MİQ imtahan sualları universitetlərdə tədris edirmi? - AÇIQLAMA
MİQ imtahanların təşkili birmənalı olaraq Azərbaycan müəllimində özgüvən formalaşdırıb. Müəllimlərin hansısa direktordan, maarif müdirindən, rüşvətdən, day-daydan asılılığını darmadağın edib və bununla müəllimlər öz haqlarını tələb etmək gücünü əldə ediblər. Çünki artıq müəllim bilir ki, onu kimsə işə minnətlə qəbul etmir, özü biliyi və bacarığı sayəsinə müəllim adını alır.
Lakin MİQ imtahanlarının keçirilməsində, xüsusilə də bu imtahanlara düşən suallarla bağlı narazılıqlar olur. Üniversiteti bitirən tələbə MİQ imtahanı üçün repititor yanına gedib, dərs almalı olur. Çünki, keçirilən dərslərin universitetlərdə tədris edilmədiyini vurğulayır.
Mövzu ilə bağlı BiG.AZ-a danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil tədqiqatçısı Elmin Nuri bildirib ki, MİQ imtahan suallarının universitetlərdə tədris edilməməsi məsələsi müzahirə edilən problemli suallardandır:
"MİQ imtahan sualı tədris edilmir deyiriksə bununla yanaşı mütləq şəkildə ali məktəblərdə tədris edilən dərs proqramı, orada oxunan kitabların məzmunu bilməli və imtahanda olan sualları əldə etməliyik. Daha sonra bu ittihamı səsləndirmək hüququmuz olur.
Bu gün Azərbaycanda dövlət və özəl sektorda fəaliyyət göstərən universitetlər var. Hər birinin də özünə məxsus dərs vəsaiti və tədris metodikası mövcuddur.
Bu üniversitetlərdən məzun olanların çoxu MİQ imtahanı üçün repititor yanına getməyə ehtiyac duymur və ilk imtahandan da uğur qazanıb, iş sahibi olur. Digərləri isə repititor ilə hazırlaşaraq bu uğuru əldə edir. Biz bu zaman ayıra bilmərik ki, hansısa universitet imtahan suallarını tədris edir, hansı yox. Ona görə də bu müzakirəsi qalmaqallı olan mövzudur. Düşünürəm ki, məsələ tələbələrin dərsə yanaşması, oxuması ən əsas da seçdikləri peşə üçün təkcə tədris olunan vəsaitlərlə qanə olmamasından aslıdır.
Əgər hansısa tələbə MİQ imtahanlarında olan sulların tədris edilməməsindən şikayət edirsə onu faktlarla sübut etməlidir. Bu günə qədər də belə bir fakt gətirənə rast gəlinməyib. Deyilən ittihamlar imtahanlarda uğursuzluq qazananların özünü müdafiə üsulundan başqa bir şey olmayıb".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1356 Tarix: 25 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖtən gün borclu şəxs qismində axtarışda olan 128 nəfər saxlanılıb
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 149 nəfər saxlanılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, cümlədən borclu şəxs qismində axtarışda olan 128 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib
16:50 136 ABŞ-da təyyarə qəzaya uğradı: 2 ölü
ABŞ-ın Florida ştatının Hillsboro dairəsində kiçikmühərrikli təyyarə qəzaya uğrayıb. xəbər verir ki, bu barədə "CBS Nyus" məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində iki nəfər həlak olub. Aidiyyəti qurumlar qəzanın səbəblərini müəyyənləşdirmək üçün təhqiqata başlayıblar
04.09.2026 236 Xaçaturyan: Ermənistan qonşuları ilə qarşılıqlı etimad formalaşdırmalıdır
Ermənistan qonşu ölkələrlə qarşılıqlı etimad yaratmalı və problemli məsələləri imkan daxilində vasitəçilər olmadan həll etməlidir. "Report" "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan bildirib. O, həmçinin qonşu ölkələrl
18:30 78 Hava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ
Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi
14:46 243 Ən populyar dərmanı üstələyən yeni xərçəng preparatı hazırlandı
"Akeso" və "Summit Therapeutics" biotexnologiya şirkətləri onların hazırladığı yeni ivonesimab preparatının qeyri-kiçik hüceyrəli ağciyər xərçəngi olan xəstələrin ömrünü əhəmiyyətli dərəcədə uzatdığını açıqlayıb. xəbər verir ki, klinik sınaqların üçüncü mərhələsində preparat təxminə
04.09.2026 253 Tanınmış kinooperator vəfat etdi
Azərbaycanın Əməkdar incəsənət xadimi, tanınmış kinooperator Amin Novruzov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Film Fondu məlumat yayıb. O, 79 yaşında dünyasını dəyişib. Qeyd edək ki, uzun illər quruluşçu operator kimi fəaliyyət göstəriən Amin Novruzov müxtəli
14:11 161 İsrail HƏMAS-ın daha bir komandirini məhv etdi
İsrail hərbçiləri HƏMAS-ın "Nuxba" xüsusi təyinatlı dəstəsinin komandiri Məhəmməd Mahmud Mirşad əl-Qadini zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Bildirilib ki, öldürülən şəxs 7 oktyabr 2023-cü ildə İsrail ordusunun Sufa postuna hücuma rəhbərlik edib
04.09.2026 265 Xark adasında partlayışlar baş verib
Yarı-rəsmi Fars xəbər agentliyinin verdiyi məlumata görə, İranın Körfəzdəki əsas neft terminalı olan Xarq adası yaxınlığında partlayış səsləri eşidilir, lakin onların mənşəyi məlum deyil. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, Fars xəbər agentliyi müxbirinin partlayış səslərini eşitdiyini
11:28 294 Avstraliya digər qitələrdən daha sürətlə hərəkət edir: Qitə hara gedir?
Avstraliya xəritələrdə göstərilən mövqeyində sabit qalmır. Qlobal istinad sisteminə əsasən ölçüldükdə, qitə və onu daşıyan tektonik plitə ildə təxminən 7 santimetr şimal-şimal-şərq istiqamətində hərəkət edir. Qaynarinfo "Science Blog"ə istinadən xəbər verir ki, bu göstərici Avstraliyanı Ye
04.09.2026 238