"Instagram"dakı əxlaqsız yazışmalar: Dəfələrlə xəyanət edən ərindən qisas aldı

"Instagram"dakı əxlaqsız yazışmalar: Dəfələrlə xəyanət edən ərindən qisas aldıNaxçıvan Muxtar Respublikasının Babək rayonunda 2000-ci il təvəllüdlü Fəqan Əliyev ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Zümrüd Babayevaya (ad-soyad şərti göstərilib - red.) xəsarət yetirib.

Demokrat.az-ın məlumatına görə, hadisə bu ilin mayın 5-də Babək şəhərində baş verib.

Hadisəni törədən Fəqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fəqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O qeyd edib ki, Naxçıvanda işləyir:

"Hadisə günü, səhər saat 8-də növbədən qayıdaraq yatdım. Təqribən günorta saatlarında yuxudan oyandım. Ac olduğum üçün yemək istədim. Buna görə arvadım Zümrüdü çağırdım. Həmin vaxt yatdığım otağın qapısı bağlı idi. Uşaq isə ağladığı üçün mətbəxə tərəf getdim. Oranın da qapısının örtülü olduğunu, qapını açanda Zümrüdün telefonda yazışdığını gördüm".

Təqsirləndirilən şəxs qeyd edib ki, bu vaxt Zümrüd telefonu gizlədib:

"Zümrüddən telefonu istədim. Telefonu mənə vermək əvəzinə "sən mənə niyə inanmırsan?" dedi. Ondan zorla telefonu aldım. Bu vaxt Zümrüd məni itələdiyindən ona iki şillə vurdum. Həmin vaxt telefonda Zümrüdün "Instagram" sosial şəbəkəsi vasitəsi ilə iki nəfər ilə yazışdığını gördüm. Onların birinin Zümrüdə əxlaqsız mesajlar yazdığını gördüm. Bundan sonra Zümrüd başqa otağa keçərək "yaxşı edirəm, sən məni aldadırsan, mən də belə qarşılıq verirəm" dedi. Bu sözdən sonra ona bir-iki şillə vurdum. Qayınanama və valideynlərimə zəng vurdum. Onları evimə çağırdım. Zümrüdün anası qızının hərəkətlərinə "yaxşı edir" cavabını verdi. Bundan sonra onlara "uşağı qoyun və evdən gedin" dedim. Onlar uşağı vermədilər və mən polisə zəng etdim. Bundan sonra polis əməkdaşları gələrək bizi idarəyə apardılar".

Təqsirləndirilən şəxs bildirib ki, əvvəllər də Zümrüd ilə aralarında çox mübahisə olub, bunun əsas səbəbi qayınanasının onların ailə işinə qarışması olub:

"Son vaxtlar Zümrüd ilə barışıq üçün addım atmışam. Həmçinin özüm və qohumlarım onun evinə getdik. Lakin qayınanam bizi qapıdan qovdu. Zümrüdün "Instagram"da yazışdığı adamı axtarıb tapmışam. Həmin şəxs Zümrüd ilə çoxdan əlaqəsinin olduğunu dedi".

İş üzrə zərərçəkmiş qismində ifadə verən Zümrüdün sözlərinə görə, Fəqan ilə 2021-ci ildə ailə qurub:

"Demək olar ki, onunla normal yola getməmişəm, uşağıma görə ondan boşanmamışam. Hadisə günü mətbəxdə yemək hazırlayırdım. Həmin vaxt mətbəxdə olan televizorun səsi yüksək olduğu üçün Fəqanın səsini eşitməmişəm. Başqa şəxslərlə yazışmışam, telefonu qəsdən açıq qoyaraq Fəqanın görməsini istəmişəm. Çünki Fəqan dəfələrlə başqa qadınlarla mənə xəyanət edib. Hətta qadınlardan biri mənə zəng edərək Fəqanın iki aya kimi məndən boşanacağını və onunla evlənəcəyini deyib. Mən Fəqana "sən bu hərəkətləri tərgitməsən, mən də edəcəyəm" demişəm. Fəqan mənə xəyanətini davam etdirdiyindən ondan qisas almaq üçün tanımadığım başqa şəxslərlə sosial şəbəkədə yazışmışam. Fəqanın mənə yaşatdıqlarını onun özünün də yaşamasını istəmişəm".

