İstilər pik həddə çatacaq, fevraladək davam edəcək - Xəbərdarlıq
Birləşmiş Millətlər Təşkilatının (BMT) iqlim agentliyi "El Nino"nun yaxın aylarda "çox güclü" hadisəyə çevriləcəyini və fevrala qədər davam edəcəyini açıqlayıb.
"Qafqazinfo" xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) məlumatına görə, "El Nino" ilin sonuna doğru pik həddə çatacaq.
Okeanlardan atmosferə istiliyin daha yavaş ötürülməsi səbəbindən hadisənin qlobal temperaturun növbəti il də yüksək qalmasına təsir göstərəcəyi gözlənilir.
ÜMT-dən bildirilib ki, "El Nino" artıq formalaşıb və qarşıdakı aylarda daha da güclənərək çox yüksək intensivliyə çatacaq. Bu, yağış və temperatur rejimlərinə ciddi təsir göstərə, daşqın, quraqlıq və həddindən artıq isti hava dalğaları riskini artıra bilər.
"El Nino" təbii iqlim hadisəsidir və birbaşa iqlim dəyişikliyinin nəticəsi hesab edilmir. Lakin alimlər onun onsuz da istiləşən planetdə ekstremal hava hadisələrinin təsirlərini gücləndirə biləcəyini bildirirlər.
BMT-nin baş katibi Antonio Quterreş "El Nino"nun böyük miqyaslara çatdığını vurğulayıb.
"Dəniz səthinin temperaturu yüksəlir, termometrlər qalxmağa davam edir və dünya ekstremal hava hadisələrinin təhlükəli zonasındadır", - Quterreş bildirib.
ÜMT-nin baş katibi Seleste Saulo "El Nino"nun dünya üzrə icmalara və iqtisadiyyatlara ciddi zərbə vurmaq potensialına malik olduğunu deyib.
Onun sözlərinə görə, quraqlıq və daşqınların yaratdığı dağıntılar artıq müşahidə olunur və "El Nino" gücləndikcə bu təsirlərin daha da artacağı gözlənilir. Saulo fəlakətlərin idarə olunması qurumlarını, eləcə də, kənd təsərrüfatı, səhiyyə, enerji və su sektorlarını hazırlıqlı olmağa çağırıb.
"El Nino" Sakit okeanın mərkəzi və şərqində, ekvatorial hissədə dəniz səthinin temperaturunun yüksəlməsi ilə xarakterizə olunur. Bu proses dünya üzrə külək, atmosfer təzyiqi və yağıntı rejimlərinin dəyişməsinə səbəb ola bilər.
Bu iqlim hadisəsi, adətən, 2-7 ildən bir baş verir və təxminən 9-12 ay davam edir. Onun əksi "La Nina" hesab olunur və iki hadisə arasında neytral şərait müşahidə edilir.
ÜMT "El Nino" hadisələrini zəif, orta, güclü və çox güclü olmaqla dörd səviyyəyə ayırır. Hazırkı hadisənin ən yüksək - "çox güclü" kateqoriyasına çatacağı gözlənilir.
Təşkilat "El Nino"nun fevrala qədər davam etməsi ehtimalını isə "son dərəcə yüksək, demək olar ki, 100 faiz" kimi qiymətləndirib.
"El Nino" tropik Sakit okeandan minlərlə kilometr uzaqda yerləşən bölgələrdə də hava və iqlim şəraitini dəyişə bilər. Bu hadisə zamanı Amazon, İndoneziya və Avstraliyanın bəzi hissələrində quraqlıq, Hindistanda isə musson yağışlarında fasilələr müşahidə oluna bilər.
ÜMT-nin sentyabr-noyabr ayları üçün proqnozuna əsasən, demək olar ki, bütün quru ərazilərində normadan yüksək temperatur ehtimalı artıb.
Mərkəzi və şərq ekvatorial Sakit okeanda dəniz səthinin temperaturundakı dəyişiklikləri ölçən göstərici də yüksəlib. May-iyul aylarında temperatur normadan orta hesabla 1,5 dərəcə yüksək olub. İyulun sonu ilə avqustun ortaları arasında həftəlik göstəricilər isə normadan təxminən 2,2-2,6 dərəcə yüksək temperatur qeydə alıb.
Bəzi ərazilərdə okean səthinin altındakı temperaturun iyul və avqustun əvvəlində normadan orta hesabla 8 dərəcədən çox yüksəldiyi bildirilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 950 Tarix: 04 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBayraktar Türkiyənin 2040-cı il planlarından danışdı
"2040-cı ildə, Türkiyə əsrində enerjidən asılı olmayan bir hədəflə yola çıxırıq". -ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Milli enerji-2040" proqramının açılış mərasimində çıxışı zamanı bildirib:. "B
05.11.2026 317 Müstəqil dövlətimizin ilk Konstitusiyası
Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü
12:18 70 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Gününün qeyd olunmasına başlanılmasından 17 il keçir. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur
10:31 135 Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?
Mavi və yaşıl qabıqlı yumurtalar ilk baxışdan qeyri-adi görünə bilər. Lakin bu rənglər yumurtanın xarab olduğunu və ya adi yumurtalardan daha faydalı olduğunu göstərmir. Qabığın fərqli rəngdə olması müəyyən toyuq cinslərinin genetik xüsusiyyətləri ilə əlaqədardır. BİG.AZ -a istinadən xəbər verir ki
05.11.2026 314 Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə
05.11.2026 486 "Met Gala"nın mayda keçiriləcək tədbirinin mövzusu açıqlandı
"Met Gala" may ayında keçiriləcək 2027-ci il tədbirinin mövzusunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda "People" nəşri məlumat yayıb. Sərginin mövzusu "extraORDINARY: Fashion and the Poetics of Everyday" ("Qeyri-adi: Dəb və gündəlik həyatın poetikası"
10:57 153 AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
05.11.2026 327 Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir
"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri
11:54 132 Türkiyədən gətirilən yükdə bəyan edilməyən mallar aşkarlanıb
Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən tibb sahəsində istifadə olunan mallar aşkar edilib. "APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. İdarənin "Qırmızı Körpü"
05.11.2026 318