İmtahandan keçməyən oğlundan polisə şikayət etdi - 200 manat cərimələndi

İmtahandan keçməyən oğlundan polisə şikayət etdi - 200 manat cərimələndiBakıda ata dövlət imtahanlarında az bal toplayan oğlu barəsində polisə şikayət edib.

BiG.AZ Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib.

Belə ki, oğlundan şikayət edən atanın özü barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1- ci maddələri ilə protokol tərtib olunub, iş baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmədə məlum olub ki, 1980-ci ildə Füzuli rayonunda doğulan V.B. şikayəti içkili halda edib. Belə ki, V.B -nın oğlu bu il ali məktəbə imtahan verib, lakin bal toplaya bilməyib. Bir neçə il hazırlıq üçün müəllimlərə pul ödəməsinə baxmayaraq, oğlunun imtahanda ümumiyyətlə bal toplamaması atanı möhkəm əsəbiləşdirib və buna görə bir neçə dəfə övladını danlayıb.

Hadisənin səhəri gün içkili halda evə gələn ata oğlunun mobil telefonla oynadığını görüb və yenidən ona əsəbiləşib. Bu zaman aralarında mübahisə yaranıb. V.B. 102 zəng xidmətinə zəng edərək oğlu barəsində tədbir görülməsini tələb edib.

Hadisə yerinə polis gəldikdən sonra V.B. səhv etdiyini başa düşüb və səs-küy salmağa başlayıb. Məhkəmədə buna görə özünü təqsirli bilib.

Məhkəmənin qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib və 200 manat cərimələnib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 830   Tarix: 02 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çin ilk dəfə "Pallas-1" kosmik raketini sınaqdan keçirdi

Çin ilk dəfə "Pallas-1" kosmik raketini uğurla sınaqdan keçirib. xəbər verir ki, bu barədə "Sinxua" Xəbər Agentliyi məlumat yayıb. Buraxılış Bakı vaxtı ilə saat 05:00-da Çinin şimal-qərbində yerləşən Dongfeng kommersiya buraxılış məntəqəsindən həyata keçirilib. Bəyanatda qeyd olunu

04.09.2026 169
.

Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürüldü

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbəro

04.09.2026 271
.

Vüsalənin qızı ilə Avropa tətili - Fotolar

Aparıcı Vüsalə Əlizadə Avropa səyahətinə çıxıb. Axşam.az xəbər verir ki, aparıcı qızı Diləklə birlikdə Niderlandda istirahət edir. Amsterdamda olan Vüsalə şəhərin tarixi məkanlarından fotolarını sosial media hesabında paylaşıb. O, paylaşımına "Dünya tarixinə övladınla toxunmaq" sözlərini yazı

04.09.2026 415
.

Hərbi Dəniz Qüvvələrinin bölmə rəisi həbs olundu, sonra qərar dəyişdi

Qulluq mövqeyindən istifadə etməklə dələduzluq etməkdə təqsirləndirilən Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsinin şəxsi heyətin uçotu bölməsinin rəisi Şahin Kiçibəyov dələduzluqda ittiham olunur. APA-ya istinadla xəbər verir ki, onunla bağlı cinayət işinə Bakı Hərbi Məhkəməsind

04.09.2026 187
.

Qapıdan uzaqda belə uğur qazanan Harri Keyn - 73 qolu var

İngiltərə millisinin və "Bavariya"nın hücumçusu Harri Keyn meydanda daha geridə oynamasına baxmayaraq, ötən mövsüm klub və yığma səviyyəsində 73 qol vurub. xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu bunun kənardan göründüyü qədər ziddiyyətli olmadığını bildirib. Keynin sözlərin

04.09.2026 175
.

TASS: Uitkoffla Kuşner 5-6 sentyabrda Moskva və Kiyevə səfər edəcəklər

Stiv Uitkoff və Cared Kuşner 5-6 sentyabr tarixlərində əvvəlcə Moskvaya, daha sonra isə Kiyevə səfər edəcəklər. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko da Uitkoff və Kuşnerin şənbə günü Moskvaya, bazar günü isə Kiyevə səfə

04.09.2026 146
.

Pulsuz internetin gizli təhlükəsi - Hakerlər sizi belə izləyə bilər

"Müasir dövrdə ictimai Wi-Fi şəbəkələri istifadəçilər üçün böyük rahatlıq yaratsa da, ciddi kibertəhlükəsizlik riskləri də daşıyır. Pulsuz internet bağlantısı bəzən şəxsi məlumatların, maliyyə vəsaitlərinin və rəqəmsal hesabların təhlükə altına düşməsinə səbəb ola bilər". Bunu BİG.AZ-a açıqlamasınd

04.09.2026 205
.

Bu ərzağı istifadə edənlər diqqətli olsun

Yumurta yüksək protein tərkibi və zəngin qida dəyərinə görə ən sağlam qidalar sırasında göstərilir. Səhər yeməklərinin vazkeçilməz məhsullarından biri olan yumurta yanlış istifadə və saxlanma vərdişləri səbəbindən sağlamlıq üçün risk yarada bilər. Bəs yumurtanı necə istifadə etmək lazımdır?. xarici mediay

04.09.2026 186
.

Paşinyanın ermənicə mesajı: dil dəyişdi, bəs Ermənistanın kursu hara dəyişir? - KÖŞƏ YAZISI

Bəzən beynəlxalq siyasətdə bir dövlət başçısının seçdiyi dil onun söylədiyi cümlələrdən daha çox şey deyir. Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının "ŞƏT+" formatında keçirilən sammitdə Nikol Paşinyanın rus dilində deyil, erməni dilində çıxış etməsi də belə jestlərdəndir. Əlbəttə, Ermənista

04.09.2026 232
.