Qazaxıstan mediasında Mehriban Əliyevanın fəaliyyətinə həsr olunmuş məqalə dərc edilib
Qazaxıstanın informasiya portalları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətinə həsr olunmuş məqalə dərc ediblər.
AZƏRTAC xəbər verir ki, Xalq yazıçısı və Azərbaycanın Əməkdar jurnalisti Elmira Axundovanın müəllifi olduğu "Ta, komu mnoqoe dano..." adlı məqalə Qazaxıstanın abai.kz, adyrna.kz və mezgil.kz internet resurslarında dərc olunub.
Material Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşəbbüsü ilə dərc edilib.
Məqalədə qeyd edilir ki, Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun xətti ilə əsaslı təmir olunmuş uşaq bağçaları, internat məktəbləri və xəstəxanalar istifadəyə verilir.
Məqalədə diqqətə çatdırılır: "Heydər Əliyev Fondu təsis edildikdən və birinci xanım statusu aldıqdan sonra Mehriban Əliyevanın üfüqləri və fəaliyyət istiqamətləri ölçüyəgəlməz dərəcədə genişləndi. Bəli, o, Azərbaycan xalqının zəngin mənəvi-mədəni irsinin təbliği və inkişafı məsələlərini hələ də diqqətdən kənarda qoymayıb. Bununla belə, humanitar və xeyriyyəçilik dominantı onun fəaliyyətində prioritet oldu".
Elmira Axundova qeyd edir ki, Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, xaricdə də xeyriyyəçilik fəaliyyəti həyata keçirir. Müəllif bu fəaliyyətin nəticələrini şəxsən Həştərxanda (Rusiya) və Budapeştdə (Macarıstan) müşahidə edib, Fond həmin şəhərlərdə əlil uşaqlar üçün məktəb və uşaq evini təmir edib.
Məqalədə Mehriban Əliyevanın fəaliyyətinin təkcə regional deyil, həm də qlobal miqyas aldığı vurğulanır.
Müəllif qeyd edib: "Məhz onun təşəbbüsü ilə Azərbaycan muğamı, dünyanın ən qədim tarix-arxeoloji qoruğu olan Qobustan, aşıq sənəti və Azərbaycan kəlağayısı, milli atçılıq oyunu olan çövkən...10-dan çox mövqe dünya qeyri-maddi mədəni irs siyahısına daxil edilib və bu siyahı genişlənməkdə davam edir".
Xalq yazıçısı xatırladır ki, 2015-ci ildə I Avropa Oyunlarına hazırlıq üçün cəmi 2 il yarım vaxt ayrılmışdı, bu müddət ərzində onlarla idman obyekti modernləşdirilməli və ya yenidən tikilməli, bütün zəruri idman infrastrukturu - Olimpiya kəndi, müasir mətbuat mərkəzləri və bir çox başqaları hazırlanmalı idi. Mehriban Əliyevanın rəhbərliyi ilə cəmiyyətin dəstəklədiyi təşkilat komitəsi Oyunlara hazırlıq işlərini, o cümlədən obyektlərin tikintisini vaxtından əvvəl başa çatdırdı.
Materialda, həmçinin xatırladılır ki, 2017-ci il fevralın 21-də Mehriban Əliyeva ölkədə ikinci mühüm dövlət vəzifəsinə - Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təsdiq edilib.
Məqalədə deyilir: "Mehriban Əliyeva bu yüksək vəzifəni yalnız ona mənəvi cəhətdən hazır olanda, yüksək milli etimad krediti toplayanda, bütün əvvəlki fəaliyyəti ilə beynəlxalq miqyasda qeyd-şərtsiz nüfuzunu sübut edəndə alıb" .
Azərbaycanın Xalq yazıçısı 44 günlük müharibədə Qələbədən sonra Böyük Qayıdış və genişmiqyaslı bərpa-quruculuq işlərinin başlandığını oxucuların diqqətinə çatdırır. O qeyd edir ki, bu prosesə Prezidentlə birlikdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da rəhbərlik edir.
"Qarabağın bərpa edilmiş hər bir abidəsində, bərpa edilmiş hər bir məscid və ya muzey kompleksində birinci xanıma xas olan incə zövq və heyrətamiz meyar hissi sezilirdi", - deyə məqalədə qeyd edilir.



