Ürəkyarpaq cökə bitkisindən resept

Ürəkyarpaq cökə bitkisindən reseptÜrəkyarpaq cökə
Tilia cordata Mİll.
(xırdayarpaq cökə) – (Tilia parvifolia EHRH)
Fəsiləsi: cökə- Tiliaceae.
Hündürlüyü 30 metrə çatan ağac bitkisidir. Dəyirmi-yumurtavari və ya dəyirmi-ürəkvari formalı, uzunsaplaqlı, kənarı mişardişli, növbəli düzülmüş yarpaqları vardır. Yarpaqların üst səthi tünd-yaşıl, alt səthi isə göyümtül rəngdədir. Xoş ətirli, sarımtıl-ağ rəngli çiçəkləri, 5-16 ədəddən olmaqla, asılqan yarımçətirə toplanmışlar. Dilşəkilli iri çiçəkaltlığına malikdir.
Ürəkyarpaq cökə yabanı halda MDB-nin Avropa hissəsinin cənub və orta qurşaqlarında yayılmışdır. Enliyarpaqlı və qarışıq meşələrdə bitir. Parklarda, bağlarda, yolların kənarında və digər yerlərdə bəzək bitkisi kimi əkilir.
Ürəkyarpaq cökə Azərbaycanda Kiçik Qafqazda və Quba rayonunda təsadüf edilir.
Dərman xammalı kimi cökənin çiçəkləri- Flores Tiliae istifadə olunur.
Xammalı, bitkidəki çiçəkləklərin çox hissəsinin açıldığı, az qisminin hələ qönçə şəklində olduğu dövrdə toplayırlar, havası yaxşı dəyişilən çardaqlarda, mənzillərdə, altıaçıqlarda və ya 40-50°C temperaturda elektrik quruducularında qururdulur.
Qurudulmuş xammalın saxlama müddəti 2 ildir.
Çiçəklərin tərkibində hesperidin, kempferol və tiliasin flavonoidləri, 0,05 faiz efir yağı, askorbin turşusu, polisaxaridlər, aşı maddələri, selik, triterpen saponinləri, karotin və digərləri aşkar edilmişdir. Efir yağının tərkibində farnezol maddəsinin olması müəyyən edilmişdir.
Xalq təbabətində tətbiqi.
Cökənin çiçəkləri xalq təbabətində populyar tərqovucu vasitə kimi tanınır. Çiçəklərindən hazırlanan dəmləmə və ya bişirmə gecə tərqovucu və soyuqdəymə əleyhinə təsir göstərən vasitə kimi, baş ağrılarında, bayılmalarda, yanıqların,podaqranın, babasil xəstəliyinin müalicəsində, sidik kanallarındakı kəskin ağrılarda, süd vəzisinin iltihabında istifadə olunur. Bundan başqa cökə çiçəyinin dəmləməsi və bişirməsini çoxdan bəri xalq təbabətində bəlğəmgətirici, tərqovucu, ağrıkəsici və sidikqovucu vasitələr kimi istifadə edirlər.
Homeopatiyada cökə çiçəyinin tinkturası meteorizmdə və mədə-bağırsaq traktının pozğunluğunda təyin edilir.
Elmi təbabətdə tətbiqi.
Cökə çiçəklərinin halen preparatları hal-hazırda həm daxili, həm də xarici xəstəliklərdə effektli təsir göstərən vasitələr kimi geniş tətbiq olunurlar.
Bu preparatlar mikrob əleyhinə, iltihaba qarşı və yumşaldıcı təsirlər göstərir, iltihabi xəstəliklərdə, ağız boşluğu və əsnəyi qarqara etmək üçün istifadə olunurlar.
Cökə çiçəyinin bişirməsi yanıqlarda, xoralarda, babasil düyünlərinin iltihabında, oynaqların revmatik və podaqratik ağrılarında tətbiq edilir.
Cökə çiçəyinin dəmləmə və bişirməsi tərqovucu və hərarətsalıcı vasitə kimi anginada, bronxitdə, soyuqdəymə xəstəliklərində, sakitləşdirici vasitə kimi isə əsəb oyanıqlığında tətbiq olunur.
Cökənin təzə çiçəklərinin bişirməsi sidik kanalınan ağrılarında, iltihab əleyhinə, ağrıkəsici və yumşaldıcı təsir göstərən vasitə kimi yanıqlarda, süd vəzisinin iltihabında və digər iltihabi proseslərdə tətbiq olunur.
Cökə çiçəkləri aromatik vannaların hazırlanmasında da istifadə edilir.
Cökənin çiçəyi həmçinin həzmin və mübadilə proseslərinin yüngülvari pozulmasında istifadə olunur.
Dərman formaları və istifadə qaydası.
Cökənin çiçəklərinin dəmləməsi – infusum florum Tiliae.
2 xörək qaşığı (10 qram) xammalı emallı qaba yerləşdirib, üzərinə 1 stəkan (200 ml) qaynar su əlavə edirlər, qaynar su hamamı üzərində 15 dəqiqə qızdırırlar və otaq temperaturunda 45 dəqiqə saxlayıb süzürlər. Xammalın qalığını sıxıb süzüntü ilə birləşdirirlər. Qaynanmış su əlavə etməklə alınan dəmləmənin həcmini 200 ml-ə çatdırırlar, gündə 2-3 dəfə, hər dəfə 1-2 stəkan yeməkdən sonra isti halda qəbul edirlər. Bu dəmləmə tərqovucu, sidikqovucu və mikrob əleyhinə təsir göstərən vasitə kimi soyuqdəymə xəstəliklərində istifadə olunur. Cökənin çiçəkləri tərqovucu, yumşaldıcı, sidikqovucu və digər çayların, yığıntıların tərkibinə daxildir.
Bitkilərlə bağlı www.fitostore.az