Zərərçəkmiş qeyd edib ki, hadisə günü Fəqan telefona baxaraq yazışmaları görüb:

"Bu səbəbdən məni döydü. Fəqandan şikayətçiyəm. Anam icazə versə belə onunla barışmayacağam".

Bu cinayət işinə Babək Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fəqan yeddi ay müddətinə islah işləri cəzasına məhkum edilib. İslah işləri cəzasının əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, təqsirləndirilən şəxsin cəzasını əsas iş yeri üzrə çəkməsi müəyyən edilib. Cəzanın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1415   Tarix: 03 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Tehranın cavab zərbələri Yaxın Şərqdə yeni təhlükəsizlik ittifaqı yarada bilər

"İran və ABŞ arasında hərbi toqquşmalar yenidən başlayıb. Belə ki, əvvəlcə ABŞ İran ərazisində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hədəflərinə zərbələr endirib. İran ordusu isə cavab olaraq ABŞ-ın İordaniyadakı hərbi obyektini hədəfə alıb. Vaşinqton buna cavab olaraq Hörmüz boğazı yaxınlığındak

04.09.2026 211
.

İsrail HƏMAS-ın daha bir komandirini məhv etdi

İsrail hərbçiləri HƏMAS-ın "Nuxba" xüsusi təyinatlı dəstəsinin komandiri Məhəmməd Mahmud Mirşad əl-Qadini zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Bildirilib ki, öldürülən şəxs 7 oktyabr 2023-cü ildə İsrail ordusunun Sufa postuna hücuma rəhbərlik edib

04.09.2026 159
.

Qapıdan uzaqda belə uğur qazanan Harri Keyn - 73 qolu var

İngiltərə millisinin və "Bavariya"nın hücumçusu Harri Keyn meydanda daha geridə oynamasına baxmayaraq, ötən mövsüm klub və yığma səviyyəsində 73 qol vurub. xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu bunun kənardan göründüyü qədər ziddiyyətli olmadığını bildirib. Keynin sözlərin

04.09.2026 175
.

Rus ordusu Donetskdə iki kəndi işğal etdi

Rusiya ordusu Donetsk vilayətində daha iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyini açıqlayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Nikanorovka və Qruzskoye yaşayış məntəqələri Rusiya qüvvələrinin nəzarətinə keçib

04.09.2026 147
.

Ən populyar dərmanı üstələyən yeni xərçəng preparatı hazırlandı

"Akeso" və "Summit Therapeutics" biotexnologiya şirkətləri onların hazırladığı yeni ivonesimab preparatının qeyri-kiçik hüceyrəli ağciyər xərçəngi olan xəstələrin ömrünü əhəmiyyətli dərəcədə uzatdığını açıqlayıb. xəbər verir ki, klinik sınaqların üçüncü mərhələsində preparat təxminə

04.09.2026 178
.

Rayonlara 3 gün yağış yağacaq - Xəbərdarlıq

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətl

04.09.2026 242
.

Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürüldü

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbəro

04.09.2026 271
.

İstilər pik həddə çatacaq, fevraladək davam edəcək - Xəbərdarlıq

Birləşmiş Millətlər Təşkilatının (BMT) iqlim agentliyi "El Nino"nun yaxın aylarda "çox güclü" hadisəyə çevriləcəyini və fevrala qədər davam edəcəyini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) məlumatına görə, "El Nino" ili

04.09.2026 131
.

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 4-nə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, Azərbaycanda 1 unsiya qızılın qiyməti 7 544,6170 manat, 1 qram qızılın qiyməti isə 242,56 manat təşkil edib. 99 əyarlı təmiz qızılın 1 qramı 242,56 manat, 750 əyarlı İtalyan qızılının 1 qramı 182,11 manat, 585 əyarl

04.09.2026 178
.