Pulsuz internetin gizli təhlükəsi - Hakerlər sizi belə izləyə bilər

Pulsuz internetin gizli təhlükəsi - Hakerlər sizi belə izləyə bilər"Müasir dövrdə ictimai Wi-Fi şəbəkələri istifadəçilər üçün böyük rahatlıq yaratsa da, ciddi kibertəhlükəsizlik riskləri də daşıyır. Pulsuz internet bağlantısı bəzən şəxsi məlumatların, maliyyə vəsaitlərinin və rəqəmsal hesabların təhlükə altına düşməsinə səbəb ola bilər".

Bunu BiG.AZ-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fərid Musayev bildirib.

O, qeyd edib ki, gündəlik həyatımızda internetdən istifadə imkanları getdikcə genişlənir. Kafedə işləyərkən, hava limanında gözləyərkən və ya parkda istirahət edərkən qarşımıza çıxan "Free Wi-Fi" təklifi olduqca cəlbedici görünə bilər. Lakin bu rahatlıq bəzi hallarda şəxsi məlumatların oğurlanmasına və kibercinayətkarların hücumlarına şərait yaradır:

"İctimai Wi-Fi şəbəkələrinin bir qismi kifayət qədər qorunmadığından bu şəbəkələr üzərindən ötürülən məlumatlar kibercinayətkarlar tərəfindən ələ keçirilə bilər. Ən geniş yayılmış hücum üsullarından biri "Man-in-the-Middle" ("Aradakı adam") hücumudur. Bu zaman haker istifadəçinin cihazı ilə internet arasındakı əlaqəni gizli şəkildə ələ keçirir. İstifadəçi məlumatlarını təhlükəsiz şəkildə göndərdiyini düşünsə də, ötürdüyü bəzi məlumatlar üçüncü şəxsin əlinə keçə bilər.

Pulsuz internetin gizli təhlükəsi - Hakerlər sizi belə izləyə bilərDigər təhlükəli üsullardan biri isə "Evil Twin" ("Şər Əkiz") adlandırılan saxta Wi-Fi şəbəkələridir. Kibercinayətkarlar məşhur kafe, restoran və ya otellərin adlarından istifadə etməklə saxta Wi-Fi şəbəkələri yarada bilərlər. İstifadəçi belə şəbəkəyə qoşulduqda məlumatlarının təhlükəsizliyi ciddi risk altında qala bilər.

Bu cür hücumların nəticələri yalnız sosial media hesabının ələ keçirilməsi ilə məhdudlaşmır. Elektron poçt hesablarının və şəxsi məlumatların oğurlanması, korporativ sənədlərin sızdırılması, eləcə də maliyyə məlumatlarının ələ keçirilməsi ciddi maddi və reputasiya itkilərinə səbəb ola bilər.

Mütəxəssislər ictimai yerlərdə Wi-Fi şəbəkələrindən istifadə zamanı bir sıra təhlükəsizlik tədbirlərinə əməl etməyi tövsiyə edirlər. İlk növbədə, mümkün olduqda VPN-dən istifadə etmək məsləhətdir. Virtual şəxsi şəbəkə internet trafikinizin şifrələnməsinə kömək edir və məlumatların üçüncü şəxslər tərəfindən ələ keçirilməsi riskini azaldır.

İctimai Wi-Fi şəbəkələrindən istifadə zamanı bank əməliyyatları aparmaq, onlayn alış-veriş etmək və mühüm iş sənədlərinə daxil olmaq da tövsiyə edilmir. Bu cür həssas əməliyyatlar üçün mobil internetdən (4G/5G) istifadə daha təhlükəsiz seçimdir.

Bundan başqa, saytlara daxil olarkən ünvan sətrində "https://" protokolunun olduğuna diqqət yetirmək, cihazlarda Wi-Fi şəbəkələrinə avtomatik qoşulma funksiyasını söndürmək və hesablar üçün iki faktorlu autentifikasiyanı (2FA) aktivləşdirmək vacibdir. İki faktorlu təsdiqləmə parolun ələ keçirildiyi halda hesabın qorunması üçün əlavə təhlükəsizlik təbəqəsi yaradır.

Beləliklə, rəqəmsal dünyada "pulsuz" görünən hər xidmət tamamilə risksiz olmaya bilər. İctimai Wi-Fi şəbəkələrindən istifadə zamanı diqqətli olmaq və şəxsi məlumatların qorunması üçün əsas təhlükəsizlik qaydalarına əməl etmək kibertəhlükələrdən qorunmağın ən vacib şərtlərindən biridir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 758   Tarix: 04 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

11:32 168
.

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd

11:38 188
.

Paşinyan Ermənistanın Avropa İttifaqı ilə bağlı planlarını açıqladı

Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiyası üçün Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaqdan başqa yolu yoxdur. xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. Paşinyan qeyd edib ki, hazırda AİB-dən çıxmaqdan başqa alternativ yoxdur. Onun sözlərinə görə, Ermənistan 2027-2028-c

11:31 145
.

Trampdan iki həftə ilə bağlı açıqlama: "Çox şey görəcəksiniz"

ABŞ Prezidenti Donald Tramp növbəti iki həftə ərzində bir sıra tədbirlər elan edəcəyini bildirib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Amerika lideri jurnalistlərə açıqlamasında deyib: "Növbəti bir-iki həftə ərzində çox şey görəcəksiniz. Planlaşdırdığımız çoxsayl

10:38 173
.

Ermənistan hökumətindən referendumla bağlı qərar

Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti vətəndaşlar referendumda yeni Konstitusiya layihəsini rədd edəcəyi təqdirdə istefa verəcək. xəbər verir ki, bu barədə " "ın "Telegram" kanalında yayılan məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoya

11:15 161
.

Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər

Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki

05.11.2026 338
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omi

10:13 230
.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

12:12 136
.

Üçrəngli bayraq bizim tariximiz və şərəfimizdir

Hər bir dövlətin bayrağı ona doğmadır. Azərbaycanın üçrəngli bayrağı da xalqımız üçün müqəddəsdir. Tarix boyu müsəlman dünyasında böyük qələbələr qazanıldıqdan sonra bayrağı ucaldıb və öpərək ehtiram göstəriblər. Azərbaycan da 1918-ci ildə müsəlman Şərqində ilk cümhuriyyəti elan etdikdən sonra 1918-c

11:35 190
.