Fransada etirazlar böyüyür: Makron yenə kimisə qurban verəcək?

Fransada etirazlar böyüyür: Makron yenə kimisə qurban verəcək?"Polis ötən həftəsonu etiraz aksiyalarının talan və dağıntılarla müşayiət olunduğu bir neçə şəhərdə vəziyyətə nəzarəti itirib".

Bunu Fransa daxili işlər naziri Loran Nunes deyib.
"Bəli, bəzi şəhərlərdə nəzarət itirildi", - nazir "France Inter" radiosunun efirində bildirib. Nunes əlavə edib ki, hüquq-mühafizə orqanları vəziyyətin miqyasını da tam proqnozlaşdıra bilməyib.
"Baş verən hər şeyə görə məsuliyyət daşıdığım üçün istefa ərizəsi verdim", - deyən Nunes Fransa Prezidenti Emmanuel Makronun qəbul etmədiyi istefa müraciətini şərh edərkən vurğulayıb.
Daxili işlər nazirinin sözlərinə görə, təkcə bazar günü Parisdə 350 nəfər saxlanılıb.
Həftəsonu Parisdə və Fransanın digər bölgələrində yanacağın qiymətinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi nümayişlər keçirilib. Təşkilatçıların hesablamalarına görə, aksiyalarda 800 min nəfər iştirak edib. Fransanın Daxili İşlər Nazirliyi isə iştirakçıların sayını 550 min nəfər olaraq açıqlayıb.
Bir sıra şəhərlərdə etiraz aksiyaları iğtişaşlara və polislə toqquşmalara çevrilib. Nunes ölkə üzrə 2 mindən çox şəxsin saxlanıldığını bildirib və hakimiyyətin talan və qarət hadisələrində iştirak edən şəxslərin hamısının məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcəyini vəd edib.

Mövzu ilə BiG.AZ-a açıqlamasında politoloq Elşad Həsənov bildirib ki, Fransada bundan əvvəl məktəblərin tikintisi ilə bağlı etirazlar baş vermişdi:

Fransada etirazlar böyüyür: Makron yenə kimisə qurban verəcək?"İndi isə əhalinin alıcılıq qabiliyyətinin azalması, yaşayışın çətinləşməsi, eləcə də sosial və durğunluğun ağırlaşması ilə əlaqədar kütləvi etirazlar həyata keçirilir. Fransada gördüyümüz kimi, televiziyada da göstərildiyi kimi mağazalar və binalar dağıdılır. Bu, fransızların Fransa dövlətinin apardığı siyasətə qarşı olan bir aksiyadır. 
Makronun prezidentliyi dövründə bir neçə dəfə belə böyük aksiyalar olub və onlar Makronun siyasətinə etiraz ediblər. Makron Fransa kimi böyük bir dövlətin siyasətini normal təqdim edə bilməyib: həm iqtisadi cəhətdən geriləməyə başladı, həm də siyasi cəhətdən nüfuzunu itirdi. Fransa Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının beş üzvündən biridir. Ancaq Makron dönəmində Fransanın mövqeyi zəifləməyə başladı və fransızlar da məhz elə buna görə Makrondan acıq çıxmaq üçün belə bir etirazlar törədirlər".

Müsahibimiz əlavə edib ki, Fransada olan etirazlar qısa müddətin nəticəsi deyil:

