"Azərbaycanın Ermənistana qaz satması mümkündür" - Turan Rzayev

"Azərbaycanın Ermənistana qaz satması mümkündür" - Turan RzayevErmənistan parlamentində keçirilən brifinqdə "Vətəndaş Sazişi" fraksiyasından olan deputat, iqtisadi məsələlər üzrə daimi komissiyanın sədr müavini Babken Tunyan deyib ki, Bakının belə bir istəyi olarsa, Azərbaycan qazının alınması məsələsi müzakirə oluna bilər.

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Turan Rzayev bildirib ki, Azərbaycanın Ermənistana qaz satması mümkündür. Amma əvvəlcə ilkin sülh müqviləsi imzalanmalıdır. Hələ Naxçıvanla Azərbaycanı birləşdirəcək nəqliyyat infrastrukturun açılmasına nail olmamışkən Ermənistana qaz satmaq real deyil:

"Azərbaycanın Ermənistana qaz satmasına dair məsələ son zamanlar aktivləşib. Əslində sülh prosesi kontestində danışıqların getməsi, liderlərin passiv mesajlar verməsi fonunda bunun gündəmə gəlməsi normaldır. Onsuz da sülh prosesi gedirsə, iqtisadi, siyasi, diplomatik təmaslar olacaq.Azərbaycan regional əməkdaşlıq və kommunikasiyalardan tez-tez bəhs edir. Belə olan təqdirdə, Ermənistanla münasibətlərin normallaşmasının iqtisadi faktorlarını da qeyd edə bilərik. Azərbaycanın Ermənistana qaz satması mümkündür. Erməni deputat deyir ki, Bakının istəyi olsa, Azərbaycandan qaz ala bilərik. Amma məsələ təkcə Bakı ilə əlaqəli deyil. Azərbaycan təbii ki, Ermənistana qaz sata bilər. Biz buradan hərtərəfli qazanclı çıxırıq. Həm Avropaya nəql edəcəyimiz qazın miqdarı artar, həm də Ermənistana qaz sataraq əlavə gəlir əldə edə bilərik. Burada məsələ Ermənistanın atacağı addımdan gedir. Əvvəla, ilkin sülh müqviləsi imzalanmalıdır. 16 maddədən bəhs olunur, onun 13-ü razılaşdırılıb. 3 məsələ böyük ehtimal Zəngəzur dəhlizi, təzminat, və Ermənistan konstitusiyasının Azərbaycana ərazi iddiaları edən maddələrinin çıxarılmasıdır. Bu məsələlər həll olunmadan Ermənistana qaz sata bilmərik. Hələ Naxçıvanla Azərbaycanı birləşdirəcək nəqliyyat infrastrukturun açılmasına nail olmamışkən Ermənistana qaz satmaq real deyil. Mümkündür, amma bunun üçün Ermənistan tərəfi qeyd etdiyim 3 məsələyə dair razılıq göstərməlidir. Bunu da hələlik etmir. Bunlar olmadığı təqdirdə hansısa qaz satışından bəhs etməyimiz gülünc və absurd olardı. Burada ifadə belə olmalıydı ki, İrəvan Bakının şərtlərini yerinə yetirsə, Bakı da məmnuniyyətlə qaz satar. Bu, hər iki tərəfin marağına uyğun olar".

Şəbnəm Lətifi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 620   Tarix: 25 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ötən gün borclu şəxs qismində axtarışda olan 128 nəfər saxlanılıb

Ötən gün axtarışda olduğuna görə ümumilikdə 149 nəfər saxlanılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, cümlədən borclu şəxs qismində axtarışda olan 128 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

16:50 136
.

ABŞ-da təyyarə qəzaya uğradı: 2 ölü

ABŞ-ın Florida ştatının Hillsboro dairəsində kiçikmühərrikli təyyarə qəzaya uğrayıb. xəbər verir ki, bu barədə "CBS Nyus" məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində iki nəfər həlak olub. Aidiyyəti qurumlar qəzanın səbəblərini müəyyənləşdirmək üçün təhqiqata başlayıblar

04.09.2026 236
.

Xaçaturyan: Ermənistan qonşuları ilə qarşılıqlı etimad formalaşdırmalıdır

Ermənistan qonşu ölkələrlə qarşılıqlı etimad yaratmalı və problemli məsələləri imkan daxilində vasitəçilər olmadan həll etməlidir. "Report" "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan bildirib. O, həmçinin qonşu ölkələrl

18:30 78
.

Hava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi

14:46 243
.

Ən populyar dərmanı üstələyən yeni xərçəng preparatı hazırlandı

"Akeso" və "Summit Therapeutics" biotexnologiya şirkətləri onların hazırladığı yeni ivonesimab preparatının qeyri-kiçik hüceyrəli ağciyər xərçəngi olan xəstələrin ömrünü əhəmiyyətli dərəcədə uzatdığını açıqlayıb. xəbər verir ki, klinik sınaqların üçüncü mərhələsində preparat təxminə

04.09.2026 253
.

Tanınmış kinooperator vəfat etdi

Azərbaycanın Əməkdar incəsənət xadimi, tanınmış kinooperator Amin Novruzov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Film Fondu məlumat yayıb. O, 79 yaşında dünyasını dəyişib. Qeyd edək ki, uzun illər quruluşçu operator kimi fəaliyyət göstəriən Amin Novruzov müxtəli

14:11 161
.

İsrail HƏMAS-ın daha bir komandirini məhv etdi

İsrail hərbçiləri HƏMAS-ın "Nuxba" xüsusi təyinatlı dəstəsinin komandiri Məhəmməd Mahmud Mirşad əl-Qadini zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Bildirilib ki, öldürülən şəxs 7 oktyabr 2023-cü ildə İsrail ordusunun Sufa postuna hücuma rəhbərlik edib

04.09.2026 265
.

Xark adasında partlayışlar baş verib

Yarı-rəsmi Fars xəbər agentliyinin verdiyi məlumata görə, İranın Körfəzdəki əsas neft terminalı olan Xarq adası yaxınlığında partlayış səsləri eşidilir, lakin onların mənşəyi məlum deyil. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, Fars xəbər agentliyi müxbirinin partlayış səslərini eşitdiyini

11:28 294
.

Avstraliya digər qitələrdən daha sürətlə hərəkət edir: Qitə hara gedir?

Avstraliya xəritələrdə göstərilən mövqeyində sabit qalmır. Qlobal istinad sisteminə əsasən ölçüldükdə, qitə və onu daşıyan tektonik plitə ildə təxminən 7 santimetr şimal-şimal-şərq istiqamətində hərəkət edir. Qaynarinfo "Science Blog"ə istinadən xəbər verir ki, bu göstərici Avstraliyanı Ye

04.09.2026 238
.