İran Prezidenti İbrahim Rəisi və digər rəsmi şəxslərin həlak olduğu helikopter qəzasının əsas səbəbi bölgənin mürəkkəb iqlim və atmosfer şəraiti kimi
İran Prezidenti İbrahim Rəisi və digər rəsmi şəxslərin həlak olduğu helikopter qəzasının əsas səbəbi bölgənin mürəkkəb iqlim və atmosfer şəraiti kimi göstərilib.
Oxu.Az "Sharghdaily"yə istinadən xəbər verir ki, bu barədə helikopter qəzasının səbəblərini araşdıran Ali Komissiyanın yekun hesabatı dərc olunub.
Hesabatda bildirilir ki, yaz aylarında birdən-birə sıx duman kütləsi hündürlüyə doğru yüksəlib və nəticədə helikopter dağa çırpılıb.
Hesabatda həmçinin qeyd edilir ki, qəzaya uğrayan helikopterin texniki, mühəndislik, elektron və naviqasiya sistemləri diqqətlə ekspertizadan keçirilib və nəticə əldə edilib.
Bundan başqa, son dörd ildə helikopterin təmiri ilə bağlı sənədlər ekspertlər tərəfindən araşdırılıb və heç bir problem müşahidə olunmayıb.
Təbrizdən Ağbənd körpüsünə, Qız Qalası bəndinə və oradan Təbriz Neft Emalı Zavoduna gedən uçuş marşrutları mütəxəssislər tərəfindən diqqətlə yoxlanılıb və helikopterin proqnozlaşdırılan marşrut üzrə hərəkət etdiyi, bu marşrutdan kənara çıxmadığı müəyyən edilib.
Helikopterin qalan hissələri və sistemləri (mühərrikləri, enerji ötürücü və yanacaq sistemləri, elektron avadanlıqlar) Müdafiə Nazirliyinin Aviasiya Sənayesi Təşkilatının ekspertləri tərəfindən sınaqdan keçirilib və qəzanın baş verməsinə təsir edən heç bir qüsur aşkar edilməyib.
Meteorologiya Təşkilatının qəza baş verdiyi gündən olan hesabatları, cari hava şəraiti və qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıqlar ekspertlər tərəfindən araşdırılıb.
Məhkəmə Tibbi Texniki Komitəsinin araşdırma hesabatına görə, həlak olan şəxslərin bədənlərində aparılan toksikoloji və patoloji müayinələrdə şübhəli hal aşkarlanmayıb.
Helikopterin hissələri və sistemləri ekspertlər tərəfindən yoxlanılıb və heç bir təxribat əlamətləri aşkar edilməyib.
Helikopterin hücum və müdafiə sistemləri, elektron müharibə, maqnit sahəsinin və lazerin yaradılması ehtimalı mütəxəssislər tərəfindən yoxlanılıb və bu halların qəza baş verməsinə hər hansı müdaxiləsi istisna edilib.
Bütün hallar, ətraflı ekspertiza, ixtisaslaşdırılmış araşdırmalar və onların nəticələri nəzərə alınaraq, Silahlı Qüvvələrin Baş Qərargahının Ali Ekspert Şurasının yekun rəyi belədir: "Helikopterin qəzaya uğramasının əsas səbəbi bölgənin mürəkkəb iqlim və atmosfer şəraiti, yaz aylarında birdən-birə sıx duman kütləsinin hündürlüyə doğru yüksəlməsi və helikopterin dağla toqquşmasıdır".
