqlama edirdim. O da bir dəfə olur. Ümumiyyətlə, sevməmişəm. Ona görə də bu mövzunun üzərində qalmaq istəmirəm. İşimdən-sənətimdən danışsam, daha yaxşı olar" şəklində cavab verib.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 3120   Tarix: 11 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Daha bir övladı Pittin soyadını istəmir

Hollivud ulduzları Bred Pitt və Ancelina Colinin qızı Vivyen atasının soyadından imtina etmək üçün məhkəməyə müraciət edib. Axşam.az xəbər verir ki, 18 yaşlı Vivyen Los-Anceles Ali Məhkəməsinə Pitt-Coli soyadının yalnız Coli ilə əvəzlənməsi üçün ərizə təqdim edib. Məhkəmə sənədlərində səbəb "şəxsi"

25.07.2026 278
.

Pittin sevgilisi paparassilər tərəfindən görüntüləndi

Hollivud aktyoru Bred Pittin sevgilisi İnes de Ramon paparassilərin obyektivinə tuş gəlib. Axşam.az xəbər verir ki, İnes de Ramon rəfiqəsi ilə birlikdə Qərbi Hollivudda Melrouz prospektində alış-veriş edərkən görüntülənib. Paparassilərin lentə aldığı kadrlarda onun mağazaları gəzdiyi və bir neçə alış-veri

01.08.2026 250
.

"Bütün ölkə bildi ki, nişanlanmışam"

Aparıcı İlkin Həsəni şəxsi ilə həyatı ilə bağlı maraqlı paylaşımlar edib. OLAY yazır ki, bu barədə İlkin "Pərvizə görə"də danışıb. İlkin nişanlılıq dövründə mediada yazılan xəbərlərdən söz açıb

30.07.2026 505
.

Xoşqədəm arıqlayıb "bir dəri bir sümük" qaldı - FOTOLAR

Aparıcı Xoşqədəm Baxşəliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, o, sosial şəbəkədə yeni fotolarını izləyiciləri ilə bölüşüb. Fotolarda aparıcının xeyli çəki atması diqqətdən qaçmayıb. Onun yeni fit görünüşü marağa səbəb olub. Həmin fotoları təqdim edirik:

25.07.2026 539
.

Ayrılmaları ilə bağlı suala etiraz etdi

Türkiyəli aktyor Kubilay Aka sevgilisi Hafsanur Sancaktutan ilə ayrılması barədə yayılan iddialara münasibət bildirib. Axşam.az xəbər verir ki, aktyor münasibətlərinin davam etdiyini açıqlayıb. "Əlaqəmiz davam edir, heç bir problem yoxdur. Münasibətlər sosial mediada yaşanmır", - deyə Kubila

19.07.2026 381
.

Elnarə Abdullayevaya ağır itki

Əməkdar artist Elnarə Abdullayevanın ailəsində ağır itki üz verib. Qaynarinfo xəbər verir ki, sənətçinin qardaşı Yaqub vəfat edib. Bu barədə Elnarə Abdullayeva sosial şəbəkə hesabında yazıb. O, qardaşının ölümü ilə bağlı kədərini bu sözlərlə ifadə edib:. "Bəzən insan elə bir itki yaşayır ki, on

22.07.2026 839
.

Şakira Mbappeni klipində oynamasına necə razı saldı?

Kolumbiyalı dünya ulduzu Şakira 2026-cı il Dünya çempionatının rəsmi himni olan "Dai Dai" mahnısı ilə yenidən turnirin simalarından birinə çevrilib. xarici mediaya istinadən xəbər verir ki, mahnının klipində Lionel Messi, Erlinq Holand, Harri Keyn, Luis Dias, Camal Musiala, Kilian Mbappe kim

26.07.2026 454
.

Zaurun Günayla bağlı dedikləri rezonans doğurdu - MÜZAKİRƏLƏR BÖYÜYÜR

Sosial şəbəkələrdə aparıcı Zaur Baxşəliyevin ailə münasibətləri ilə bağlı səsləndirdiyi fikirlər geniş müzakirə olunur. O, həyat yoldaşı Günayla bağlı danışarkən "Biz siam əkizləri deyilik, ər-arvadıq, bir-birimizə yapışmalı deyilik" deyərək, ər-arvadın hər an birlikdə olmasının vacib olmadığın

01.08.2026 627
.

Şakira həmin uşaqları evində qonaq etdi - Fotolar

Dünyaşöhrətli müğənni Şakira Uqandanın məşhur "Ghetto Kids" rəqs qrupunun üzvlərini evində qonaq edib. "Qafqazinfo" xəbər verir ki, müğənni bununla bağlı "Instagram" hesabında paylaşım edərək uşaqlarla keçirdiyi günləri unudulmaz adlandırıb. "Son bir neçə gün sözl

05.08.2026 453
.

TOP MP3