Türkiyədə azərbaycanlı uşaq ögey atasını öldürdü

Türkiyədə azərbaycanlı uşaq ögey atasını öldürdüTürkiyədə azərbaycanlı yeniyetmə ögey atasını öldürüb.

BiG.AZ lent.az-a istinadən bildirir ki, hadisə Kayseri şəhərinin Melikqazi rayonunun Hunat məhəlləsində, Şəhid Yüzbaşı Sami Akbulut küçəsində baş verib.

Məlumata görə, Azərbaycan vətəndaşı olan 16 yaşlı V.E. ilə onun 47 yaşlı ögey atası M.T. arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə daha sonra davaya çevrilib.

Dava zamanı V.E. üzərində olan bıçaqla ögey atasını yaralayıb. Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

İlkin tibbi yardımdan sonra ağır yaralanan M.T. xəstəxanaya yerləşdirilib. Lakin o, həkimlərin bütün müdaxilələrinə baxmayaraq, iki gün davam edən həyat mübarizəsini uduzub. M.T.-nin meyiti ekspertiza üçün morqa aparılıb.

Şübhəli V.E. isə polis tərəfindən saxlanılıb. O, polis idarəsindəki prosedurlardan sonra məhkəməyə çıxarılıb və barəsində həbs qərarı verilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 735   Tarix: 05 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah Bakıya yağış yağacaq

Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı

22.10.2026 302
.

Uşağın faciəsi, hocanın bayramı - Cübbə var, vicdan hanı?

Uşağın fəryadını eşitməyən "hoca"nın sevinci: Türkiyədə kimlərə qulaq asırlar?. Türkiyədə qəribə bir mənzərə yaranıb. Bir tərəfdə elm adamları, ziyalılar, hüquq müdafiəçiləri, uşaqların gələcəyi üçün mübarizə aparan insanlar var. Digər tərəfdə isə cübbəsi, saqqalı, moizələri və milyonlarl

22.10.2026 406
.

Aygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili

22.10.2026 402
.

Hər gün yerkökü yemək orqanizmdə nəyi dəyişir? - FAYDALARI

Yerkökü təkcə göz sağlamlığı üçün deyil, həzm sisteminin normal fəaliyyəti və orqanizmin vitamin ehtiyacının qarşılanması baxımından da faydalı tərəvəzlərdən biridir. Tərkibindəki beta-karotin orqanizmdə A vitamininə çevrilərək görmə qabiliyyətinin qorunmasına kömək edir. BİG.AZ xarici mediaya istinadl

22.10.2026 425
.

Əmək müqaviləsinə dəyişiklik hansı qaydada rəsmiləşdirilməlidir?

Əmək müqaviləsinin məzmunu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı əsasında müəyyən edilir. Məcəllədə başqa hal nəzərdə tutulmadıqda, əmək müqaviləsini

22.10.2026 313
.

Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi

Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o, 2024-cü ildə dövlət başçısının Sərəncam

22.10.2026 392
.

2030-cu ildə gənc qadınların 45 faizi subay və uşaqsız olacaq - TƏHLÜKƏLİ PROQNOZ

2030-cu ilə qədər 25-44 yaş arası qadınların təxminən 45%-i subay və uşaqsız olacaq. Bizim.Media xəbər verir ki, bu beynəlxalq investisiya bankı "Morgan Stanley"in proqnozlarında öz əksini tapıb. Məqalədə bildirilib ki, getdikcə daha çox qadın ali təhsil alır, karyera qurur və ailə həyatı qurmağı

22.10.2026 402
.

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-

22.10.2026 593
.

Bakıda skuter və velosiped oğruları TUTULDU

Paytaxtın Yasamal və Nəsimi rayonlarında motosikletlərin qaçırılması, skuter və velosiped oğurluqları ilə bağlı polisə məlumat daxil olub. DİN-in Mətbuat xidmətindən -a verilən xəbərə görə, həyata keçirilən tədbirlərlə Yasamal rayonu ərazisində ayrı-ayrı vətəndaşlara məxsus motosikletləri qaçıran Y.Bağırov

22.10.2026 359
.