Qeyd edək ki, göyərtəsində İbrahim Rəisi və digər rəsmi şəxslərin olduğu helikopter bu il mayın 19-da İran ərazisində qəzaya uğrayıb. Prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və daha bir neçə rəsmi şəxs qəzada həlak olublar.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1110 Tarix: 01 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÇin ilk dəfə "Pallas-1" kosmik raketini sınaqdan keçirdi
Çin ilk dəfə "Pallas-1" kosmik raketini uğurla sınaqdan keçirib. xəbər verir ki, bu barədə "Sinxua" Xəbər Agentliyi məlumat yayıb. Buraxılış Bakı vaxtı ilə saat 05:00-da Çinin şimal-qərbində yerləşən Dongfeng kommersiya buraxılış məntəqəsindən həyata keçirilib. Bəyanatda qeyd olunu
04.09.2026 169 Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürüldü
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbəro
04.09.2026 271 Vüsalənin qızı ilə Avropa tətili - Fotolar
Aparıcı Vüsalə Əlizadə Avropa səyahətinə çıxıb. Axşam.az xəbər verir ki, aparıcı qızı Diləklə birlikdə Niderlandda istirahət edir. Amsterdamda olan Vüsalə şəhərin tarixi məkanlarından fotolarını sosial media hesabında paylaşıb. O, paylaşımına "Dünya tarixinə övladınla toxunmaq" sözlərini yazı
04.09.2026 415 Hərbi Dəniz Qüvvələrinin bölmə rəisi həbs olundu, sonra qərar dəyişdi
Qulluq mövqeyindən istifadə etməklə dələduzluq etməkdə təqsirləndirilən Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsinin şəxsi heyətin uçotu bölməsinin rəisi Şahin Kiçibəyov dələduzluqda ittiham olunur. APA-ya istinadla xəbər verir ki, onunla bağlı cinayət işinə Bakı Hərbi Məhkəməsind
04.09.2026 187 Qapıdan uzaqda belə uğur qazanan Harri Keyn - 73 qolu var
İngiltərə millisinin və "Bavariya"nın hücumçusu Harri Keyn meydanda daha geridə oynamasına baxmayaraq, ötən mövsüm klub və yığma səviyyəsində 73 qol vurub. xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu bunun kənardan göründüyü qədər ziddiyyətli olmadığını bildirib. Keynin sözlərin
04.09.2026 175 TASS: Uitkoffla Kuşner 5-6 sentyabrda Moskva və Kiyevə səfər edəcəklər
Stiv Uitkoff və Cared Kuşner 5-6 sentyabr tarixlərində əvvəlcə Moskvaya, daha sonra isə Kiyevə səfər edəcəklər. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko da Uitkoff və Kuşnerin şənbə günü Moskvaya, bazar günü isə Kiyevə səfə
04.09.2026 146 Pulsuz internetin gizli təhlükəsi - Hakerlər sizi belə izləyə bilər
"Müasir dövrdə ictimai Wi-Fi şəbəkələri istifadəçilər üçün böyük rahatlıq yaratsa da, ciddi kibertəhlükəsizlik riskləri də daşıyır. Pulsuz internet bağlantısı bəzən şəxsi məlumatların, maliyyə vəsaitlərinin və rəqəmsal hesabların təhlükə altına düşməsinə səbəb ola bilər". Bunu BİG.AZ-a açıqlamasınd
04.09.2026 205 Bu ərzağı istifadə edənlər diqqətli olsun
Yumurta yüksək protein tərkibi və zəngin qida dəyərinə görə ən sağlam qidalar sırasında göstərilir. Səhər yeməklərinin vazkeçilməz məhsullarından biri olan yumurta yanlış istifadə və saxlanma vərdişləri səbəbindən sağlamlıq üçün risk yarada bilər. Bəs yumurtanı necə istifadə etmək lazımdır?. xarici mediay
04.09.2026 186 Paşinyanın ermənicə mesajı: dil dəyişdi, bəs Ermənistanın kursu hara dəyişir? - KÖŞƏ YAZISI
Bəzən beynəlxalq siyasətdə bir dövlət başçısının seçdiyi dil onun söylədiyi cümlələrdən daha çox şey deyir. Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının "ŞƏT+" formatında keçirilən sammitdə Nikol Paşinyanın rus dilində deyil, erməni dilində çıxış etməsi də belə jestlərdəndir. Əlbəttə, Ermənista
04.09.2026 232