Məktəblər sentyabrın 15-də açılmayacaq? - RƏSMİ

Məktəblər sentyabrın 15-də açılmayacaq? - RƏSMİBakıda məktəblərdə yeni tədris ilinə hazırlıq məqsədilə dezinfeksiya işləri aparılır.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Məktəblərdə dezinfeksiya işləri aparılaraq sinif otaqları, dəhlizlər və ümumi istifadə olunan sahələr xüsusi təmizlik prosedurlarından keçirilir.

Qeyd edək ki, meymunçiçəyi virusunun bütün dünyada yayılması ciddi sağlamlıq böhranı yaradır və bəzi bölgələrdə məktəblərin bağlanmasına səbəb olur. 2020-ci ildəki pandemiya prosesini xatırladan bu vəziyyət təhsilə də öz təsirini göstərir.

Xüsusilə Avropanın "qırmızı həyəcan" vəziyyətində olan ölkələrində məktəblər açılmazdan əvvəl bağlanmağa qərar verilib. Qonşu ölkələrdə, Türkiyədə hələlik bu istiqamətdə qərar verilməsə də, halların sayı artarsa, oxşar addımlar atıla bilər.

Beləliklə, meymunçiçəyi virusu təhsil sistemini də təhdid edir.

Ölkəmizdə yeni dərs ili sentyabrın 15-də başlayacaq. Bununla yanaşı, Baş nazir Əli Əsədov "Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər haqqında" qərar imzalayıb.

Qərarla Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində (xüsusi təhsil müəssisələri istisna olmaqla) təhsilin pillələri üzrə tədris və təlim-tərbiyə prosesinin hansı qaydada təşkili təmin ediləcəyi göstərilir. Belə ki, ümumi təhsil pilləsi üzrə - 2024-cü il noyabrın 12-dən 22-dək payız tətili; peşə, orta ixtisas və ali təhsil pillələri üzrə - Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 2024-cü il noyabrın 12- dən 22-dək distant (məsafədən) formada təhsil olacaq.

Hazırda bir sıra dünya ölkələrində meymunçiçəyi ilə bağlı məktəblərin bağlandığı, COP29 ərəfəsində ölkəmizdə tətil olacağı bir dövrə qədər Azərbaycanda məktəblər distant təhsilə keçə bilərmi?

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq bildirilib ki, hər hansı bir xəstəliyə kütləvi yoluxma halı baş verdikdə təhsil müəssisəsinin bağlanması, tədrisin distant formaya keçirilməsi ilə bağlı qərar digər aidiyyəti qurumlar tərəfindən verilir: "Bildiririk ki, uşaqlar arasında hansısa xəstəliyə yoluxma ilə bağlı statistik məlumatı aidiyyəti səhiyyə qurumu müəyyən edir.

Buna baxmayaraq ənənəvi olaraq təhsil müəssisələrində müvafiq ehtimallar nəzərə alınaraq, pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilir. Səhhətində narahatlıq müşahidə edilən təhsilalanlar tibb bacısı və ya həkim tərəfindən ilkin müayinə olunur, valideyn ilə əlaqə saxlanılır, şagirdin vəziyyətinə uyğun tədbirlərin görülməsi təmin edilir.

Valideynlərə tövsiyə edilir ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda, tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil. İnfeksion xəstəliklərə yoluxma hallarının müşahidə olunması ilə bağlı məlumat daxil olduğu halda təhsil müəssisələrində müvafiq ixtisaslaşdırılmış qurumlar tərəfindən dezinfeksiya işləri həyata keçirilir. Hazırda distant təhsilə keçilməsi ilə bağlı hər hansı qərar yoxdur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2457   Tarix: 20 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR

Azərbaycanın daşınmaz əmlak və avtomobil bazarlarında lüks seqmentə olan maraq hər zaman öz unikallığı ilə seçilir. Ölkənin əsas elan platformalarında satışa çıxarılan ən bahalı nəqliyyat vasitələrinin siyahısı yenilənib. "Yeni Sabah"ın araşdırmasına əsasən, təqdim olunan siyahıda Britaniy

19.10.2026 263
.

İtinizə bu 7 sözü deməyin

İtin tərbiyəsi səbir tələb edir. Xüsusilə evə yeni küçüyün gəlməsi ilə yerdə yaranan ləkələr, gəmirilmiş ayaqqabılar, davamlı hürmə və qonaqların üstünə tullanmaq sahibini əsəbiləşdirə bilər. Lakin mütəxəssislərin fikrincə, qışqırmaq iti düzgün davranmağa öyrətməyin yaxşı üsulu deyil. xarici mediay

19.10.2026 221
.

Soyuducunun üzərinə maqnit yapışdırılması təhlükəlidir?

Soyuducuların üzərinə yapışdırılan maqnitlər çox məşhur suvenirlərdir. İnsanlar onları adətən səfərlərdən gətirir və ya xatirə kimi hədiyyə alırlar. Lakin bəzi hallarda bu maqnitlərin müəyyən soyuducu modellərinin işinə təsir göstərə biləcəyi bildirilir. xarici mediaya istinadən xəbər verir ki, bel

19.10.2026 222
.

Azərbaycanda avtomobil idxalı kəskin azaldı: Bahalaşma nə vaxta qədər davam edəcək?

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən 1 milyard 132,2 milyon dollarlıq 57 min 275 avtomobil idxal olunub. Avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ ifadəsində 472,8 milyon dollar (29,5, miqdar ifadəsində 27 min 982 ədəd (32,8%) azalıb. . Hesabat dövründə idxal oluna

19.10.2026 250
.

Tramp: Fransa ələ keçirilib, təcili sərhədlər bağlanmalıdır

ABŞ Prezidenti Donald Tramp miqrantların Fransada nəzarəti ələ keçirdiyini və hakimiyyətin təcili sərhədləri bağlamalı olduğunu bildirib. Teleqraf xəbər verir ki, Amerika lideri bu barədə "Truth Social"da yazıb. "Miqrantlar Fransanı ələ keçiriblər. Sərhədlər təcili bağlanmalıdır"

19.10.2026 231
.

Alyona Əliyeva konsertdə - Fotolar

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:

19.10.2026 423
.

Trampın Özbəkistana səfəri planlaşdırılır

Vaşinqton 2027-ci ildə ABŞ Prezidenti Donald Trampın Özbəkistana səfərini təşkil etmək niyyətindədir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət katibi Marko Rubio Səmərqənddə jurnalistlərə açıqlamasında bildirib. "Biz səfərin baş tutmasını istərdik

19.10.2026 241
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 11:27-də qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub. Yeraltı təkanın ocağı 18 kilometr dərinlikdə yerləşib

19.10.2026 215
.

Baş nazirin müavinlərinin sayı 4 oldu

Xəbər verdiyimiz kimi, Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bununla da Baş nazirin müavinlərinin sayı 3-dən 4-ə yüksəlib. Hazırda Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. O, 199-2003-cü ilə qədər Ba

19.10.2026 351
.