51 yaşında yenidən tələbə oldu
Bu il tələbə adını qazananlar arasında 51 yaşlı Həqiqət Salahova da var. Şəmkir rayonu Düyərli kənd sakini olan Həqiqət xanım Azərbaycan Kooperasiya Universitetinin Sosial iş ixtisasına qəbul olub.
"Qafqazinfo"ya açıqlama verən 51 yaşlı tələbə bildirib ki, daha öncə təhsil alsa da bu il yenidən tələbə olmaq qərarı verib:
"Məktəbi yaxşı qiymətlərlə oxuyub bitirmişəm. Öncə Bakı Neft - Energetika Kollecində təhsil aldım. Daha sonra isə Azərbaycan Dövlət Neft Akademiyasına qəbul oldum. Lakin diplom müdafiəsində iştirak edə bilmədim. Buna səbəb isə artıq ailə qurmağım və böyük oğlumun dünyaya gəlməsi idi. Məhz müdafiədə iştirak edə bilmədiyim üçün diplom da ala bilmədim. Bu, illərlə ürəyimdə qalmışdı. Düzdür uzun illər kənddə repetitor kimi fəaliyyət göstərmişəm. Hər iki oğlumun təhsili ilə özüm məşğul olmuşam, onlar da ali təhsil alıblar. Bu il qərar verdim ki, artıq mən də hazırlaşıb sənəd verim. Elə də etdim və qəbul oldum".
Həqiqət xanım deyir ki, bunun üçün o cəmi bir ay hazırlaşmalı olub: "Gün ərzində ev işlərimi və yanıma gələn şagirdləri yola saldıqdan sonra 4-5 saat vaxt ayıraraq hazırlaşdım. 267 bal topladım və istədiyim ixtisasa qəbul oldum. Ailəm və övladlarım məni çox dəstəklədi. Qiyabi təhsili seçmişəm. Həyat yoldaşım, hətta dedi ki, əyani təhsil al. Amma özüm götür-qoy etdim və gördüm ki, belə daha uyğun olar. Ətrafdan qınayanlar çox oldu. Sosial şəbəkədə bu sevincimi bölüşdüm, amma mənfi rəylər aldım. Gənclərə demək istərdim ki, heç biri həvəsdən düşməsin. Əgər bu il alınmadısa, yenidən cəhd etsinlər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1127 Tarix: 23 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKosmosda doğulan uşağın başına nə gələcək: alimlərin izahı
NASA Marsa missiyalar planlaşdırdığı bir vaxtda alimlər Yer kürəsindən kənarda uşağın dünyaya gəlməsinin mümkünlüyünü və bunun hansı nəticələrə səbəb ola biləcəyini araşdırırlar. Marsa uçuş planları getdikcə reallığa çevrildikcə insan orqanizminin kosmos şəraitində necə fəaliyyət göstərəcəyi ilə bağl
19.10.2026 256 Prezident onları təltif etdi - Siyahı
Azərbaycan energetikləri təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, energetika sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:. 2-ci dərəcəli "Əmək" ordeni ilə. Quliye
19.10.2026 315 Mehmet Ali Erbil hönkür-hönkür ağladı - "Bunu uşaqlığıma bağışlayın"
Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. xarici KİV-ə istinadən xəbər verir ki, məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbil valideynləri ilə münasibətlərindən söz açara
19.10.2026 280 Fransada etirazlar böyüyür: Makron yenə kimisə qurban verəcək?
"Polis ötən həftəsonu etiraz aksiyalarının talan və dağıntılarla müşayiət olunduğu bir neçə şəhərdə vəziyyətə nəzarəti itirib". Bunu Fransa daxili işlər naziri Loran Nunes deyib. "Bəli, bəzi şəhərlərdə nəzarət itirildi", - nazir "France Inter" radiosunun efirində bildirib
19.10.2026 249 Azərbaycanda yumurta bahalaşdı
Azərbaycanda kənd yumurtasının qiyməti ötən illə müqayisədə artıb. Satıcıların sözlərinə görə, hazırda kənd yumurtası 35-40 qəpiyə satılır. "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Ucar və Tovuz sakinləri qiymət artımını daşınma xərcləri, vasitəçilərin qazancı və payız mövsümündə toyuqları
19.10.2026 213 İlyas Yalçıntaş 10 il həbs oluna bilər
Türkiyəli müğənni İlyas Yalçıntaş barəsində narkotik vasitələrin satışı və ya təmin edilməsi ittihamı ilə bağlı ittiham aktı hazırlanıb. Sənətçi təqsirli bilinərsə, 10 ildən artıq müddətə azadlıqdan məhrum edilə bilər. Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaq zamanı müğənninin evində aparıla
19.10.2026 201 Soyuducunun üzərinə maqnit yapışdırılması təhlükəlidir?
Soyuducuların üzərinə yapışdırılan maqnitlər çox məşhur suvenirlərdir. İnsanlar onları adətən səfərlərdən gətirir və ya xatirə kimi hədiyyə alırlar. Lakin bəzi hallarda bu maqnitlərin müəyyən soyuducu modellərinin işinə təsir göstərə biləcəyi bildirilir. xarici mediaya istinadən xəbər verir ki, bel
19.10.2026 222 Xəzərdə zəlzələ oldu
Xəzər dənizində zəlzələ olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 11:27-də qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub. Yeraltı təkanın ocağı 18 kilometr dərinlikdə yerləşib
19.10.2026 215 Payızda bu qidaları süfrənizdən əskik etməyin - Ürəyə faydalıdır
Payız mövsümündə yetişən meyvə və tərəvəzlər yalnız süfrələrə rəng qatmaqla kifayətlənmir, həm də orqanizmin ehtiyac duyduğu bir sıra vacib qida maddələrini təmin edir. Bəzi məhsullar lif, kalium, antioksidantlar və faydalı yağlarla zəngin olduğundan ürək-damar sağlamlığının qorunmasına dəstək verə bilər
19.10.2026 324