"Bəzi məcburi köçkünlər iş tapa bilmədiyinə görə evini kirayə verib Bakıya qayıtmalı olur" - Ceyhun Məmmədov
Qarabağa qayıdan bəzi məcburi köçkünlər evlərini kirayə verərək Bakıya gəlirlər. Bu məsələ sosial şəbəkədə yenidən gündəmə gəlib. Bəs bu kimi hallar Qarabağın yenidən canlanmasına necə təsir edir?
Mövzu ilə bağlı BiG.AZ-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu məsələ işğaldan azad olunmuş yerlərdə insanların məşğulluq məsələsini yenidən gündəmə gətirir. Bölgələrə köçürülən əhali işlə təmin olunmalıdır ki, belə problem yaşamayaq:
"Düşünürəm ki, bu məsələ ətrafında bu qədər ajotajın yaradılmasına ehtiyac yoxdur. Məsələyə bu qədər reaksiyanı doğru hesab etmirəm. Əlbəttə ki, hamı nəzərə almalıdır ki, bu torpaqlar şəhidlərimizin qanı hesabına azad olunub və insanlarımız da dövlətin verdiyi evlərdə yaşamalıdırlar. Yaşamaq istəmirlərsə, evləri təhvil verməlidirlər. Bəzən bu məsələ işlə bağlı olur. İnsanlar köçdükləri ərazidə iş tapa bilmədiklərinə görə bakıya üz tuturlar və evlərini kirayə verirlər. Əlbəttə, bu, düzgün məsələ deyil, amma düşünmürəm ki, bütün məcburi köçkünlər evlərini kirayə verib Bakıya gəlir. Bu yanaşma təxribatdır. Bu yanaşma qaçqınlarla qeyri-qaçqınları qarşı-qarşıya qoymaqdır. Çox təhlükəli yanaşmadır. 90-cı illərin əvvəlini xatırladım. Bir məcburi köçkün kimi məni düşündürür. Dövlət məcburi köçkünə ev verirsə, ya orada yaşamalı, ya təhvil verməlidir. Əgər kimsə bu evlərdə yaşamırsa, ev ondan alınmalıdır. Amma bütün məcburi köçkünləri bunda ittiham etmək yanlışdır. Bu məsələ işğaldan azad olunmuş yerlərdə insanların məşğulluq məsələsini yenidən gündəmə gətirir. Bölgələrə köçürülən əhali işlə təmin olunmalıdır ki, belə problem yaşamayaq. Bir vətəndaş Qarabağa gedir, evi var, amma işi yoxdursa, dolana bilmədiyinə görə Bakıya qayıtmağa məcbur olur. Əlbəttə, bunu doğru hesab etmirəm. Belə ajotaj yaradılmasının da əleyhinəyəm. Bu məsələ ilə bağlı ehtiyatlı olmalı, bir-birimizi diskriminasiyaya məruz qoymamalıyıq. Ola bilsin, bir dənə belə fakt var. Amma Azərbaycanda başqa müzakirə olunası mövzu yoxdur? Cənab prezident Qarabağ Universitetinin açılışını etdi. Yeni zavodlar, fabriklər açılır.Biz bundan danışaq. Hansısa vətəndaş ajotaj yaradır və bu, bizim həmrəyliyimizə mənfi təsir edir. Bəzən mənə elə gəlir ki, bu, xaricdən idarə olunur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1757 Tarix: 25 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖtən gün borclu şəxs qismində axtarışda olan 128 nəfər saxlanılıb
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 149 nəfər saxlanılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, cümlədən borclu şəxs qismində axtarışda olan 128 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib
16:50 136 ABŞ-da təyyarə qəzaya uğradı: 2 ölü
ABŞ-ın Florida ştatının Hillsboro dairəsində kiçikmühərrikli təyyarə qəzaya uğrayıb. xəbər verir ki, bu barədə "CBS Nyus" məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində iki nəfər həlak olub. Aidiyyəti qurumlar qəzanın səbəblərini müəyyənləşdirmək üçün təhqiqata başlayıblar
04.09.2026 236 Xaçaturyan: Ermənistan qonşuları ilə qarşılıqlı etimad formalaşdırmalıdır
Ermənistan qonşu ölkələrlə qarşılıqlı etimad yaratmalı və problemli məsələləri imkan daxilində vasitəçilər olmadan həll etməlidir. "Report" "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan bildirib. O, həmçinin qonşu ölkələrl
18:30 78 Hava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ
Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi
14:46 243 Ən populyar dərmanı üstələyən yeni xərçəng preparatı hazırlandı
"Akeso" və "Summit Therapeutics" biotexnologiya şirkətləri onların hazırladığı yeni ivonesimab preparatının qeyri-kiçik hüceyrəli ağciyər xərçəngi olan xəstələrin ömrünü əhəmiyyətli dərəcədə uzatdığını açıqlayıb. xəbər verir ki, klinik sınaqların üçüncü mərhələsində preparat təxminə
04.09.2026 253 Tanınmış kinooperator vəfat etdi
Azərbaycanın Əməkdar incəsənət xadimi, tanınmış kinooperator Amin Novruzov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Film Fondu məlumat yayıb. O, 79 yaşında dünyasını dəyişib. Qeyd edək ki, uzun illər quruluşçu operator kimi fəaliyyət göstəriən Amin Novruzov müxtəli
14:11 161 İsrail HƏMAS-ın daha bir komandirini məhv etdi
İsrail hərbçiləri HƏMAS-ın "Nuxba" xüsusi təyinatlı dəstəsinin komandiri Məhəmməd Mahmud Mirşad əl-Qadini zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Bildirilib ki, öldürülən şəxs 7 oktyabr 2023-cü ildə İsrail ordusunun Sufa postuna hücuma rəhbərlik edib
04.09.2026 265 Xark adasında partlayışlar baş verib
Yarı-rəsmi Fars xəbər agentliyinin verdiyi məlumata görə, İranın Körfəzdəki əsas neft terminalı olan Xarq adası yaxınlığında partlayış səsləri eşidilir, lakin onların mənşəyi məlum deyil. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, Fars xəbər agentliyi müxbirinin partlayış səslərini eşitdiyini
11:28 294 Avstraliya digər qitələrdən daha sürətlə hərəkət edir: Qitə hara gedir?
Avstraliya xəritələrdə göstərilən mövqeyində sabit qalmır. Qlobal istinad sisteminə əsasən ölçüldükdə, qitə və onu daşıyan tektonik plitə ildə təxminən 7 santimetr şimal-şimal-şərq istiqamətində hərəkət edir. Qaynarinfo "Science Blog"ə istinadən xəbər verir ki, bu göstərici Avstraliyanı Ye
04.09.2026 238