Azərbaycanda həkim cərrahi əməliyyat zamanı canlı yayım açdı
Bakıda özəl tibb müəssisələrinin birində əməliyyat zamanı "TikTok" platformasında canlı yayım açılması ilə bağlı görüntülər yayılıb.
Görüntülərdən məlum olur ki, əməliyyat edən həkimlərdən biri yazılan şərhləri oxuyur və cavablandırır. Otağa isə təmizliklə bağlı tez-tez girib-çıxan əməkdaşlar var. Bu hadisə izləyicilərin tənqidinə səbəb olub.
Bəs görəsən, əməliyyat zamanı canlı yayıma niyə icazə verilir? Özəl müəssisələrə nəzarət edən hansısa qurum varmı?
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu belə cavablandırıb:
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs (TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurumdur.
TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. Özəl tibb müəssisələrinin fəaliyyətinin tənzimlənməsi və nəzarətin həyata keçirilməsi TƏBİB-in səlahiyyətləri daxilində deyil".
Məsələ ilə bağlı əməliyyatda iştirak edən və canlı yayımda üzü görülən Rauf Rəhimli ilə əlaqə saxladıq.
O, saytımıza açıqlamasında bu fikirləri səsləndirib:
"Bildirmək istəyirəm ki, canlı yayım əməliyyat bitdikdən sonra açılıb. Yayımda əməliyyat icra olunmur. Sadəcə, yara silinir və sarğı edilir. O proses yanımızdakı tibb bacısı tərəfindən icra olunur və mən sadəcə, ona nəzarət edirəm. Yayımda mənim tərəfimdən heç bir əməliyyat icra edilmir. Mən cərrahi assistent olaraq prosesə köməklik edirdim. Yayımın məqsədi insanlara cərrahi əməliyyatların qorxulu olmadığını bildirməkdir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 4792 Tarix: 27 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəzuniyyət neçə gün olmalıdır? - Staja və vəzifəyə görə fərqli qaydalar
Əmək müqaviləsi ilə çalışan şəxslərin illik əmək məzuniyyətinin müddəti onların tutduğu vəzifə, əmək şəraiti və iş stajından asılı olaraq dəyişir. Qaynarinfo xəbər verir ki, Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən, işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Bəz
04.09.2026 132 Qapıdan uzaqda belə uğur qazanan Harri Keyn - 73 qolu var
İngiltərə millisinin və "Bavariya"nın hücumçusu Harri Keyn meydanda daha geridə oynamasına baxmayaraq, ötən mövsüm klub və yığma səviyyəsində 73 qol vurub. xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu bunun kənardan göründüyü qədər ziddiyyətli olmadığını bildirib. Keynin sözlərin
04.09.2026 175 Pulsuz internetin gizli təhlükəsi - Hakerlər sizi belə izləyə bilər
"Müasir dövrdə ictimai Wi-Fi şəbəkələri istifadəçilər üçün böyük rahatlıq yaratsa da, ciddi kibertəhlükəsizlik riskləri də daşıyır. Pulsuz internet bağlantısı bəzən şəxsi məlumatların, maliyyə vəsaitlərinin və rəqəmsal hesabların təhlükə altına düşməsinə səbəb ola bilər". Bunu BİG.AZ-a açıqlamasınd
04.09.2026 205 Paşinyanın ermənicə mesajı: dil dəyişdi, bəs Ermənistanın kursu hara dəyişir? - KÖŞƏ YAZISI
Bəzən beynəlxalq siyasətdə bir dövlət başçısının seçdiyi dil onun söylədiyi cümlələrdən daha çox şey deyir. Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının "ŞƏT+" formatında keçirilən sammitdə Nikol Paşinyanın rus dilində deyil, erməni dilində çıxış etməsi də belə jestlərdəndir. Əlbəttə, Ermənista
04.09.2026 232 Azərbaycanlı futbolçu "Qalatasaray"da
Azərbaycanlı müdafiəçi Can Hacıyev Türkiyənin "Qalatasaray" klubu ilə müqavilə imzalayıb. "Qafqazinfo" xəbər verir ki, 17 yaşlı futbolçu növbəti iki mövsümdə İstanbul klubunun U-19 komandasında oynayacaq. Bu komanda isə UEFA Gənclər Liqasında mübarizə aparacaq. Hacıyev ötən mövsüm
04.09.2026 204 Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamına əsasən, Anar Keykavus oğlu Əcəmov Azərbaycanı
04.09.2026 325 SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir
Hizbullahın 100-ə yaxın döyüşçüsü, o cümlədən SEPAH-ın Qüds Qüvvələrindən olan iranlı məsləhətçilər iyun ayından etibarən Əli Tahir dağ silsiləsi ərazisindəki tunellərdə mühasirədə qalıb. xəbər verir ki, bu barədə "Nyu York Tayms" qəzeti SEPAH-dakı mənbəyə istinadla məlumat yayıb. "Bi
04.09.2026 142 Vüsalənin qızı ilə Avropa tətili - Fotolar
Aparıcı Vüsalə Əlizadə Avropa səyahətinə çıxıb. Axşam.az xəbər verir ki, aparıcı qızı Diləklə birlikdə Niderlandda istirahət edir. Amsterdamda olan Vüsalə şəhərin tarixi məkanlarından fotolarını sosial media hesabında paylaşıb. O, paylaşımına "Dünya tarixinə övladınla toxunmaq" sözlərini yazı
04.09.2026 415 Dövlət torpaqlarının icarəyə verilməsində yeni mexanizm - güzəştlər kimlərə şamil olunur?
"2026-cı ildən dövlət torpaqlarının, xüsusilə iri ölçülü torpaq sahələrinin icarəyə verilməsi mexanizmində mühüm yeniliklər tətbiq edilir. Nazirlər Kabinetinin 8 may 2026-cı il tarixli 138 nömrəli qərarı ilə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, eləcə də hüquqi və fiziki şəxslər tərəfində
04.09.2026 193