Uzun müddət plastik qabda saxlanılan su xərçəng yaradır- AÇIQLAMA
Su içmək insan bədəninin ən əsas ehtiyacıdır. Bu ehtiyacın ən düzgün halda qarşılanması üçün içilən suyun keyfiyyəti xüsusi əhəmiyyət daşıyır.
Həyat qaynağımızı möhləmləndirmək üçün ən az 2 litr su içməliyik. Təəssüf ki, içdiyimiz suyun tərkibini bilmirik. Hansı xəstəliklərin mənbəyi olduğu haqqında da məlumatımız yoxdur.
Plastik qablarda saxlanılan suyun tərkibində dəyişikliklərin daha çox baş verdiyini nəzərə alsaq istifadə etdiyimiz məhsulun insan bədəninə yararlılığı şübhəlidir.
Nəzərə alsaq ki, bütün su şirkətləri daha çox plastik qablardan istifadə edir.
Aldığımız suların standartlara uyğun olub olmamasının müəyyən edilməsinə gəldikdə, su şirkətlərinin öz sayıtlarında sertifikatlarını yayımladığını görürük. Lakin onlar müəyyən fasilələrlə etməli olduqları testlərin nəticələrini paylaşmırlar.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən sağlam qida təbliğatçısı Asim Vəliyev bildirib ki, hazırda içməli suların əksəriyyəti plastik qablarda satılır. Bu qablar sudan rahat istifadəni təmin etsə də suyun keyfiyyətinə və insan sağlamlığına mənfi təsir göstərə bilir. Problem həm qablaşdırma materialından, həm də suyun tərkibindəki maddələrdən asılı ola bilər:
"Plastik qabları yüksək temperaturda, günəş şüaları altında saxladıqda zamanla onda olan kimyəvi maddələr suya nüfuz edir. Bu proses nəticəsində suya potensial zərərli kimyəvi birləşmələr, xüsusən də mikroplastiklər keçə bilir . Uzun müddət bu cür suyun qəbul edilməsi orqanizmdə toksik maddələrin yığılmasına, hormonal pozuntuya və hətta bəzi xərçəng növlərinə səbəb ola bilər.
İçməli suların keyfiyyəti onların mənşəyindən, yəni hansı mənbədən əldə olunmasından asılıdır. Mineral sular əsasən yeraltı bulaqlardan, təbii mənbələrdən əldə olunur və təbii minerallarla zəngin olur. Digər tərəfdən, bəzi içməli suların tərkibi süni şəkildə əlavə edilən minerallarla zənginləşdirilir. Bu cür sular bəzən tələb olunan standartlara uyğun olsa da, süni minerallar orqanizmə mənfi təsir edə bilər.
Orqanizmin ehtiyacı olan təmiz suyun tərkibində zərərli maddələr, mikroorqanizmlər və kimyəvi birləşmələr olmamalıdır. Suyun pH səviyyəsi 7,5-8,5 arasında olmalıdır. Bu aralıq suyun nə çox turş, nə də çox qələvi olduğunu göstərir".
Asim Vəliyev qeyd edib ki, su kalsium, maqnezium, kalium və natrium kimi minerallarla zəngin olmalıdır:
"Lakin, süni yolla əlavə edilən minerallar orqanizmin bunları tam mənimsəyə bilməməsinə gətirib çıxara bilir. Ağır metallar, pestisidlər, bakteriya və viruslar kimi zərərli maddələr sudan tamamilə təmizlənməlidir.
Mümkün olduqda suyu şüşə qablarda saxlamalıyıq və maddi imkanımıza uyğun şüşə qabda satılan suları almalıyıq. Şüşə qablar kimyəvi reaksiya vermir və suyun tərkibinə təsir etmir.
Su ehtiyatlarının təmizliyindən əmin deyiliksə, suyu qaynadıb istifadə etmək yaxşı bir alternativdir. Qaynama prosesi sudakı mikroorqanizmləri öldürür.
Mənşəyi və tərkibi barədə dəqiq məlumat verən güvəndiyimiz su firmalardan su almalıyıq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 837 Tarix: 26 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMaqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 "Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254 Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995 "Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949