Ətraflı buradan izləyin.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 921   Tarix: 19 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - "Bunu uşaqlığıma bağışlayın"

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. xarici KİV-ə istinadən xəbər verir ki, məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbil valideynləri ilə münasibətlərindən söz açara

19.10.2026 280
.

İtinizə bu 7 sözü deməyin

İtin tərbiyəsi səbir tələb edir. Xüsusilə evə yeni küçüyün gəlməsi ilə yerdə yaranan ləkələr, gəmirilmiş ayaqqabılar, davamlı hürmə və qonaqların üstünə tullanmaq sahibini əsəbiləşdirə bilər. Lakin mütəxəssislərin fikrincə, qışqırmaq iti düzgün davranmağa öyrətməyin yaxşı üsulu deyil. xarici mediay

19.10.2026 221
.

Dünyada əlavə saniyə dövrü başa çatacaq: Vaxt hesablanması dəyişəcək

Dünya üzrə vaxt standartlarına cavabdeh mütəxəssislər Paris yaxınlığındakı Versal şəhərində görüşməyə və əlavə uzun saniyəyə ehtiyac olub-olmadığını müzakirə etməyə hazırlaşırlar. Qaynarinfo xəbər verir ki, "WION" nəşrinin yazdığına görə, bu saniyənin əlavə edilməsindən imtina olunarsa, istifad

19.10.2026 154
.

Azərbaycanda yumurta bahalaşdı

Azərbaycanda kənd yumurtasının qiyməti ötən illə müqayisədə artıb. Satıcıların sözlərinə görə, hazırda kənd yumurtası 35-40 qəpiyə satılır. "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Ucar və Tovuz sakinləri qiymət artımını daşınma xərcləri, vasitəçilərin qazancı və payız mövsümündə toyuqları

19.10.2026 213
.

Peşəkar makler necə olmalıdır? Təcrübə, etika və etimad

Daşınmaz əmlak bazarında şəffaflıq dedikdə, ilk növbədə, məlumatların düzgün təqdim olunması, qiymətlərin əsaslandırılması, xidmət haqqının əvvəlcədən razılaşdırılması, eləcə də tərəflərin hüquq və öhdəliklərinin aydın şəkildə müəyyənləşdirilməsi nəzərdə tutulur. Təcrübədə müştərilərin qarşılaşdığı əsa

19.10.2026 251
.

Anar Bayramov səhiyyə naziri oldu - Sərəncam

Anar Məhərrəm oğlu Bayramov səhiyyə naziri təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, A.Bayramov aprelin 14-ü TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin edilmişdi

19.10.2026 392
.

Payızda xəstələnməmək üçün bunları EDİN - Həkimdən tövsiyələr

Fəsil dəyişikliyi, xüsusilə payızın gəlişi ilə havanın temperaturunda baş verən tez-tez dəyişikliklər insan sağlamlığına təsirsiz ötüşmür. Temperaturun dəyişməsi, soyuq havaların başlaması və mövsümi allergenlər bəzi insanlarda müxtəlif sağlamlıq problemlərinin yaranmasına və ya mövcud xəstəlikləri

19.10.2026 312
.

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Teymur Yusif oğlu Musayev səhiyyə naziri vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Teymur Musayev Baş nazirin müavini təyin olunub. Qeyd edək ki, Teymur Musayev 2022-ci ilin yanvar ayında

19.10.2026 434
.

Türkiyədəki hakim partiyanın maraqları xalqın maraqları ilə eyniləşdirilməməlidir

"AKP hakimiyyətinin bəzi siyasi dairələri anlamalıdırlar ki, Azərbaycan heç kimin ideoloji təsir dairəsi deyil. Ölkəmizin dünyəvi dövlətçilik modeli, müstəqil xarici siyasəti və milli maraqları müzakirə predmeti ola bilər, ancaq kənardan təzyiq və ya siyasi diktə vasitəsinə çevrilə bilməz. Əgə

19.10.2026 243
.