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 636 Tarix: 22 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÇin şirkətləri ABŞ-a nadir torpaq metalları göndərməkdən imtina edir
Çində bəzi nadir torpaq elementi təchizatçıları ABŞ şirkətlərinə məhsul göndərməyi dayandırıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bir sıra Çin şirkətləri Pekinin mümkün reaksiyasından ehtiyat edərək ABŞ-a nadir torpaq metalları tədarük etməkdən çəkinir. Bu vəziyyət ABŞ Prezidenti Donald Tram
04.09.2026 220 SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir
Hizbullahın 100-ə yaxın döyüşçüsü, o cümlədən SEPAH-ın Qüds Qüvvələrindən olan iranlı məsləhətçilər iyun ayından etibarən Əli Tahir dağ silsiləsi ərazisindəki tunellərdə mühasirədə qalıb. xəbər verir ki, bu barədə "Nyu York Tayms" qəzeti SEPAH-dakı mənbəyə istinadla məlumat yayıb. "Bi
04.09.2026 142 Türkiyə Ayın araşdırılması proqramına qoşuldu
Türkiyə ABŞ-ın Artemis Ay proqramına qoşulan 71-ci ölkə olub. xəbər verir ki, bu barədə "SpaceNews" məlumat yayıb. Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, Ankara Artemis Sazişlərində nəzərdə tutulan öhdəliklərə uyğun olaraq kosmosun dinc məqsədlərlə araşdırılması və istifadəs
04.09.2026 165 Avstraliya digər qitələrdən daha sürətlə hərəkət edir: Qitə hara gedir?
Avstraliya xəritələrdə göstərilən mövqeyində sabit qalmır. Qlobal istinad sisteminə əsasən ölçüldükdə, qitə və onu daşıyan tektonik plitə ildə təxminən 7 santimetr şimal-şimal-şərq istiqamətində hərəkət edir. Qaynarinfo "Science Blog"ə istinadən xəbər verir ki, bu göstərici Avstraliyanı Ye
04.09.2026 101 Donor tapa bilmədi - 9 ay donuz böyrəyi ilə yaşadı
Amerikalı Tim Endryuz doqquz ay ərzində donuz böyrəyi ilə yaşayan ilk insan olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, hipertoniya və diabetdən əziyyət çəkən 66 yaşlı Tim Endryuzun nadir qan qrupu ona dono
04.09.2026 225 Nepal və Tibetdə dəhşətli daşqın: ölənlərin sayı 1 280-ə çatıb
Himalaylarda baş verən güclü daşqınlar Nepal və Tibetdə ağır humanitar böhrana səbəb olub. BİG.AZ Le Monde-a istinadən xəbər verir ki, fəlakət nəticəsində azı 1 280 nəfər ölüb, 5 600-dən çox insan isə itkin düşüb. Daşqınlar avqustun 26-dan etibarən bölgədə ciddi dağıntılara səbəb olub. Nepalın şimalınd
04.09.2026 219 Dövlət torpaqlarının icarəyə verilməsində yeni mexanizm - güzəştlər kimlərə şamil olunur?
"2026-cı ildən dövlət torpaqlarının, xüsusilə iri ölçülü torpaq sahələrinin icarəyə verilməsi mexanizmində mühüm yeniliklər tətbiq edilir. Nazirlər Kabinetinin 8 may 2026-cı il tarixli 138 nömrəli qərarı ilə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, eləcə də hüquqi və fiziki şəxslər tərəfində
04.09.2026 193 Tehranın cavab zərbələri Yaxın Şərqdə yeni təhlükəsizlik ittifaqı yarada bilər
"İran və ABŞ arasında hərbi toqquşmalar yenidən başlayıb. Belə ki, əvvəlcə ABŞ İran ərazisində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hədəflərinə zərbələr endirib. İran ordusu isə cavab olaraq ABŞ-ın İordaniyadakı hərbi obyektini hədəfə alıb. Vaşinqton buna cavab olaraq Hörmüz boğazı yaxınlığındak
04.09.2026 211 Pulsuz internetin gizli təhlükəsi - Hakerlər sizi belə izləyə bilər
"Müasir dövrdə ictimai Wi-Fi şəbəkələri istifadəçilər üçün böyük rahatlıq yaratsa da, ciddi kibertəhlükəsizlik riskləri də daşıyır. Pulsuz internet bağlantısı bəzən şəxsi məlumatların, maliyyə vəsaitlərinin və rəqəmsal hesabların təhlükə altına düşməsinə səbəb ola bilər". Bunu BİG.AZ-a açıqlamasınd
04.09.2026 205