"Makronun hakimiyyəti dövründə əhalinin sosial durumu getdikcə çətinləşir. Yanacaq, elektrik enerjisinin qiyməti artır, sosial problemlər daha da çətinləşir. Bütün bunlar da əhalinin məhz küçələrə çıxıb öz etirazlarını bildirməsinə aparır və bunun nəticəsində də etirazlar olur.  Artıq Fransada gələcəkdə prezident hakimiyyətinə kimlərin gəlməsi haqqında işarələr var. Le Penin hakimiyyətə gəlməsinin böyük şansı olduğu deyilir, o da Rusiya yönümlüdür, siyasətçidir, kim tanıyır. Bu mənada hazırkı dövrdə bu etirazlarla bağlı hakimiyyətdə ola bilsin ki, hansısa sahə nazirlərinin dəyişməsinə səbəb olsun, ancaq məhz prezidentin dəyişməsinə bu səbəb olmayacaq. 
Xatırladaq ki, Fransanın Azərbaycanda agentura şəbəkəsinin ifşa olunması, Azərbaycan təhlükəsizlik orqanları tərəfindən Fransanın yaxın şərqdə, Afrikada, Ukraynada agentura şəbəkəsinin ifşa olunandan sonra onların Fransanın xarici kəşfiyyat idarəsinin rəisi, sonra da Fransanın baş naziri istefa verdilər və bu məsələni bununla da ört-basdır etdilər. Əslində isə bu məsələdə elə birinci istefa verməli olan Makron idi. Ancaq o, öz silahdaşlarını qurban verdi, özü vəzifədə qaldı. Hesab edirəm ki, o yenə də kimlərisə qurban verəcək, ancaq özü hələlik vəzifədə qalacaq. Makron Fransa üçün nümunəvi prezident olmadı. Fransa xalqının sosial durumunu yaxşılaşdırmaq əvəzinə daha da pisləşdirdi və bu gündə ona görə də elə Fransanın küçələrində etirazları gedir".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 120   Tarix: 19 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yasamalda qanunsuz tikinti narazılıq yaratdı

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Sərhəd.az xəbər verir ki, sakinlərin sözlərinə görə, "ASAN xidmət" mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil. Şikayətçilə

13:21 109
.

Hədəf Türkiyə deyil, AKP hakimiyyətidir: Dini-ideoloji şəbəkələr Azərbaycan-Türkiyə münasibətlərini siyasi qarşıdurmaya qurban verməməlidir

"Türkiyədə hakimiyyət uğrunda mübarizənin Azərbaycanla münasibətlərə daşınması, dini-ideoloji qarşıdurmaların siyasi təzyiq vasitəsinə çevrilməsi və iki qardaş ölkə arasında etimadsızlıq yaradılması cəhdləri ciddi suallar doğurur. Türkiyə dövlətini, türk xalqını və konkret siyasi hakimiyyəti bir-birində

10:54 206
.

Gəncədə qəza: Ana və iki azyaşlı övladı xəsarət aldı

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. BİG.AZ APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində ana və iki azyaşlı övladı xəsarət alıb. Yaralılar 30 yaşlı A.Həsənova, 5 yaşlı U.Məmmədli və 3 yaşlı N.Məmmədlidir. Onla

18.10.2026 349
.

Məktəb direktorunun maşınının yandırılmasına görə o da həbs edildi - Video

Daxili İşlər Nazirliyi bir neçə gün əvvəl paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus "Kia" markalı avtomobilin qəsdən yandırılması faktı ilə bağlı əməliyyatları davam etdirir. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, polisin keçirdiyi tədbirlərlə hadisən

11:59 196
.

Anar Bayramov səhiyyə naziri oldu - Sərəncam

Anar Məhərrəm oğlu Bayramov səhiyyə naziri təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, A.Bayramov aprelin 14-ü TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin edilmişdi

11:40 256
.

Nizami rayonunda iki gün su olmayacaq

Oktyabrın 19-dan 21-dək Bakının Nizami rayonunun bir sıra ərazilərində su olmayacaq. BİG.AZ xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Qeyd edilir ki, su və tullantı sularının axıdılması şəbəkəsinə qoşulma ilə bağlı verilən texniki şərtə əsasən görüləcək işlərl

10:00 196
.

İranın XİN başçısı: Hörmüz boğazının açılması ilə bağlı qərar ABŞ-dən asılıdır

İran Hörmüz boğazında gəmiçiliyin bərpası üzrə yeddigünlük planı Qətər vasitəsilə Birləşmiş Ştatlara təqdim edib və Vaşinqtonun cavabını gözləyir. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın xarici işlər naziri Abbas Əraqçinın Bağdadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT

18.10.2026 314
.

Alyona Əliyeva konsertdə - Fotolar

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:

12:09 215
.

Süni intellekt xəstələrə beyinləri ilə bağlı suallara cavab verə biləcək

Süni intellekt texnologiyası tibbdə yeni imkanlar yaradır. ABŞ-da Pensilvaniya Universitetinin alimləri pasiyentlərə tibbi cihazlarla mobil telefon vasitəsilə ünsiyyət qurmağa, sağlamlıq göstəriciləri barədə məlumat almağa və vəziyyətlərindəki dəyişiklikləri daha yaxşı anlamağa imkan verən sistem hazırlayıblar

14:11 41
.