Moskvanın mərkəzində baş verən atışmada ölənlərin sayı artdı: ANBAAN GÖRÜNTÜLƏR
Rusiya paytaxtında "Wildberries" ofisində baş verən atışmada yaralanan şəxslərdən daha biri həlak olub.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "RİA Novosti" xəbər yayıb.
Bildirilir ki, o, ayağından və belindən yaralanmışdı. Mühafizəçi Moskva xəstəxanalarından birinə çatdırılsa da əməliyyat otağında vəfat edib.
Qeyd edək ki, bundan əvvəl həyatını itirən şəxs də şirkətin mühafizəçisi olub. Beləliklə, ölənlərin sayı iki nəfərə çatıb.
Yeri gəlmişkən ofisdəki atışma anı ilə bağlı yeni görüntülər də ortaya çıxıb.
Həmin görüntüləri təqdim edirik:
15:44
"Wildberries"in baş ofisində atışmadan sonra bir nəfər həlak olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə TASS xəbər yayıb.
Bildirilir ki, hadisə ilə əlaqədar 28 nəfər saxlanılıb. Hüquq-mühafizə orqanları üç maddə üzrə - "Qətl", "Hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd" və "Silahın qanunsuz əldə edilməsi, ötürülməsi, satışı, saxlanması, daşınması, göndərilməsi və ya gəzdirilməsi" üzrə cinayət işi açıb.
"Veçernaya Moskva" atışma zamanı xəsarət alanların sayının yeddi nəfərə çatması ilə bağlı xəbər yayıb. Məlumatda deyilir ki, xəsarət alanlardan üçü hüquq-mühafizə orqanlarının əməkdaşıdır və onlardan biri ayağından ciddi yaralanıb.
15:06
Bu gün Rusiyanın ən böyük onlayn pərakəndə satış şirkəti "Wildberries"in Moskvadakı "Romanov Dvoru" biznes mərkəzində yerləşən baş ofisində atışma olub. Şirkətin qurucusu Tatyana Bakalçukun əri Vladislav Bakalçuk binaya soxulmağa cəhd edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə TASS xəbər verib.
Şahidlərin məlumatına görə, Vladislav Bakalçuka girişə icazə verilmədikdən sonra münaqişə başlayıb və atəş səsləri eşidilib. Atışma nəticəsində üç nəfər odlu silahdan yaralanıb.
Hadisə yerinə dərhal polis və təcili yardım əməkdaşları gəliblər. Yaralılar xəstəxanaya yerləşdirilib, ofis işçiləri isə təxliyə ediliblər.
"Wildberries" nümayəndələri baş verənləri qanunsuz müdaxilə cəhdi adlandırıblar. Tatyana Bakalçuk hüquq-mühafizə orqanlarına müraciət edərək bu vəziyyəti nəzarətə götürməyi xahiş edib.
Hadisə ilə bağlı artıq bir neçə nəfər saxlanılıb.
"Hazırda bir neçə nəfər saxlanılıb, onların hamısı Arbat rayonu üzrə Daxili İşlər Şöbəsinə aparılıb", - deyə hüquq-mühafizə orqanlarından bildirilib.
Xatırladaq ki, iyunun ortalarında "Wildberries" ölkənin ən böyük açıq hava reklamı operatoru olan "Russ" qrupu ilə birləşdiyini elan edib. Onlar yeni birgə şirkət - "RVB" MMC yaradıblar. Demək olar ki, bütün bazar aktivləri Tatyana Bakalçuka keçib.
Daha sonra Bakalçuklar ailəsində qalmaqal baş verib - şirkətin qurucusu Tatyana Bakalçukun əri "Wildberries" və "Russ"un birləşməsinə qarşı çıxıb. Avqustun əvvəlində sahibkar əvvəllər "RVB" MMC-yə verilmiş "Wildberries" internet şirkətinin əsas domeninin birgə istifadəyə qaytarılmasını və brendlərə hüquqların verilməsinin qanuniliyinin yoxlanılmasını xahiş edib. Bu yaxınlarda o, şirkət uğrunda axıra qədər mübarizə aparmaq niyyətində olduğunu açıqlayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1714 Tarix: 18 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459