Tokayev Qazaxıstanın vitse-prezidentinin səlahiyyətlərini təsdiq edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin vitse-prezidentinin səlahiyyətlərini müəyyən edən fərman imzalayıb.
"Report"un Qazaxıstan bürosu xəbər verir ki, müvafiq sənəd Akordanın mətbuat xidməti tərəfindən dərc olunub.
Fərmana əsasən, vitse-prezident daxili və xarici siyasət sahəsində strateji təşəbbüsləri hazırlayacaq və dövlət başçısına təqdim edəcək.
Prezidentin tapşırığı ilə vitse-prezident Qurultay, hökumət, dövlət orqanları, siyasi partiyalar, ictimai birliklər və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqədə onu təmsil edə biləcək.
Vitse-prezident həmçinin beynəlxalq tədbirlərdə iştirak edəcək, Dünya və Ənənəvi Din Liderləri Qurultayının Katibliyinə rəhbərlik edəcək və Prezident yanında Qazaxıstan Strateji Tədqiqatlar İnstitutunun fəaliyyətinə nəzarət edəcək. Bundan əlavə, o, sərəncamlar vermək, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırıqlar vermək, lazımi sənədləri tələb etmək və qurumlararası işçi qrupları yaratmaq hüququ əldə edib.
Vitse-prezidentin fəaliyyətinin təmin edilməsi Qazaxıstan Prezidentinin Administrasiyasına həvalə olunub.
Qazaxıstanda 2026-cı il iyulun 1-də yeni Konstitusiya qüvvəyə minib. O, Qazaxıstanın vitse-prezidenti vəzifəsinin təsis olunmasını nəzərdə tutur. Avqustun sonunda Yerlan Karin Qazaxıstanın vitse-prezidenti təyin edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 674 Tarix: 05 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Filmlərdə qəhrəman əzilir" - kinorejissor Ayaz Salayevlə MÜSAHİBƏ
"Sovet dövründə çəkilən filmlər daha çox baxılır nəyinki indiki dövrdə çəkilənlər. Mənə elə gəlir ki, səbəblərdən biri ondan ibarətdir ki, o dövrdə filmlər dəmir pərdə şəraitində çəkilib". Bu sözləri -a müsahibəsində kinorejissor Ayaz Salayev bildirib. Müsahibənin tam versiyasını aşağıdan izləy
06.10.2026 226 Eyni kalorili iki yemək orqanizmə eyni təsir etmir - ARAŞDIRMA
Eyni kaloriyə və oxşar qida tərkibinə malik iki yemək orqanizmdə fərqli metabolik reaksiyalara səbəb ola bilər. BİG.AZ xəbər verir ki, ABŞ-nin Virginia Tech Universitetinin alimləri tərəfindən aparılan və "Nature Metabolism" jurnalında dərc olunan yeni araşdırmada qidanın emal səviyyəsini
06.10.2026 228 Orta Dəhliz ölkələri vahid idarəetmə platforması yaradırlar
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (TBNM, Orta Dəhliz) iştirak edən ölkələr öz modelinə görə Baltik Dənizi Dövlətləri Şurası ilə müqayisə edilə bilən vahid institusional idarəetmə platformasının formalaşdırılması üzərində işləyirlər. "Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf v
06.10.2026 149 "Bizdən sonra aktyor görmürəm"
Aktyor Nicat Rəhimov son illərdə aktyor nəslinin yetişmədiyini bildirib. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "İncə səhər" proqramında danışıb. O, özündən yaşca böyük və ya həmyaşıdları arasında istedadlı aktyorların olduğunu, lakin onlardan sonra gələn nəsildə bunu görmədiyini deyib:
06.10.2026 181 Yüksək təzyiqin daha bir səbəbi məlum oldu
Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio
06.10.2026 173 Küveyt Səudiyyə Ərəbistanına hücumlara görə husiləri qınadı
Küveyt Səudiyyə Ərəbistanına qarşı həyata keçirilən hücumlara görə husiləri qınayıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Küveyt Xarici İşlər Nazirliyi husilərin Səudiyyə Ərəbistanına qarşı "davamlı, həyasız və utancverici hücumlarını" pisləyib. Nazirliyin yaydığı bəyanatda İran tərəfində
06.10.2026 208 Duracaq və qarajlarla bağlı - Dəyişiklik
"Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edilib. Axşam.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərar Prezidentin müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə qəbul olunub. Sənədə əsasən, Bakı Nəqliyyat Agentliy
06.10.2026 246 Hamının 8 saat yatmasına ehtiyac yoxdur - ARAŞDIRMA
Səkkiz saatlıq yuxu uzun illərdir böyüklər üçün bir növ "qızıl standart" hesab olunur. Lakin yeni elmi icmal göstərir ki, bu müddət hər kəs üçün eyni dərəcədə optimal olmaya bilər. xarici mediaya istinadən xəbər verir ki, hər gecə mütləq səkkiz saat yatmaq qaydasını bütün böyüklər üçün dəyişmə
06.10.2026 183 "Sildim, deməli, yox oldu": İnternetdəki ən böyük yanlış təsəvvür
"İnternetdə şəxsi məlumatların silinməsi ilə bağlı ən böyük miflərdən biri "delete" düyməsinə basdıqdan sonra məlumatın tamamilə yox olmasıdır. Əslində isə internet belə işləmir". Bunu BİG.Az-a açıqlamasında İKT üzrə ekspert Elvin Həsənov bildirib. O, qeyd edib ki, məlumat internet
06.10.2026 275