"Mənim üçün duyğusal təcrübə idi" - Özge Gürel "44"dən danışdı

"Mənim üçün duyğusal təcrübə idi" - Özge Gürel "44"dən danışdıVətən müharibəsinə həsr olunan "44" bədii filmində baş rollardan birini canlandıran türkiyəli aktrisa Özge Gürel ekran işi ilə bağlı müsahibə verib.

"Qafqazinfo" xəbər verir ki, Ö.Gürel bu barədə "Vogue Türkiye"yə danışıb.

Aktrisa bildirib ki, bu prosesi şəxsən yaşamış insanlarla bir arada olmaq onun üçün fərqli təcrübə olub: "Mənim üçün duyğusal təcrübə idi. Çəkilişlərimiz uzun müddət davam etdi və bu mənə çox dəyərli əlaqələr qazandırdı. Azərbaycanlı aktyor İbrahim Çingiz inanılmaz dərəcədə çalışqan və çox istedadlıdır. Onunla işləmək, birlikdə nələrsə yaratmaq çox xoşdur. Hekayədə duyğular bizim üçün əsasdır. Buna görə də ortaq dil tapmaqda çətinlik çəkmədik, çünki hekayənin özü bizə kifayət qədər ilham verdi.

Nələrisə vaxtında çatdırmaq, tələskənlik bəzən yorucu ola bilir. Burada isə bir aktyor kimi öz duyğularımı idarə edə bilmək üçün kifayət qədər imkanımın olduğunu hiss etdim. Hamımız hekayənin içinə dərindən daxil olmuşduq. Səhnələrdən əvvəl rejissorlarımla və digər aktyorlarla uzun söhbətlər edirdik. Bu proses özümü olduqca yaxşı hiss etməyimə də kömək etdi".

Ö.Gürel həmçinin Bakıda "44" filminin qala gecəsindən sonra El Gouna Film Festivalı üçün Misirə getməsi ilə bağlı sualı da cavablandırıb: "Möhtəşəm bir səyahətdir. Hekayələrin ardınca gedərək tamamilə fərqli yolları kəşf etmək və hər səfərin sonunda kinonun gücünə yenidən heyran olmaq... Söhbət hekayə danışmaqdan gedirsə, məkanın və zamanın heç bir əhəmiyyəti yoxdur, geriyə qalan yeganə həqiqət hekayənin özü və onun sizə hiss etdirdikləridir..."


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 126   Tarix: 19 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hərbçimiz ürəyindən əməliyyat olundu - Video

Müdafiə Nazirliyinin (MN) Baş Klinik Hospitalında hərbi qulluqçu üzərində mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı MN məlumat yayıb. Bildirilib ki, təngnəfəslik və döş qəfəsində ağrı şikayətləri ilə hospitala müraciət edən hərbi qulluqçunu

10:55 203
.

Fransada etirazlar böyüyür: Makron yenə kimisə qurban verəcək?

"Polis ötən həftəsonu etiraz aksiyalarının talan və dağıntılarla müşayiət olunduğu bir neçə şəhərdə vəziyyətə nəzarəti itirib". Bunu Fransa daxili işlər naziri Loran Nunes deyib. "Bəli, bəzi şəhərlərdə nəzarət itirildi", - nazir "France Inter" radiosunun efirində bildirib

13:34 127
.

20 min manata yaxın aliment borcu olan ata həbs edildi

Azərbaycanda aliment borcunu ödəməyən daha bir ata həbs olunub. BİG.AZ -a istinadən xəbər verir ki, 36 yaşlı Qəbələ rayon sakini Müşfiq Cəfərov (şərti adla) 18 min manatdan çox aliment ödənişini yerinə yetirmədiyi üçün barəsində cinayət işi açılıb. Məlumata görə, o, 2012-ci ildə zərərçəkənlə rəsmi nikah

18.10.2026 496
.

Sabah yağış yağacaq

Oktyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şər

14:41 27
.

Bağırsaq xəstəliyinin izləri 10 il əvvəl üzə çıxa bilər

Bəzi xroniki bağırsaq xəstəliklərinin ilkin əlamətləri diaqnoz qoyulmazdan illər əvvəl qanda özünü göstərə bilər. Yeni araşdırma bu xəstəliklərin daha erkən aşkarlanması və gələcəkdə ağırlaşmaların qarşısının alınması üçün ümid yaradıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "The Guardian"

14:15 82
.

Pezeşkian: İran heç bir ölkəyə hücum etmək niyyətində deyil

İran son iki əsrdə heç bir ölkəyə hücum etməyib və heç bir ölkəyə hücum etmək niyyətində də deyil. "Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian müdafiə naziri vəzifəsinə namizədin - Mehrdad Əxlaqi Kitabçinin səlahiyyətlərinin müzakir

18.10.2026 328
.

Anar Bayramov səhiyyə naziri oldu - Sərəncam

Anar Məhərrəm oğlu Bayramov səhiyyə naziri təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, A.Bayramov aprelin 14-ü TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin edilmişdi

11:40 271
.

Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb

Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl

18.10.2026 330
.

Gəncədə qəza: Ana və iki azyaşlı övladı xəsarət aldı

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. BİG.AZ APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində ana və iki azyaşlı övladı xəsarət alıb. Yaralılar 30 yaşlı A.Həsənova, 5 yaşlı U.Məmmədli və 3 yaşlı N.Məmmədlidir. Onla

18.10.2026 349
.