Qapıdan uzaqda belə uğur qazanan Harri Keyn - 73 qolu var

Qapıdan uzaqda belə uğur qazanan Harri Keyn - 73 qolu varİngiltərə millisinin və "Bavariya"nın hücumçusu Harri Keyn meydanda daha geridə oynamasına baxmayaraq, ötən mövsüm klub və yığma səviyyəsində 73 qol vurub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu bunun kənardan göründüyü qədər ziddiyyətli olmadığını bildirib.

Keynin sözlərinə görə, hücumçunun daim rəqib qapısının yaxınlığında qalması onun daha çox qol vuracağı anlamına gəlmir. O, geriyə çəkilərək müdafiəçiləri öz mövqelərindən uzaqlaşdırır, komanda yoldaşları üçün boş sahələr yaradır və hücumların hazırlanmasında iştirak edir.

"İlk 5-10 dəqiqədə rəqibin necə oynadığını anlayırsan. Bundan sonra mənim meydandakı hərəkətlərim də buna uyğun formalaşır", - Keyn deyib.

"Bavariya"nın baş məşqçisi Vensan Kompani futbolçunun meydandakı rolunun yarısının məşqçi tapşırığına, digər yarısının isə Keynin qərarlarına əsaslandığını açıqlayıb. İngilis hücumçu özünü bəzən "9 nömrə", bəzən "10 nömrə", hətta "6 nömrə" mövqeyində oynayan futbolçu kimi gördüyünü bildirib.

Statistikaya əsasən, son altı mövsümdə Keynin qət etdiyi məsafə 8 faiz, yüksək sürətli qaçışları 22 faiz, sürətlənmələrinin sayı isə 42 faiz artıb. O, sürətli driblinqdən çox, düzgün mövqe seçimi, fiziki güc və oyunu oxumaq bacarığı ilə fərqlənir.

Mütəxəssislərin fikrincə, Keynin gücü yalnız vurduğu qollarda deyil. Hücumçu meydanın müxtəlif hissələrində komandasına kömək etməklə yanaşı, Kriştiano Ronaldo, Lionel Messi və Erlinq Holand kimi ulduzlarla müqayisə ediləcək nəticələr göstərir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 813   Tarix: 04 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

11:32 168
.

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd

11:38 188
.

Paşinyan Ermənistanın Avropa İttifaqı ilə bağlı planlarını açıqladı

Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiyası üçün Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaqdan başqa yolu yoxdur. xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. Paşinyan qeyd edib ki, hazırda AİB-dən çıxmaqdan başqa alternativ yoxdur. Onun sözlərinə görə, Ermənistan 2027-2028-c

11:31 145
.

Trampdan iki həftə ilə bağlı açıqlama: "Çox şey görəcəksiniz"

ABŞ Prezidenti Donald Tramp növbəti iki həftə ərzində bir sıra tədbirlər elan edəcəyini bildirib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Amerika lideri jurnalistlərə açıqlamasında deyib: "Növbəti bir-iki həftə ərzində çox şey görəcəksiniz. Planlaşdırdığımız çoxsayl

10:38 173
.

Ermənistan hökumətindən referendumla bağlı qərar

Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti vətəndaşlar referendumda yeni Konstitusiya layihəsini rədd edəcəyi təqdirdə istefa verəcək. xəbər verir ki, bu barədə " "ın "Telegram" kanalında yayılan məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoya

11:15 161
.

Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər

Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki

05.11.2026 338
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omi

10:13 230
.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

12:12 136
.

Üçrəngli bayraq bizim tariximiz və şərəfimizdir

Hər bir dövlətin bayrağı ona doğmadır. Azərbaycanın üçrəngli bayrağı da xalqımız üçün müqəddəsdir. Tarix boyu müsəlman dünyasında böyük qələbələr qazanıldıqdan sonra bayrağı ucaldıb və öpərək ehtiram göstəriblər. Azərbaycan da 1918-ci ildə müsəlman Şərqində ilk cümhuriyyəti elan etdikdən sonra 1918-c

11:35 190
.